| 
								
								
								Dünya siyasətçiləri Heydər Əliyev haqqında 
								
								  
								
								 Mərhum 
								Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi 
								sayəsində Azərbaycan bu gün xarici siyasətində 
								etibar və sabitlik amili kimi çıxış edən, 
								iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm 
								addımlarla irəliləyən, beynəlxalq birliyin 
								nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini 
								gündən-günə təmin etməkdə olan ölkədir. 
								Azərbaycanın bu gün yürütdüyü uğurlu və 
								tarazlaşdırılmış xarici siyasətinin memarı olan 
								Heydər Əliyevi itirməyimiz tarixi və mədəni 
								tellərlə bir-birinə bağlanmış olan xalqlarımızı 
								dərindən kədərləndirmişdir. 
								
								
								Abdullah GÜL,Türkiyə Respublikasının Prezidenti
 
								
								Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və 
								firavanlığı, bölgədə və dünyada sülh naminə 
								göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya 
								tarixində şərəfli yer tutmuşdur.   
								
								
								Rəcəb Tayyib ƏRDOĞAN, Türkiyə Respublikasının Baş naziri
 
								
								Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin 
								səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi 
								ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və 
								Azərbaycanın strateji tərəfdaşlığının təməlini 
								qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın 
								möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir. 
								 
								
								
								Vladimir PUTİN, Rusiya Federasiyasının Baş naziri
   
								
								Heydər Əliyev Cənubi Qafqazda uzun müddət 
								ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə 
								Amerika Birləşmiş Ştatları və Azərbaycanın 
								bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında 
								və Azərbaycanın müstəqilliyinin qorunmasında 
								onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. 
								Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş 
								Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı 
								əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı 
								mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ 
								faciəsinin sülh danışıqları vasitəsilə ədalətli 
								və uzunmüddətli həllinə nail olmaq sahəsində 
								onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və 
								sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb 
								etmişdir.  
								
								
								Corc BUŞ, Amerika Birləşmiş Ştatlarının keçmiş Prezidenti
 
								
								Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, 
								MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan 
								xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi  
								üçün  çox  işlər  görmüşdür.   
								
								
								Nursultan NAZARBAYEV, Qazaxıstan Respublikasının Prezidenti
 
								
								Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə 
								yoluna gətirib çıxarmışdır. Müxtəlif 
								görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ 
								münaqişəsi ətrafında müzakirələr apararkən, 
								münaqişənin sülh yolu ilə həllində onun 
								cəsarətini, müdrikliyini və qətiyyətini yüksək 
								qiymətləndirdim.  
								
								  
								
								
								Jak ŞİRAK,Fransa Respublikasının keçmiş Prezidenti
 
								
								Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, 
								böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. 
								Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə 
								bilər. Onun Prezident kimi fəaliyyəti dövründə 
								ölkələrimiz arasında münasibətlərdə tərəqqi 
								yarandı və Azərbaycan Avropa ilə əlaqələrini 
								daha da yaxınlaşdırdı. Onun 1998-ci ilin 
								iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, 
								Dauninq küçəsi, 10 ünvanında yerləşən 
								iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. 
								O, Azərbaycanla Birləşmiş Krallıq arasında 
								hazırda mövcud olan güclü əlaqələrin təməlini 
								qoydu.  
								
								
								Toni BLEYER, Böyük Britaniyanın keçmiş Baş naziri
 
								
								Heydər Əliyevin simasında Azərbaycan 
								Respublikası uzun illər ərzində ölkənin bütün 
								həyatına dərindən nüfuz etmiş və Azərbaycanın 
								tarixində əbədi yer tutmuş böyük dövlət xadimini 
								itirmişdir. Onun adı ölkənin müstəqilliyinin 
								bərqərar olmasında qazandığı tarixi 
								nailiyyətlərlə daim bağlı olacaqdır.  
								
								
								Gerhard ŞRÖDER, Almaniya Federativ Respublikasının
 keçmiş Federal Kansleri
 
								
								Ulu öndər Heydər Əliyev təhsil haqqında  
								
								* Təhsil millətin gələcəyidir. 
								
								* Mən dünyada müəllimdən yüksək ad tanımıram. 
								
								* Bizim hər birimiz elmi dərəcəmizdən, 
								biliyimizdən, təhsil səviyyəmizdən asılı 
								olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, 
								müəllimə borcluyuq. 
								
								* Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan 
								yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad 
								müəllimlikdir. 
								
								* Həyatını müəllimliyə həsr edən insanlar, 
								həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli 
								və eyni zamanda qəhrəmanlıq göstərən 
								insanlardır. 
								
								* Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, 
								vətəndaşlıq hisslərinə malik olan insanlardır. 
								
								* Müəllimlik sənəti şərəfli bir sənətdir. 
								
								* Bizdə təhsil çox inkişaf edibdir. 
								Azərbaycanda, demək olar ki, təhsil almayan adam 
								yoxdur. 
								
								* Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim 
								cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli 
								vətəndaşlar hazırlamaqdır. 
								
								* Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli 
								insandır. 
								
								* Biz hamımız həyatımızda əldə etdiyimiz 
								nailiyyətlərə, bütün varlığımıza görə müəllimə 
								borcluyuq. 
								
								* Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin 
								həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. 
								Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. 
								 
								
								* Biz müstəqil dövlət olaraq özümüzün təhsil 
								sistemimizi istədiyimiz kimi qururuq. İndiyə 
								qədər yaranmış təməlin üzərində Azərbaycan 
								təhsili, məktəbi bundan sonra daha da 
								təkmilləşəcəkdir.  
								
								* Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu 
								ondan görmək olar ki, Azərbaycanda yüksək 
								savada, biliyə, ixtisasa, yüksək elmə malik 
								insanlar var və onlar cəmiyyətin çox hissəsini 
								təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın 
								iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. 
								Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə 
								bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı 
								müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları 
								qiymətləndirmək lazımdır və on illərlə əldə 
								etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq. 
								
								* Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara 
								təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər 
								bir insan gərək, eyni zamanda vətəndaş olsun. 
								Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, 
								millətinə sadiq, ənənələrinə sadiq, xalqına 
								sadiq vətəndaş olsun. 
								
								*...Məktəb, maarif, təhsil işi ilə həmişə sıx 
								bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət 
								haradan olursa-olsun, nədən olursa-olsun kəsib 
								təhsilə xərcləməli, gənc nəslin təhsilinə, 
								müəllimə kömək etməlidir. Bu, mənim prinsipial 
								mövqeyimdir... 
								
								* Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi 
								nemətlərdən biri də odur ki, biz artıq təhsil 
								sistemimizi xalqımızın, millətimizin tarixinə, 
								mənəviyyatına, ənənələrinə uyğun qururuq. 
								Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu 
								proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu 
								gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, 
								müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə 
								müraciət edərək xahiş edirəm ki, onlar tezliklə 
								təhsil sistemində işlərin müstəqil Azərbaycanın 
								prinsipləri əsasında qurulmasına nail olsunlar. 
								Burada dərsliklərin dəyişilməsi, yeni 
								dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb 
								edir. Bilirəm, bu, asan məsələ deyil. Bu, bir 
								çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq 
								indi dərs alan uşaqlar, gənclər gərək mütləq və 
								mütləq bizim yeni dərsliklər əsasında 
								oxusunlar... 
								
								* Milli ideologiyamızı hər yerdə tətbiq etmək 
								üçün məktəblərdə Azərbaycan xalqının tarixinin 
								tədrisinə çox ciddi fikir vermək lazımdır... 
								Gənclərimiz öz tarixini, öz tarixi keçmişini 
								gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, 
								gənclərin bugünkü və gələcək mənəviyyatı bununla 
								bağlıdır. |