| 
								
								Ağsu rayonundakı Qəşəd kənd orta  məktəbinin 
								hərbi-vətənpərvərlik komandası "Cəsurlar" hərbi 
								idman oyunlarının İsmayıllı rayonunda keçirilən 
								zona  birinciliyində  birinci yeri  tutaraq 
								respublika  yarışlarında iştirak etmək  hüququ   
								qazanıb. 
								
								Bu  münasibətlə məktəbdə "Vətən mənə oğul 
								desə..." adlı hərbi-vətənpərvərlik günü 
								keçirilib. Tədbirdə Ağsu Rayon Təhsil Şöbəsinin  
								əməkdaşları, həmin kənddən olan  müharibə və 
								əmək veteranları, Qarabağ müharibəsinin 
								döyüşçüləri  çıxış edərək qalib komandanı təbrik 
								ediblər. 
								
								Sonda daha çox fərqlənən komanda  üzvləri  Ağsu 
								Rayon Təhsil Şöbəsinin müdiri Tahir Xasıyev 
								tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə 
								təltif olunublar.  
								
								
								Şakir CƏFƏROV |