Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

10 Dekabr 2010 - ¹48

 

Leyla Əliyeva: Birgə səylərimiz sayəsində RAGT böyük uğurlar qazanmışdır

Bookmark and Share

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində olmuşdur.

Səfər çərçivəsində L.Əliyeva Rusiyanın Ural Federal Dairəsində - Sverdlovsk, Çelyabinsk və Tümen vilayətlərində RAGT-nin regional bölməsinin nümayəndələri ilə görüşmüşdür.

Görüşü Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu Sultan Qasımov açmışdır. O, Heydər Əliyev Fondunun və onun Rusiyadakı nümayəndəliyinin ikitərəfli humanitar əməkdaşlığın genişlənməsinə yönəlmiş çoxşaxəli fəaliyyəti barədə məlumat vermişdir. Sultan Qasımov Leyla Əliyevanın Yekaterinburqa səfərini bu şəhərin ictimai-siyasi həyatında mühüm hadisə adlandırmışdır. Diplomat təkcə Moskvada deyil, bütün Rusiyada azərbaycanlı gəncləri sıx birləşdirmiş RAGT-nin genişmiqyaslı fəaliyyətini də qeyd etmişdir.

Sonra S.Qasımov çıxış üçün L.Əliyevaya söz vermişdir. L.Əliyeva RAGT-nin fəaliyyəti, məqsədləri və yaxın perspektiv üçün vəzifələri barədə gənclərə məlumat vermiş, gənclər təşkilatı tərəfindən həyata keçirilmiş iri aksiyalar və tədbirlər barədə, birlikdə həyata keçirilməli olan yeni layihələr haqqında söhbət açmışdır.

Leyla Əliyeva demişdir ki, Yekaterinburq gözəl şəhərdir, burada azərbaycanlı tələbələrin də təhsil aldığı prestijli tədris müəssisələri çoxdur. O demişdir: "Burada gənclərlə əlaqədar çox maraqlı hadisələr baş verir, festivallar, konfranslar, konsertlər və digər tədbirlər keçirilir. Əminəm ki, bizim gənclər RAGT-nin dəstəyi ilə müxtəlif mədəni tədbirləri daha fəal həyata keçirəcək və Vətənimizi ləyaqətlə təmsil edə biləcəklər". RAGT sədri onu da xatırlatmışdır ki, mayın 22-də RAGT-nin yaradılmasının növbəti ildönümünə həsr edilmiş konfrans keçirilmiş, həmin tədbirə Moskva və Sankt-Peterburqla bərabər Arxangelsk, Tver, Vladivostok, Yekaterinburq və digər regionlardan da çoxlu tələbələr gəlmişdir. O demişdir: "RAGT-nin coğrafiyası daim genişlənir və bu, bizi sevindirir. Rusiyanın bir sıra tədris müəssisələrində azərbaycanlı gənclər klubları fəaliyyət göstərir və RAGT ilə birlikdə çoxlu mədəni tədbirlər - konsertlər, fotosərgilər, konfranslar, seminarlar, Azərbaycan mədəniyyəti günləri və həftələri keçirilir".

L.Əliyeva "Xocalıya ədalət" adlı beynəlxalq kampaniyanı RAGT tərəfindən Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirilən ən mühüm aksiyalardan biri adlandırmışdır. Bu kampaniyanın məqsədi Azərbaycanın bu şəhərinin sakinlərinə qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı haqqındakı həqiqəti dünya ictimaiyyətinə çatdırmaqdır. Onun sözlərinə görə, RAGT gənclərin həyatının bütün sahələrini əhatə etməyə çalışır - idman tədbirləri, xeyriyyə aksiyaları keçirir, tələbələrimizin təhsil almasına kömək edir. RAGT başçısı demişdir: "Bu yaxınlarda 18 tələbəyə "RAGT əlaçısı" mükafatı təqdim edilmişdir. Ümid edirəm ki, gələn il bu cür tələbələrin sayı daha çox olacaqdır".

Azərbaycanlı gənclər təşkilatının sədri razılıq hissi ilə qeyd etmişdir ki, RAGT-nin saytı fəal işləyir, bu yaxınlarda sayt yeniləşdirilmişdir. L.Əliyeva bildirmişdir ki, tezliklə RAGT televiziyası yaradılacaqdır. O, gəncləri özlərinin çəkdiyi, Rusiyanın müxtəlif regionlarındakı oğlan və qızların bir-birini daha yaxşı tanımasına kömək edə biləcək videosüjetləri həmin telekanala göndərməyə çağırmışdır. O demişdir: "Bununla bərabər, tezliklə RAGT jurnalının ikinci nömrəsi çapdan çıxacaqdır. Biz bu nömrədə gənclər üçün ən maraqlı mövzuları işıqlandırmağa çalışmışıq. Əgər kiminsə maraqlı məqalələri varsa, onları bizə göndərin, biz ən yaxşılarını hökmən jurnalda dərc edəcəyik".

RAGT sədri çıxışının sonunda demişdir: "Mən böyük inamla deyə bilərəm ki, bu illər ərzində bizim birgə səylərimiz, təşəbbüskarlıq və Vətənə sevgimiz sayəsində RAGT çox işlər görməyə, böyük uğurlar qazanmağa nail olmuşdur. Lakin qarşıda görüləsi işlər, layihələr çoxdur və mən əminəm ki, biz birlikdə çox yaxşı işlər görə, Vətənimizi layiqincə təmsil edə bilərik". L.Əliyeva görüşün bütün iştirakçılarına və təşkilatın təəssübkeşlərinə fəallıq və dəstəyə görə təşəkkürünü bildirmişdir.

Sonra RAGT-nin Sverdlovsk vilayəti üzrə regional bölməsinin sədri, RAGT İdarə Heyəti Şurasının üzvü Vüsal Vəliyev regional gənclər təşkilatının fəaliyyəti barədə məlumat verərək qeyd etmişdir ki, RAGT-nin yaradılması təkcə Sverdlovsk vilayətində deyil, bütün Rusiyada azərbaycanlı gənclər hərəkatının təşkilatlanmasına böyük təkan vermişdir. Onun sözlərinə görə, bu gün Rusiyada azərbaycanlıların yeni, Rusiya cəmiyyətinə fəal inteqrasiya etməyə çalışan nəsli formalaşır.

RAGT-nin Çelyabinsk və Tümen vilayətləri üzrə regional bölmələrinin rəhbərləri, müxtəlif ali məktəblərin tələbələri öz çıxışlarında gənclər təşkilatlarının aktual problemlərinə toxunmuş, perspektiv planlar barədə danışmışlar. Onlar Leyla Əliyevaya Azərbaycan gənclərinə göstərdiyi qayğı və diqqətə görə, eləcə də RAGT rəhbəri tərəfindən bu təşkilatın Sverdlovsk regional bölməsinə hədiyyə edilmiş milli geyimlərə görə ona təşəkkür etmişlər. Görüş iştirakçıları RAGT sədrini əmin etmişlər ki, bizim gənclər bundan sonra da RAGT-nin və Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin bütün tədbirlərində fəal iştirak edəcəklər. RAGT-nin Sverdlovsk bölməsinin üzvü olan gənclər adından Leyla Əliyevaya xatirə hədiyyəsi təqdim edilmişdir.

Ural Federal Dairəsinin Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş etdirilmişdir.

Sonra Leyla Əliyeva görülmüş işlər və yaxın gələcək üçün perspektiv planlar barədə gənclərin çoxsaylı suallarına cavablar vermişdir.

Görüşdə Rusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Şahin Şıxlınski iştirak etmişdir.

Elə həmin gün Leyla Əliyeva Sverdlovsk vilayəti Qanunvericilik məclisinin nümayəndələr palatasının sədri Lyudmila Babuşkina ilə görüşmüşdür. Görüşdə humanitar əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur.  

AzərTAc

 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

10 Dekabr 2010 - ¹48

Şuşa şəhəri 1 nömrəli orta məktəbin kollektivinə
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
S.H.Babayevaya "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
U.M.Qasımova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ekologiya ili"nə töhfəmiz mövzusunda məktəblilərin respublika ekoloji forumunun keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Ətraf  mühiti qoruyaq" məktəblilərin  respublika müsabiqəsinin  keçirilməsi  barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Leyla Əliyeva: Birgə səylərimiz sayəsində RAGT böyük uğurlar qazanmışdır
 
Ulu öndərin xatirəsinə ehtiram
 
Nazirlər Kabineti 2011-ci ildə Novruz, Ramazan və Qurban bayramları haqqında qərar qəbul edib
 
Heydər Əliyev ideyaları müasir təhsil quruculuğunun əsasıdır
 
Milyonların yaddaşlarında yaşayan dahi insan
 
Almaniyada keçirilən Azərbaycan Elm və Mədəniyyət Həftəsi başa çatıb
 
Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyi qeyd olundu
 
Təhsil Nazirliyində seminar-müşavirə keçirilib
 
Təhsil Nazirliyinin İnternet saytı "Milli Net-2010" müsabiqəsinin qalibi oldu
 
Təhsil Nazirliyi ilə KNAUF arasında protokol imzalandı
 
Doktorant və gənc tədqiqatçıların XV Respublika elmi konfransı
 
Oktyabr və noyabr aylarında Təhsil Nazirliyinin  "Qaynar xətt" xidmətinə 1854 müraciət daxil olub
 
"Gorus-2010: absurd teatrı mövsümü" kitabı informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbədir
 
BDU-nun tələbələri ingilis dilindən də dövlət imtahanı verəcəklər
 
İnnovasiya yönümlü iqtisadi inkişafın problemləri və bunların həlli yolları
 
Səfir Polşa universitetlərində Azərbaycan dilinin tədrisinin mümkünlüyündən söz açıb
 
Elmi seminarda fizika və onun tədrisi problemləri müzakirə olundu
 
Məktəblilərin fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin I turu keçirildi
 
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anıldı
 
Bu gün 2010-cu ilin Nobel  mükafatları təqdim olunacaq
 
"Ağ ölüm"lə bağlı "dəyirmi masa"
 
Gənc ifaçıların müsabiqəsi başa çatıb
 
Tələbə elmi cəmiyyətinin altıncı konfransı
 
Sənət adamları məktəblilərin qonağı oldular
 
Açıq respublika birinciliyinə start verilib
 
Dünya universitetləri: Tokio Texnologiya İnstitutu
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov