"Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 11 iyun
tarixli 715 nömrəli Fərmanına uyğun olaraq
QƏRARA ALIRAM:
1. Azərbaycanda bədən tərbiyəsi və idman
sahəsində kadr hazırlığındakı xidmətlərinə görə
Qasımov Urfət Məmməd oğluna Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdü
verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2010-cu il |