Şirvan şəhərindəki çadır şəhərciyində
məskunlaşmış məktəblilərin təhsil məsələsi də
dövlətin diqqət mərkəzindədir.
Çadırlarda 300-ə yaxın məktəblinin olduğu
bildirilir. Bu məktəblilərə Şirvan Şəhər Təhsil
Şöbəsi tərəfindən dərsliklər və digər dərs
ləvazimatı paylanmışdır.
Şagirdlər təhsil şöbəsi tərəfindən ayrılmış
maşınlarla məktəblərə aparılırlar.
AzərTAc |