| 
								
								Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji 
								Universitetinin böyük akt zalında Təhsil 
								Nazirliyi Daxili İşlər Nazirliyi ilə birgə 
								"İnsan alveri" mövzusunda tədbir keçirib. 
								
								Yığıncağı giriş sözu ilə açan ADPU-nun tərbiyə 
								işləri üzrə prorektoru, professor Rafiq 
								Baxşəliyev seminar xarakterli bu tədbirin 
								mahiyyətindən, insanların 
								maarifləndirilməsindəki rolundan danışıb. 
								 
								
								İnsan alverinin törətdiyi faciəni toplantı 
								iştirakçılarına əyani şəkildə çatdırmaq üçün 
								monitor vasitəsilə bu mövzuya həsr edilmiş 
								qısametrajlı film göstərilib.  
								
								Tədbirdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə 
								İdarəsinin rəis müavini, polis polkovniki İmran 
								Nəcəfov, Təhsil Nazirliyinin Tərbiyə və 
								məktəbdənkənar müəssisələrlə iş şöbəsinin baş 
								məsləhətçisi Elnur Əlizadə, "Təmiz dünya" 
								qeyri-hökumət təşkilatının sədri Mehriban 
								Zeynalova çıxış ediblər. Natiqlər dünyada hər 
								gün 3 qadından birinin zorakılığa məruz 
								qaldığını, insan alverinə qarşı mübarizəni 
								genişləndirmək məqsədilə DİN-in mütəmadi 
								tədbirlər planı hazırlayaraq həyata keçirdiyini, 
								Azərbaycanın bütün təhsil ocaqlarında, xüsusilə 
								ali məktəblərdə insan alverinə və terrorizmə 
								qarşı mübarizə metodlarının maarifləndirilməsi 
								işinin aparıldığını diqqətə çatdırıblar. 
								 
								
								
								Nizami MİRZƏ |