Mayın 15-də Avstriyanın Yuxarı Avstriya
Tətbiqi Elmlər Universitetinin prezidenti
Dr. Gerald Reisinger və Qlobal Satış
Menecmenti proqramının rəhbəri Dr. Johann
Hofstadler Azərbaycan Universitetində olublar.
Səfərin məqsədi bu iki təhsil ocağı arasında
Boloniya prosesinin əsas tələbləri çərçivəsində
əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Azərbaycan Universitetinin rektoru, professor
Akif Musayev qonaqlarla görüşüb. İlkin
tanışlıqdan sonra Dr. Johann Hofstadler BBA
proqramının tələbə və müəllimləri üçün təqdimat
keçirib. Təqdimatda Avstriyanın və Yuxarı
Avstriya Tətbiqi Elmlər Universitetinin
tarixi, tədris proqramları və tələbə-müəllim
mübadiləsi imkanları barədə məlumat verilib.
Şakir CƏFƏROV
|