Azərbaycan Texniki Universitetinin maşınqayırma
fakültəsinin əməkdaşlıq etdiyi alman
universitetlərinin siyahısına Almaniyanın
Lautsiz ali məktəbi də əlavə olunmuşdur. Qeyd
edək ki, bir müddət əvvəl Azərbaycan Texniki
Universitetinin rektoru, professor Havar
Məmmədov və Lautsiz ali məktəbinin prezidenti,
professor Q.Şults tərəfindən Alman Akademik
Mübadilə Xidmətinin (DAAD) Şərq əməkdaşlığı
proqramı çərçivəsində maşınqayırma sahəsi üzrə
universitetlərarası əlaqələr və kooperasiya
yaradılması haqqında birgə müqavilə imzalanıb.
Müqavilənin şərtlərinə əsasən,
universitetlərarası əməkdaşlıq və kooperasiya
yaradılması məqsədi ilə Azərbaycan Texniki
Universitetinin maşınqayırma fakültəsinin dekan
əvəzi, dosent Ərəstun Məmmədov Lautsiz ali
məktəbində olub və həmin təhsil ocağının
rəhbərləri ilə görüşüb.
Görüşdə universitetlərarası əməkdaşlığın davam
etdirilməsi məsələsi müzakirə edilməklə
yanaşı,bir sıra yeni razılaşmalar da əldə
olunub. Razılaşmaya uyğun olaraq Azərbaycan
Texniki Universitetinin maşınqayırma
fakültəsinin 15 tələbəsi bu il yay istehsalat
təcrübəsini Lautsiz ali məktəbində
keçəcəkdir.
Samirə KƏRİMOVA |