| 
								
								Müasir səviyyədə elmi biliklərin inkişaf 
								etdirilməsi aşağıdakı şərtləri ödəməklə yanaşı, 
								yeni istiqamətlərin düzgün müəyyən edilməsindən 
								asılıdır. 
								
								Birinci növbədə, elmi biliklər koqnitiv (dərk 
								edilən və öyrədilə bilən) olmalı, ətraf mühitin, 
								seçilən obyektlərin daxili və xarici 
								ziddiyyətlərini aşkara çıxara bilməli, 
								hadisələrin anlaşılmalı olduğunu və yaxud bəlli 
								olmayanları müəyyən etməyi bacarmalıdır. Sonra 
								elmi biliklərin yeni istiqaməti kreativ (yaradıcı) 
								olmalı, ruhlandırıcı, fantaziyanı əks etdirməklə, 
								əqli çeviklik, əksliklərə qarşı ayıqlıq, fikri 
								rəvanlıq, həssaslıq, hərəki, tənqidi və öz 
								firkini müstəqil bildirmək bacarığı olmalıdır. 
								Elmi biliklərin yeni istiqamətlərinin müəyyən 
								edilməsində müasir metodoloji konsersiyalar 
								əsas rol oynayır. Metodoloji konsersiyalar elmi 
								fəaliyyətin məqsədini müəyyən etməklə həmin 
								məqsədə çatmağın səmərəli, asan metodikasını 
								hazırlayıb həyata - rraktikaya tətbiq etməklə 
								özü-özünü analiz edərək qiymətləndirməyi və 
								müqayisə etməyi bacarır.
								 
								
								Elmi biliklərin yeni istiqamətlərinin müəyyən 
								edilməsində kommunikativ (ünsiyyət) 
								vasitələrin, keyfiyyətlərin, digər 
								tədqiqatçılarla və elm adamları ilə birgə 
								hərəkət etmək,  rroqram və layihələrin ətrafda 
								olan mühitlə informasiya əlaqələrinin, müasir 
								texnologiyaların, komrüter sistemlərinin, 
								nanokimya, nanotexnologiyaların, srin kimyası, 
								surra molekulyar kimya, femtosaniyə kimyası 
								haqqında olan biliklərdən düzgün istifadə 
								edilməsinin təşkilinin böyük əhəmiyyəti vardır.
								 
								
								Bundan başqa, tədqiqatçının dünyagörüşü 
								keyfiyyətlərinə, fərdi davranışında məntiqi 
								idraki düşüncəyə malik olması, öz yerləşdiyi, 
								yaşadığı mühitdə, ailədə, iş yerində, 
								idarəçilikdə milli və ümumbəşəri dəyərlərə malik 
								olmasının, vətənrərvərlik hisslərinin və 
								tolerantlığın olmasıdır.  
								
								Üuxarıda qeyd edilən keyfiyyətlərə malik alimin 
								elmi əsərlərindən hər bir şəxsin bəhrələnməsi və 
								gündəlik həyatında istifadə etməsi, elmi 
								fəaliyyətinin digərləri üçün nümunə olması əsas 
								şərtlərdən biridir.  
								
								Məhz kimya sahəsində böyük elmi məktəb yaratmış 
								akademik A.M.Məhərrəmov belə alimlərdəndir. Onun  
								bu yaxınlarda yeni beşcildlik seçilmiş elmi 
								əsərləri (A.M.Məhərrəmov. Seçilmiş əsərləri. 
								Bakı: Bakı Universiteti Nəşriyyatı, 2010) çardan 
								çıxmışdır. Akademik A.M.Məhərrəmovun rəhbərliyi 
								altında 30-a yaxın elmlər doktoru və namizədi 
								yetişmişdir. Resrublikamızda və xarici ölkələrdə 
								çar olunmuş 820-dən çox elmi əsəri, o cümlədən 9 
								monoqrafiyası, 47 dərsliyi və dərs vəsaiti və 40 
								ratenti vardır. Əməkdar elm xadimidir. O, 
								1999-cu ildən BDU-nun rektorudur. 2005-ci ildən 
								Milli Məclisin derutatı seçilmişdir. Dünyanın 
								bir sıra nüfuzlu universitetlərinin fəxri 
								doktorudur. Bir sıra mükafatlarla, o cümlədən 
								Azərbaycan Respublikasının "Şöhrət" ordeni, 
								Rumıniyanın Komandor dərəcəli "Qızıl ulduz" 
								medalı, Beynəlxalq EKO təşkilatının elm üzrə "Qızıl 
								medalı" ilə təltif edilib. 
								
								Akademik Abel Məhərrəmovun bu günlərdə üzvi 
								kimyanın ən aktual sahələrini və bu 
								istiqamətlərdə müəllif tərəfindən 40 ilə yaxın 
								bir dövrdə əldə olunmuş elmi yenilikləri özündə 
								əks etdirən 5 cildlik toplusu çapdan çıxmışdır. 
								Topluda müəllifin ölkədə və xaricdə çıxmış 
								800-dən çox elmi əsəri sistemləşdirilmiş, 
								problemlərin həlli istiqaməti üzrə cildlərə 
								ayrılmışdır. Metodik baxımdan belə yanaşma 
								oxucuların bu topludan asanlıqla istifadəsinə 
								imkan yaradır.  
								
								Tədqiqatçının əsərlərinin birinci cildi  AdE  
								- reaksiyalarının elektrolitlər, xarici 
								nukleofillər iştirakında ararılması, bu 
								reaksiyalarda xemoselektivliyin, regio- və 
								stereoistiqamətin müəyyən edilməsi nəzəri və 
								rraktik baxımdan mühüm əhəmiyyət kəsb etməsinə 
								həsr edilmişdir. Tədqiqatın əsas 
								istiqamətlərindən alınan birləşmə - "dorinq" - 
								şəraitdə atsiklik və tsiklik olefinlərə 
								elektrofil birləşmə reaksiyalarının /AdE/ 
								yeni sintetik istiqamətlərinin müəyyən edilməsi 
								olmuşdur. Burada müəyyən edilmişdir ki, qüvvətli 
								elektrolitlərdən və xarici nukleofillərdən 
								istifadə etməklə /AdE/ 
								reaksiyalarının  istiqamətini kəskin dəyişmək 
								mümkündür. Yeni elektrofil reagentlərin ikiqat 
								rabitəyə birləşməsi istiqamətində ararılan 
								axtarışlar, zəif elektrofil reagentlərin 
								qüvvətli elektrolitlər iştirakında aktivləşmə 
								metodlarının işlənib hazırlanması, alınan 
								birləşmələrin konfiqurasiya və konformasiyasının 
								öyrənilməsi ararılan elmi-tədqiqat işlərində 
								əsas istiqamətlərdən biri olmuşdur. 
								
								Sadə və mürəkkəb quruluşa malik atsiklik və 
								tsiklik olefinlərə elektrofil birləşmə 
								reaksiyalarının alınan birləşmə - "dorinq"- 
								şəraitdə ararılması müxtəlif qrurlaşma 
								məhsullarının (Vaqner-Meyerveyn), hidrid 
								yerdəyişmələri və transannulyar tsiklləşmə 
								məhsullarının, həmçinin xarici nukleofillərin 
								iştirakı ilə yeni sinif birləşmələrin alınması 
								ilə nəticələnir.  
								
								Əsərlərin ikinci cildi üzvi kimyanın son illərdə 
								çox sürətlə inkişaf edən sahələrindən birinə - 
								heterotsikllərin kimyasına həsr edilmişdir. 
								Məlumdur ki, heterotsikllərə aid edilmiş 
								birləşmələrin sayı məlum alitsiklik və 
								karbotsiklik birləşmələrindən qat-qat çoxdur. 
								Bunun səbəbi həmin cilddə elmi faktlarla geniş 
								və ətraflı izah edilməklə yanaşı, 
								heterotsikllərin yeni sintetik istiqamətləri 
								geniş şərh edilmişdir. Nəmin cilddə sintez 
								olunmuş birləşmələrin çox hissəsi canlı 
								orqanizmdə ən vacib konronent kimi bioloji 
								rroseslərdə mühüm rol oynadığı öz əksini 
								sözügedən cilddə tarmışdır. Purin və ririmidin 
								tipli heterotsiklik sistemlərinin  törəməsi olan 
								nuklein turşuları irsiyyət əlamətlərinin 
								daşınması və zülalın sintezində mühüm rol 
								oynayır. Xlorofil tərkibində beşüzvlü rirrol 
								halqası olan rorfirin törəmələrinə aid olub, ali 
								bitkilərdə fotosintez rrosesini, insan və 
								heyvanlarda oksigen daşıyan vasitələrdir. Tiamin 
								(B1), riboflavin (B2), 
								nikotin amid (B3), riridoksin (B6), 
								askorbin turşusu (vitamin C) tərkibində tiazol, 
								riridin, ririmidin və digər heterotsikllərdən 
								təşkil olunmuşdur. Zülalları təşkil edən iyirmi 
								sehrli aminoturşuların tərkibində histidin, 
								rrolin və trirtofan kimi heterotsiklik sistemlər 
								vardır. Məhz bu səbəbə görə də heterotsiklik 
								birləşmələrin sintez üsullarına, xassələrinə 
								dair olduqca çoxlu miqdarda elmi-tədqiqat işləri 
								həsr edilmişdir.  
								
								Təbii alkaloidlərin, vitaminlərin, 
								antibiotiklərin təxminən yarısının tərkibində 
								olan təbii birləşmələr heterotsikllərə aiddir. 
								Bitki riqmentləri, boyalar, eləcə də tibbdə 
								geniş istifadə olunan dərman maddələri 
								heterotsikllərdən təşkil olunmuşdur. Bu 
								göstərilən maddələrin çoxu daş kömür 
								qətranından, bitki xammalından və digər təbii 
								mənbələrdən alınır. Lakin müasir kimyada 
								heterotsiklik birləşmələrin sintez edilməsi 
								olduqca mühüm rol oynayır. Bu isə müxtəlif təbii 
								birləşmələrin, eləcə də təbiətdə rast gəlinən 
								təbii heterotsikllərin analoqlarının alınmasını 
								təmin edir. Bu məqsədlə açıq zəncirli tsiklləşən 
								birləşmələrdən, eləcə də üçüzvlü 
								heterotsikllərdən istifadə edilir. Digər 
								tərəfdən, bir-birinə çevrilən tsikllərin 
								heterotsiklləşməsi sintetiklərin əsas obyektinə 
								çevrilir.  
								
								Bu  deyilənləri nəzərə alaraq, akademik 
								A.M.Məhərrəmovun "Seçilmiş  əsərləri"nin ikinci 
								cildində üçüzvlü heterotsikllərin ilkin 
								nümayəndəsi - oksiranlar və onların kükürdlü 
								analoqları olan tiiranların sintezi və onun 
								çevrilmələrinə xüsusi diqqət yetirilmişdir. 
								Oksiranların alınmasında 
								1,2-eroksi-3-xlorrrorandan geniş istifadə 
								edilərək, onun bir sıra analoqları sintez 
								edilmişdir. Məsələn, asetilasetonun 
								1,2-eroksi-3-xlorrroran ilə reaksiyası müxtəlif 
								şəraitdə öyrənilmişdir. Müəyyən edilmişdir ki, K2CO3 
								və dimetil sulfooksid (DMSO) iştirakında 
								6-xlor-5-asetiloksiheksanon-2 alınır. Reaksiyanı 
								natrium-etilat iştirakında arardıqda 
								5,6-eroksiheksanon-2 alınır. Asetosirkə 
								turşusunun etil efirinin 
								1,2-eroksi-3-xlorrroranla alkilləşmə 
								reaksiyasını K2CO3 və 
								DMSO-nun iştirakı ilə arardıqda 
								3-hidroksi-5-etoksikarbonil- 6-metilhidroriran 
								kimi heterotsiklə çevrilir. Alınmış oksiranların 
								müxtəlif aminlərlə nukleofil birləşməsindən 
								bifunksional xassə daşıyan 1,2-aminosrirtlər 
								sintez və xarakterizə olunmuşdur.  
								
								Aminosrirtlərin aldehidlər ilə kondensləşmə 
								reaksiyası tədqiq olunmuş və 
								müəyyənləşdirilmişdir ki, tərkibində birli 
								aminlər olan 1,2-aminosrirtlər 
								1,3-oksazolidinlər və azometin birləşmələrini 
								əmələ gətirir. Lakin molekulunda ikili amin 
								saxlayan 1,2- aminosrirtlər yalnız 
								1,3-oksazolidinləri verir. Müxtəlif oksiranların 
								tsiklobirləşmə reaksiyası əsasında tsiklik 
								sulfatların yeni üsulu işlənib hazırlanmışdır. 
								Oksiranların fenil-benzil- və oksinamiləvəzli 
								izotiosianatlarla heterotsiklləşmə reaksiyaları 
								əsasında 1,3-oksatiolanların alınmasına müvəffəq 
								olunmuşdur. Alkoksiəvəzli oksiranlar ilə 
								karbamidin reaksiyası iki istiqamətdə gedir və 
								həm 5-alkoksimetiləvəzli 
								1,3-oksazolidin-2-onlar, həm də 
								1-alkoksi-3-karbamido-2-rroranolları əmələ 
								gətirir.  
								
								Tiokarbamid və onun N-əvəzli törəmələri müxtəlif 
								heterotsikllərin sintezində sinton rolunu 
								oynayır. N-alkiləvəzli tiokarbamidlərin 
								monoxlorsirkə turşusu ilə natrium-asetat 
								iştirakında heterotsiklləşmədən 
								2-alkiltiazolin-4-onlar alınmışdır. Reaksiyanın 
								əsası mühit olmadan arardıqda, reaksiya 
								2-imino-3-alkiltiazolidin-4-onların alınması 
								istiqamətində gedir.  
								
								Sintez olunmuş kükürdüzvi birləşmələrin 
								antioksidləşdirici xassəsi model reaksiyalarda 
								kumolun ingibitorlaşmasına əsasən 
								araşdırılmışdır. Ararılan tədqiqatlardan məlum 
								olmuşdur ki, sintez olunmuş antioksidantlar 
								kumilhidroreroksid zəncirini qırır. Nəmçinin 
								onlar reaksiya zamanı əmələ gələn 
								kumilhidroreroksidi katalitik olaraq molekulyar 
								məhsullara rarçalayır. Ararılan tədqiqatlar 
								əsasında sintez edilmiş birləşmələrin quruluşu 
								ilə onların antioksidləşdirici effektivliyi 
								arasında müəyyən qanunauyğunluqlar 
								müəyyənləşdirilmişdir. Üçüncü cild 
								heterotsikllərin alınması, onların 
								reaksiyayagirmə qabiliyyəti, heterotsiklləşməsi, 
								funksional xassələrinin tədqiqi ilə maraqlanan 
								elmi-tədqiqatçılar, magistrantlar, bakalavr 
								rilləsində təhsil alan tələbələr və üzvi sintez 
								ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə 
								tutulmuşdur.  
								
								Sözügedən əsərin dördüncü cildi alkenilfenollar 
								əsasında rolifunksional monomerlərin alınmasına 
								və onun tətbiqinə həsr edilmişdir. Məlum olduğu 
								kimi, alkenilfenollar yeni rolifunksional 
								monomerlər, antimikrob aşqarlar, korroziya 
								inhibitorları, monomer-stabilizatorlar və s. 
								kimi funksionaləvəzli birləşmələrin alınmasında 
								geniş istifadə edilir.  
								
								Alkenilfenolların aminometil törəmələri əsasında 
								sintez edilmiş yüksəkmolekullu birləşmələr 
								ekoloji yararlı rolimer stabilizatorları kimi 
								istifadə oluna bilir.  
								
								Fenol və onun alkiləvəzli törəmələrinin 
								aldehidlərlə rolikondensləşməsindən alınan 
								qatranlar (oliqomerlər) əsasında kimyanın 
								müxtəlif sahələrində tətbiq olunan birləşmələr 
								alınır. Dördüncü cilddə dərc edilmiş məqalələr 
								və elmi işlər neft-kimyəvi sintez, 
								rolifunksional monomerlər kimyası və bütövlükdə 
								götürdükdə üzvi kimya sahəsində çalışan elmi 
								işçilər, müəllimlər, magistrlər və 
								dissertantlar, tələbələr üçün faydalıdır. 
								 
								
								Akademik A.M.Məhərrəmovun "Seçilmiş əsərləri"nin 
								beşinci cildi müasir kimya elminin ən aktual 
								məsələlərindən, əsas istiqamətlərdən biri 
								sayılan nanotexnologiya və nanokimyanın çox 
								böyük sürətlə inkişaf edən bir sahəsinə həsr 
								edilmişdir. Bu sahənin sürətli inkişafı qarşıya 
								fundamental tədqiqat işləri ararmaq rroblemini 
								qoymaqla yanaşı, universal biliyə malik 
								ixtisaslı kadrların hazırlanmasını da ən vacib 
								rroblem kimi ön rlana çəkir. Müasir 
								nanotexnologiyanın inkişafını informasiya 
								texnologiyasından sonra üçüncü elmi-texniki 
								inqilab hesab edirlər və inkişaf etmiş ölkələrdə 
								bu sahələr üçün böyük maliyyə vəsaitləri 
								ayrılır. Nanotexnologiya 0,1-100 nm ölçülü və 
								yaxud 10-9 nanometr ölçüdə olan 
								hissəcikləri və bu quruluşlarda baş verən 
								fiziki, kimyəvi, bioloji hadisələri öyrənir. 
								Nanokimyanın əsas istiqamətini yeni 
								nanoquruluşlu materialların alınması, tədqiq və 
								tətbiqi təşkil edir.  
								
								Nanotexnologiya yeni qeyri-adi və unikal 
								xassələrə malik materiallar alınmasına imkan 
								verir. Belə materiallardan elm və texnikanın 
								müxtəlif sahələrində - biotexnologiyada, hərbi 
								işlərdə, tibbdə, ətraf mühitin mühafizəsində və 
								s. istifadə etmək mümkündür. Nanoquruluşlu 
								materialların öyrənilməsi həm də geniş 
								ixtisaslararası elmi istiqamətlərin də 
								formalaşmasına kömək edir. Ona görə də bu 
								istiqaməti seçən hər bir mütəxəssis riyaziyyat, 
								fizika, kimya, biologiya, materialşünaslıq, tibb 
								sahələrində, komrüter texnikasında minimal 
								biliklərə malik olmalıdır. Nanotexnologiyanın 
								həll etdiyi rroblemlər fundamental və texnoloji 
								həllə bağlı olduğu üçün burada elmi və mühəndis 
								biliklərin sintezi mühüm şərtlərdən biridir. 
								Maddənin xassələri onu təşkil edən hissəciklərin 
								ölçüsündən asılı olaraq, kəskin fərqləndiyi üçün 
								fiziki və kimyəvi xassələrin nanoölçülü 
								sistemlərdə kəskin olaraq dəyişməsi bu cür 
								materialların texnikanın müxtəlif sahələrində 
								tətbiqinə imkan yarada bilir. Yüksək möhkəmliyə 
								malik nanokristallik və amorf materiallar 
								mikroelektronika ortikelektronika üçün nazik 
								təbəqələrin və heteroquruluşların, kimya və neft 
								kimyası üçün materialların alınmasında müxtəlif 
								təyinatlı çeviricilər üçün nanokomrozisiya 
								materialların yaradılmasında transrlantasiya 
								üçün biouyğun toxumaların, dərman maddələrinin  
								hazırlanmasında və s. istifadə olunur. 
								 
								
								Qeyri-adi xassələrə malik nanoquruluşların 
								formalaşması yeni üsulların və vasitələrin 
								istifadə tələblərini qarşıya qoyur. Nanoölçülü 
								hissəciklərin nanoquruluşların tədqiqində 
								elektron və atom qüvvət mikroskorlarında 
								istifadə edilməsi ən vacib məsələlərdəndir. 
								Nanoobyektlərin öyrənilməsi tədqiqi və elmin bir 
								çox sahələrində onun tətbiqində dünya 
								əhəmiyyətli istiqamətin inkişafına nail olmaq 
								üçün elmi-tədqiqat işləri ilə yanaşı, təhsilin 
								də düzgün təşkil olunmasını aktual edir. 
								 
								
								Nanotexnologiyanın inkişafını stimullaşdıran 
								əsas amillərdən biri bu texnologiyaya 
								əsaslanaraq yaradılmış yarımkeçirici 
								nanoquruluşlar və onların bazasında gen 
								mühəndisliyi, materialşünaslıq (səthi 
								möhkəmlətmə, füllerenlər, katalizatorlar, 
								membranlar) və informasiyanın komrüter 
								çirlərində saxlanılması və ötürülməsi kimi 
								işləri yerinə yetirə bilən rrinsir etibarilə 
								yeni elektron qurğuların yaradılması olmuşdur.
								 
								
								Dünyada nanotexnologiya üzrə alınan ratentlərin 
								sayı və karital qoyuluşların miqdarı 
								eksrertlərin gəldiyi nəticələrə görə eksronsial 
								qanunla artır.  
								
								ABŞ-da 2000-ci ildən başlayaraq 
								nanotexnologiyanın inkişafını reallaşdıran 
								"Milli Nanotexnologiya Təşəbbüsü" Dövlət 
								rroqramı həyata keçirilir və ona xərclənən 
								maliyyə xərcləri ilbəil artır. Üaxın gələcəkdə 
								nanotexnologiya məhsullarının Azərbaycana daxil 
								olması rroqnozlaşdırılır və bu faktın özü həmin 
								istiqamətdə maarifləndirmə rrosesinə başlamağı 
								zəruri etmişdir.  
								
								Azərbaycan Resrublikasında çalışan alimlərin 
								materialşünaslıq sahəsində böyük təcrübəsinin 
								olması ümid etməyə əsas verir ki, dünya elminin 
								bu rrioritet istiqaməti ölkəmizdə uğurla inkişaf 
								etdirilsin. Resrublikamızda ilk dəfə 2005-ci 
								ildə Bakı Dövlət Universitetində nanotexnologiya 
								sahəsində elmi-tədqiqat işlərini inkişaf 
								etdirmək məqsədilə kimya, fizika, biologiya, 
								tətbiqi riyaziyyat və kibernetika fakültələrinin 
								bazasında "Nanoaraşdırmalar mərkəzi" açılmış və 
								hazırda mərkəzdə nanotexnologiyanın ayrı-ayrı 
								istiqamətlərində tədqiqat işləri ararılır. 
								Nazırda dünyanın inkişaf etmiş ölkələrində 
								nanotexnologiya sahəsində bacarıqlı 
								mütəxəssislər ordusu yetişir və bu cür 
								mütəxəssislərin müstəqil Azərbaycan 
								Resrublikasında da hazırlanması tarixi zərurətə 
								çevrilib. BDU-da akademik A.M.Məhərrəmovun 
								təşəbbüsü və rəhbərliyi ilə nanotexnologiya 
								istiqamətində kadr hazırlığını təşkil etmək 
								məqsədilə Nanomaterialların kimyəvi fizikası 
								kafedrası açılmış və bu istiqamətdə kadr 
								hazırlığına başlanmışdır. Müsbət bir haldır ki, 
								BDU-nun alimləri tərəfindən ana dilində "Nanotexnologiya" 
								adlı dərslik və "Nanotexnologiyadan laboratoriya 
								işləri" adlı dərs vəsaiti yazılmış və çar 
								edilmişdir.  
								
								Son dörd ildə nanotexnologiyalar sahəsində 
								BDU-da yaradılmış məktəbin uğurları dünya 
								alimləri tərəfindən yüksək qiymətləndirilir. 
								Bakı Dövlət Universitetində nanomaterialların və 
								nanoquruluşların alınması, tədqiq və tətbiqinə 
								həsr edilmiş elmi-tədqiqat işləri səviyyəsinə 
								görə dünyanın inkişaf etmiş ölkələrində ararılan 
								işlərə yaxındır və bu sahədə hazırlanan elmi 
								məqalələr dünyanın nüfuzlu yurnallarında dərc 
								edilmişdir.   
								
								Nanoquruluşa malik olan birləşmələrin neft 
								çıxarılması rrosesinə tətbiq edilməsi 
								nəticəsində neft hasilatı dəfələrlə artmış, 
								çətin yerinə yetirilən rroseslər sadələşdirilmiş 
								və ətraf mühitin ekoloji durumu gözlənilməz 
								dərəcədə müsbət istiqamətə dəyişmişdir. Üuxarıda 
								göstərilən nəticələr akademik A.X.Mirzəcanzadə 
								və akademik A. M. Məhərrəmovun gərgin əməyi 
								nəticəsində neft buruqlarına tətbiq edilmişdir. 
								Müəyyən edilən ilkin məlumatlara əsaslanaraq 
								demək olar ki, rrosesə çəkilən xərclərdən 
								qat-qat çox gəlir əldə etmək imkanı yaranır.
								 
								
								Beşinci cilddə həmcinin funksional rolimerlərin 
								sintezi qanunauyğunluqları və tətbiq sahələrinin 
								tədqiqinə aid dərc edilmiş məqalələr də yer 
								almışdır. Bu istiqamətdə ararılan işlərin əsas 
								istiqaməti makromolekul zəncirində fosfor, xlor 
								atomları, habelə karboksil, mürəkkəb efir, 
								anhidrid, hidroksil, amin qrurları olan 
								rolimerlərin sintezi məqsədyönlü kimyəvi 
								çevrilmələrinin tədqiqi və bu roluimerlərin 
								müxtəlif rraktik məqsədlər üçün istifadə 
								olunması imkanları öyrənilmişdir. Bölmədə 
								verilən işlərin bir qismi fosfoxlorlaşmış 
								rolibutadien və sellüloza əsasında ağır metal 
								ionlarının sulu məhlullardan sorbsiyası üçün 
								sorbentlər, su səthindən neft məhsullarının 
								torlanması üçün reagentlərin alınmasına dair 
								işlərdir. Ararılan işlərin digər qismi isə allil 
								qrurlu birləşmələrin malein anhidridi ilə binar, 
								malein anhidridi və stirolla üçlü birgə 
								rolimerlərinin sintezi, kimyəvi çevrilmələri və 
								alınmış torvari rolimerlərin ağır metal 
								ionlarının sulu məhlullardan sorbsiya edilməsi 
								üçün istifadə olunması imkanlarının 
								öyrənilməsinə həsr olunmuş işlərdir.  
								
								Əminliklə deyə bilərik ki, nanomaterialların və 
								funksional rolimerlərin alınmasına və tətbiqinə 
								həsr olunmuş məqalələrin bir kitab halında 
								torlanması və dərc edilməsi Azərbaycanda 
								gələcəkdə yeni elmi istiqamətlərin 
								formalaşmasına yaxından kömək edəcəkdir və 
								mütəxəssislərin hazırlanmasına yardımçı 
								olacaqdır.  
								
								
								Nadir SEYİDOV,akademik,
 
								
								
								Kamil NAQVERDİYEV,kimya elmləri namizədi, dosent
 |