"Əhalinin ekoloji təhsili və
maarifləndirilməsi" haqqında Azərbaycan
Respublikası Qanunundan və Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan
Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planı"nın təsdiq
edilməsi haqqında 28 sentyabr 2006-cı il
tarixli, 1697 nömrəli Sərəncamından irəli gələn
vəzifələri yerinə yetirmək və məktəblilər
arasında ekoloji maarifləndirmə işlərini
genişləndirmək məqsədilə
ƏMR EDİRƏM:
1. 2010-2011-ci tədris ilində ümumtəhsil
məktəblərinin şagirdləri arasında "Ətraf mühiti
qoruyaq" mövzusunda respublika rəsm və
fotomüsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat
komitəsinin tərkibi təsdiq olunsun (əlavə
olunur).
3. Naxçıvan MR Təhsil Nazirliyi, rayon, şəhər
təhsil şöbələri, idarələri əsasnamənin
tələblərinə uyğun olaraq müsabiqənin yerlərdə
keçirilməsini təmin etsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi
(A.İbrahimov) müsabiqənin təşkili ilə
əlaqədar lazımi təşkilati işləri həyata
keçirsin.
5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqə
qaliblərinin mükafatlandırılması üçün 525 (beş
yüz iyirmi beş) manat vəsait ayrılmasını
təmin etsin.
6. Ümumi şöbə (H.Məhərrəmova) müsabiqə qalibləri
üçün hədiyyələrin alınmasını, əmr və
əsasnamənin çoxaldılaraq yerlərə
göndərilməsini təmin etsin.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin və əlavələrin "Azərbaycan müəllimi"
qəzetində dərc olunmasını təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini
E.Qasımova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
7 dekabr 2010-cu il |