Dekabrın 3-də Azərbaycan Respublikasının
Nazirlər Kabineti "2011-ci ildə Novruz, Ramazan,
Qurban bayramları haqqında" qərar qəbul etmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, Azərbaycan Respublikasının Əmək
Məcəlləsinin 105-ci maddəsinə, Azərbaycan
Respublikası Milli Elmlər Akademiyasının və
Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən,
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
müvafiq qərarı ilə 2011-ci ildə 20, 21, 22, 23,
24 mart - Novruz bayramı, 30, 31 avqust -
Ramazan bayramı, 6, 7 noyabr - Qurban bayramı
elan edilmişdir.
Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş
günü hesab edilmir.
Bu qərar imzalandığı gündən qüvvəyə minmişdir. |