Azərbaycan müstəqillik yollarında müxtəlif
istiqamətlərdə uğurlar qazanır, dünya
təcrübəsindən bəhrələnməklə sosial, mədəni və
iqtisadi yönlü problemlərin həllinə nail olur.
Sumqayıt Dövlət Universiteti və Azərbaycan
MEA-nın İqtisadiyyat İnstitutunun birgə
keçirdikləri "Azərbaycan Respublikasında
innovasiya yönümlü iqtisadi inkişafın
problemləri və onların həlli yolları" mövzusunda
konfrans bu baxımdan çox aktual bir mövzuya həsr
olunmuşdu.
Noyabrın 30-da SDU-nun kiçik akt zalında
keçirilmiş konfransı giriş sözü ilə ali məktəbin
rektoru, professor N.Qəhrəmanov açmışdır.
Respublika elmi konfransına SDU, AMEA-nın
İqtisadiyyat İnstitutu, Azərbaycan Elmi-Tədqiqat
Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili
İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti,
Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan
Dövlət İqtisad Universiteti, Bakı Dövlət
Universiteti, Naxçıvan Dövlət Universiteti,
Qafqaz Universiteti və başqa ali məktəblərdən
105 tezis daxil olmuşdur.
Ayrı-ayrı bölmələrdə A.Muradov, R.Abdullayeva və
M.Rizayevanın (AMEA-nın İqtisadiyyat İnstitutu),
M.Pənahəliyeva, Q.Hüseynov, B.Orucəliyeva (SDU),
U.Mansurov və B.Əhmədov (ADİU), H.Aslanov (BDU),
F.Cəfərov (AMİU), C.Kərimov (ADNA) və
başqalarının məruzələri maraqla qarşılanmışdır.
Konfransın təşkilindən razı qalan müxtəlif ali
məktəb və elmi-tədqiqat institutlarının
nümayəndələri 2012-ci ildə SDU-da müvafiq
iqtisadi yönlü konfransın beynəlxalq səviyyədə
keçirilməsi üçün geniş imkanlar olduğunu qeyd
etmişlər. İştirakçılar belə bir təkliflə
təşkilat komitəsinə yazılı müraciət qəbul
etmişlər.
Konfransın yekun iclasında elmi işlər üzrə
prorektor, professor Y.Hüseynov iştirak edib,
ümumiləşdirmə aparmışdır.
Ş.MƏMMƏDOV |