"Əhalinin ekoloji təhsili və
maarifləndirilməsi" haqqında Azərbaycan
Respublikası Qanunundan və Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan
Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün
Kompleks Tədbirlər Planı"nın təsdiq edilməsi
haqqında 28 sentyabr 2006-cı il tarixli, 1697
nömrəli Sərəncamından irəli gələn vəzifələri
yerinə yetirmək və məktəblilər arasında ekoloji
maarifləndirmə işlərini genişləndirmək və
Azərbaycan Respublikası Prezidenti tərəfindən
elan edilən "Ekologiya ili"ndə görülən işləri
qiymətləndirmək məqsədilə
ƏMR EDİRƏM:
1. 21 dekabr 2010-cu ildə Bakı şəhərində
ümumtəhsil məktəblərinin şagirdləri arasında
"Ekologiya ili"nə töhfəmiz mövzusunda respublika
ekoloji forumu keçirilsin.
2. Respublika ekoloji forumunun əsasnaməsi
təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyi, rayon, şəhər təhsil şöbələri,
idarələri forumda əsasnamənin tələblərinə uyğun
müvafiq tədbirlərin həyata keçirilməsini təmin
etsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi
(A.İbrahimov) forumun təşkili ilə əlaqədar
lazımi təşkilati işləri həyata keçirsin.
5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) qaliblərin
mükafatlandırılması və diplomların hazırlanması
üçün 350 (üç yüz əlli) manat vəsait ayrılmasını
təmin etsin.
6. Ümumi şöbə (H.Məhərrəmova) əmr və əsasnamənin
çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini
E.Qasımova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
7 dekabr 2010-cu il |