Mayın 14-də Xəzər Universitetində Bakı
Beynəlxalq Tələbə Klubu (BBTK) Dünya Bankı və
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi
"Gənclik - bərabər imkanlar" layihəsi
çərçivəsində debat təşkil etmişdir.
AzərTAc xəbər verir ki, Xəzər Universiteti, Bakı
Dövlət Universiteti, Qərb Universiteti,
Azərbaycan Texniki Universiteti, Bakı Slavyan
Universiteti və digər ali məktəb tələbələrinin
iştirak etdikləri debatda "Azərbaycanda gender
problemi" mövzusu üzrə müzakirələr olmuş,
ekspertlər fikirlərini açıqlamışlar. Gənclərin
cəmiyyətdə fəallığının daha da artırılmasının
zəruriliyi diqqətə çatdırılmışdır.
BBTK-nın prezidenti, "Gənclik - bərabər
imkanlar" layihəsinin rəhbəri Aysəba Mirzəyeva
layihə çərçivəsində həyata keçirilən tədbirlər
barədə məlumat vermiş, gender bərabərliyi
məsələsinin inkişaf etdirilməsinin vacibliyini
söyləmişdir.
Sonra suallar cavablandırılmışdır. |