Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

9 Aprel 2010 - ¹13

 

Bakıda "Beynəlxalq təhsil sərgisi - 2010" açılıb

Bookmark and Share

Aprelin 6-da Bakıda "Beynəlxalq təhsil sərgisi - 2010" açılmışdır. Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, təhsil nazirinin müavini Elmar Qasımov və bir sıra xarici dövlətlərin nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri iştirak etmişlər.

Sərginin açılışında çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov qeyd etmişdir ki, Azərbaycanda təhsilə yüksək dövlət qayğısı göstərilir. Prezident İlham Əliyev azərbaycanlı tələbələrin xaricdə təhsil almasına xüsusi diqqət yetirir. Ölkəmizdə bu istiqamətdə mühüm işlər həyata keçirilir. Nazir müavini qeyd etmişdir ki, Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı ilə artıq ikinci dəfədir ki, keçirilən bu sərgi azərbaycanlı tələbələrin xarici universitetlər barədə məlumat alması baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, Azərbaycan təhsil sahəsində də reallaşdırdığı mühüm və strateji layihələri həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, biz neft kapitalını insan kapitalına çevirməliyik. Neftdən gələn gəlirləri bir tərəfdən respublikanın qeyri-neft sektorunun inkişafına, digər tərəfdən isə gənc nəslin yetişməsinə, ölkənin intellektual gələcəyinin hazırlanmasına, gənclərin xarici ölkələrin ən qabaqcıl universitetlərində təhsil almaları işinə yönəltmək lazımdır. Bu mənada dünyanın aparıcı universitetlərinin öz imkanlarını və təhsil konsepsiyalarını Azərbaycan gənclərinə təqdim etməsi müsbət haldır.

Tədbirdə Böyük Britaniya, ABŞ, İsveçrə, Türkiyə və digər dövlətlərdə fəaliyyət göstərən nüfuzlu ali təhsil ocaqlarının təmsilçiləri iştirak edirdilər.

İsveçrənin Qlion Universitetinin tələbə qəbulu komissiyasının direktoru Yuliya Tokareva bildirmişdir ki, bu cür tədbirlər azərbaycanlı tələbələr üçün yeni imkanlar açır. Bizim universitetdə üç azərbaycanlı tələbə təhsil alır. Onlar təhsil və davranışları ilə yaxşı mənada seçilirlər.

Artıq dördüncü dəfə Azərbaycanda olduğunu qeyd edən Kembric təhsil qrupunun meneceri Kris Broadhörst bildirmişdir ki, ölkənizə hər dəfə gələndə inkişafın şahidi oluram. Mən bu sərgini çox yüksək qiymətləndirirəm. Burada azərbaycanlı tələbələr üçün çox gözəl imkanlar yaradılmışdır. Onlar sərgidə xarici universitetlərin təmsilçiləri ilə birbaşa təmasda olurlar.

Sərgidə iştirak edən tələbələr xarici universitetlərə müraciət formaları, ərizələrin doldurulması qaydaları, müxtəlif pillələr üzrə təhsil formaları və digər məsələlərlə bağlı ətraflı məlumat almışlar.

Sərgiyə ümumilikdə 3-4 min tələbənin qatılacağı gözlənilir. Aprelin 7-də isə Kaspi Təhsil Mərkəzində universitetlərin fərdi seminarları da təşkil ediləcəkdir.

AzərTAc

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
9 Aprel 2010 - ¹13
"İNEPO-EUROASİA" Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları  Heydər Əliyev Fondunda olublar
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə  Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq  Məktəbi üçün bina inşa edilir
 
XI sinif şagirdləri barədə məlumatlar TİMS bazasında yerləşdirilib
 
Tələbələr  yay istehsalat təcrübəsini Almaniyanın Lautsiz ali məktəbində keçəcəklər
 
İslamabadda "Sufizm və sülh" mövzusunda beynəlxalq konfrans
 
Təhsil Nazirliyinin növbəti kollegiya iclası keçirilib
 
"Elektron təhsil" ümumrespublika müsabiqəsinə start verildi
 
Bakıda IV Beynəlxalq Layihə Olimpiadası keçirilir
 
Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinin məlumatı
 
Təhsil Nazirliyində görüş
 
Dünya Bankı ilə əməkdaşlıq yüksək qiymətləndirildi
 
Nazir beynəlxalq olimpiada iştirakçılarını qəbul edib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Elmin yeni sahələrinin inkişaf etdirilməsi istiqamətlərinə müasir metodoloyi baxışlar
 
Bakıda "Beynəlxalq təhsil sərgisi - 2010" açılıb
 
Xəzər Universitetində məzun gecəsi
 
Nəriman Nərimanovun maarifçilik fəaliyyəti və pedaqoji fikirləri
 
Azərbaycan Dillər Universitetində Amerika günləri
 
Gəncənin orta məktəbləri üçün tədris avadanlığı gətirilib
 
Məktəbəqədər müəssisələr üçün yeni binaların inşası ilə bağlı investisiya proqramı hazırlanıb
 
Beyləqanda məktəb binaları tikiləcək
 
Naxçıvan Dövlət Universitetində videodərs
 
Böyük alim, unudulmaz müəllim
 
Bağça bir yaşını qeyd etdi
 
BDU-da akademik Abdulla Qarayevin 100 illik yubiley tədbiri
 
"Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi"  mövzusunda "dəyirmi masa"
 
Şəhidin doğum günü qeyd olunub
 
İnsan alverinə qarşı mübarizə hamılıqla aparılmalıdır
 
"Vətən mənə oğul desə..."
 
Qəbələdə müxtəlif müsabiqə və idman yarışları keçirilib
 
Birincilərin  "açıq dərs"i
 
Əkrəm Ələkbər oğlu Əsgərov
 
Dünya universitetləri:
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov