| 
								
								Beyləqan Rayon İcra Hakimiyyətindən bildirmişlər 
								ki, son 6 ildə rayonda 1680 yerlik 8 məktəb və 
								tədrisə yardımçı bina tikilib istifadəyə 
								verilmiş, 25 məktəbdə əsaslı, 28 məktəbdə cari 
								təmir işləri aparılmış, məktəblərə xeyli dərs 
								ləvazimatı, inventar və avadanlıq verilmişdir.
								 
								
								Dövlət Proqramı əsasında hazırlanmış tədbirlər 
								planında 2013-cü ilədək rayonda 460 şagird 
								yerlik şəhər 3 nömrəli, hər biri 400 şagird 
								yerlik Araz, Birinci Aşıqlı, Şərq, hər biri 200 
								şagird yerlik Şəfəq, Əmirzeyidli, Mayak, 240 
								şagird yerlik İmamverdili, 132 şagird yerlik 
								Gödəklər orta, 140 şagird yerlik Sarısu əsas 
								kənd məktəbləri üçün yeni binaların, 14 məktəbdə 
								2360 şagird yerlik 118 əlavə sinif otağının 
								tikintisi, 18 ümumtəhsil məktəbinin isə əsaslı 
								təmiri və avadanlıqla təchizatı nəzərdə 
								tutulmuşdur.  
								
								
								AzərTAc |