Mayın 14-də ADU-nun rektoru, professor Səməd
Seyidov Norveçin Aqder Universiteti ilə
Azərbaycan Dillər Universiteti arasında
əməkdaşlıq layihəsinin rəhbəri, professor, xanım
Elisse Seip Tonnesseni qəbul etdi. ADU-nun
fəaliyyətini yüksək dəyərləndirən rektor Səməd
Seyidov bu layihənin Azərbaycan təhsil
sistemində aparılan islahatlar baxımından böyük
əhəmiyyətini qeyd etdi. Görüşdə bu ikitərəfli
layihənin başa çatdırılmasının vacibliyi də
vurğulandı.
Xanım Elisse Seip Tonnessen burada işlədiyi
dövrdə ona yaradılan şəraitə görə ADU
rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Universitetlər arasındakı əlaqələrdən çox məmnun
olduğunu, tələbələrin bilik səviyyəsindən razı
qaldığını söylədi.
Sonra xanım Tonnessenə universitet adından
xatirə hədiyyəsi təqdim edildi. |