Dekabrın 8-də Təhsil Nazirliyi ilə Avropanın ən
iri tikinti materialları istehsalçılarından biri
olan "KNAUF İnternational GmbH" arasında Niyyət
Protokolu imzalandı.
Protokola əsasən, ölkəmizin ilk peşə-ixtisas
təhsili müəssisələrində "Quru inşaat ustası"
peşəsi üzrə ixtisaslı kadrların hazırlanması
nəzərdə tutulur. Bu məqsədlə Bakının 4 və 18,
Gəncənin 3 nömrəli peşə liseylərində yeni dərs
ilindən mütəxəssis hazırlığına başlamaq
planlaşdırılır. Həmin liseylərdə yeni ixtisas
üçün ayrılmış sinif otaqlarında və emalatxana
sahələrində KNAUF tərəfindən tədris və təlim
üçün lazım olan avadanlıq quraşdırılacaqdır.
Bundan əlavə, liseylərin istehsalat təlimi
ustaları və ixtisas müəllimləri yeni peşə üzrə
xüsusi hazırlıq keçəcəklər. |