Noyabrın 30-da Azərbaycan Müəllimlər
İnstitutunda narkomaniya ilə bağlı "dəyirmi
masa" keçirildi. Tədbiri giriş sözü ilə
institutun rektoru, professor A.Naxçıvanlı
açaraq narkomaniyanın yalnız Azərbaycanın deyil,
həm də bütün dünyanın problemi olduğunu
vurğuladı. O qeyd etdi ki, narkomaniya ilə
mübarizə psixoloji, psixi cəhətdən sağlam
gənclərimiz, bu günümüz və gələcəyimiz uğrunda
mübarizədir. Narkomaniya Azərbaycanın
milli-psixoloji, əxlaqi-mənəvi dəyərlərinə, onun
çoxəsrlik prinsip və ənənələrinə ziddir.
Tədbirdə çıxış edən Psixologiya kafedrasının
müəllimi Olqa Velimedova yeniyetmələrin
narkomaniyaya meyilinin əsas psixoloji
səbəblərindən danışdı.
Çıxışlarda narkomaniyanın insanın, yoxsa
cəmiyyətin xəstəliyi olması, narkomaniyanın
təsiri nəticəsində şüurun və davranışın
dəyişilməsi, narkomaniyadan müalicə və sağalma,
orta məktəblərin bazasında psixoloji,
antinarkotik işin əsas istiqamətləri və s. bu
kimi mövzulara toxunuldu.
Tələbələrdən Nübar Tağıyeva, Gülnar Vəliyeva,
Aytən Səmədova, Sevinc Məmmədova və başqaları
narkomaniyanın insan sağlamlığına mənfi
təsirindən, alkoqolizm, onun nəticələri və
aradan qaldırılmasının psixoloji yolları
haqqında öz fikirlərini bildirərək
müzakirələrdə fəal iştirak etdilər.
Sifai SƏFƏROVA |