Xəbər verdiyimiz kimi, 1-3 dekabr 2010-cu il
tarixlərində Azərbaycan Milli Konservatoriyası
nəzdində Musiqi Kollecində gənc ifaçıların
müsabiqəsi keçirilib. Dahi bəstəkarımız Üzeyir
Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş
müsabiqədə sözügedən Musiqi Kolleci ilə yanaşı,
Sumqayıt Musiqi Kollecinin, Bakıdakı Əfrasiyab
Bədəlbəyli adına 23 nömrəli Uşaq Musiqi
Məktəbinin tələbə və şagirdləri də iştirak
ediblər. Müsabiqənin ilk turu dekabrın 1-də,
ikinci turu isə dekabrın 3-də baş tutub.
İştirakçılar Üzeyir Hacıbəylinin və dünya
bəstəkarlarının klassik musiqi əsərlərini ifa
ediblər. İfalar münsiflər heyəti tərəfindən
qiymətləndirilib.
Müsabiqənin proqramına daxil edilmiş musiqi
nömrələrini daha yaxşı ifa edən 6 iştirakçı
qalib hesab olunub. Qaliblərdən 2 nəfəri -
Musiqi Kollecinin III kurs tələbəsi Abbas
Abdullazadə (müəllimi D.Zəkiyeva) və IV kurs
tələbəsi Sərxan Xəlilov (müəllimi S.Babazadə) I
dərəcəli, 2-si - Musiqi Kollecinin II kurs
tələbəsi Aysel Rzayeva (müəllimi, əməkdar
müəllim E.Paşayeva) və Bakıdakı Əfrasiyab
Bədəlbəyli adına 23 nömrəli Uşaq Musiqi
Məktəbinin VIII sinif şagirdi Kamilla Heydərova
(müəllimi R.Cəfərova) II dərəcəli, 2 nəfəri -
Musiqi Kollecinin III kurs tələbəsi Fəriqə
Məmmədova (müəllimi S.Əsgərova) və I kurs
tələbəsi Nuray Rzayeva (müəllimi S.Babazadə) isə
III dərəcəli diploma layiq görülüblər.
Musiqi Kollecinin III kurs tələbəsi Tatyana
Byakova (müəllimi G.Əhmədzadə) diplomla
mükafatlandırılıb. Sumqayıt Musiqi Kollecinin IV
kurs tələbəsi Aytən Tahirova (müəllimi
N.Nəbiyeva) isə müsabiqədə iştirakına görə
təşəkkürnamə alıb.
Müsabiqənin "Ü.Hacıbəylinin əsərinin ən yaxşı
ifaçısı" nominasiyasında Musiqi Kollecinin III
kurs tələbəsi Abbas Abdullazadə fərqlənib. O,
"Cəngi"nin ifasına görə xüsusi mükafata layiq
görülüb.
Y.ƏLİYEV |