GİRİŞ
Fizika fənni kurikulumu və onun xarakterik
cəhətləri.
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri
üçün fizika fənni kurikulumu fizika təliminin
əsas məqsəd və vəzifələrini müəyyənləşdirməklə
ümumi təlim nəticələrinə nail olmaq
istiqamətində bütün fəaliyyətləri əks etdirən,
cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla
hər bir şagirdin imkan və maraqlarına yönəlmiş
sənəddir. Bu sənəd fənnin əhəmiyyətini, məqsəd
və vəzifələrini, ümumi təlim nəticələrini,
məzmun xətləri və onların əsaslandırılmasını,
məzmun xətləri üzrə standartları, fəaliyyət
xətlərini, təhsil pillələri üzrə ümumi təlim
nəticələrini, hər bir sinif üzrə məzmun
standartlarını əhatə edir. Bunlardan əlavə,
orada təlim strategiyaları və qiymətləndirmə
məsələləri öz əksini tapır.
Fizika kurikulumu dərslik və dərs vəsaitlərinin,
metodik göstəriş, multimedia və digər tədris
vasitələrinin yaradılması, təlim materiallarının
planlaşdırılması, təlim üsullarının
müəyyənləşdirilməsi və tətbiq olunması üçün
müvafiq təlimatlar formasında hazırlanacaq
qaydaların əsasını təşkil edir, milli və
ümumbəşəri dəyərlər nəzərə alınmaqla tərtib
olunur. Orada şəxsiyyətyönümlülük,
nəticəyönümlülük və inkişafetdiricilik əsas
keyfiyyətlər kimi nəzərə alınır.
Fizika kurikulumu cəmiyyətin inkişafının əsas
hərəkətverici qüvvəsi olan gənc nəslin dövrün
tələblərinə uyğun formalaşdırılması,
qarşılaşdığı problemləri müəyyənləşdirməsi və
həll etməsi üçün zəruri bilik və bacarıqlara
yiyələnməsində, politexnik təhsilini inkişaf
etdirməklə praktik həyata hazırlanmasında,
məntiqi və yaradıcı təfəkkürünün inkişaf
etdirilməsində əhəmiyyətli rol oynayır.
Fizika həyat elmidir. Həyatın bir sıra
qanunları, qanunauyğunluqları bu elmin tədqiqat
obyekti kimi araşdırılır. Şagirdlərin hələ
məktəb yaşlarından bu qanun və
qanunauyğunluqlara, müxtəlif fiziki hadisələrə
yaxından bələd olması onların həyat, təbiət
haqqında dünyagörüşünü artırmaqla yanaşı,
cəmiyyətdə yaşamaq üçün bir sıra həyati
bacarıqları mənimsəmələrinə imkan yaradır.
Cəmiyyətin müxtəlif sahələrində həyatda bir
insan kimi formalaşmalarına təkan verir. Bu
prosesi tənzimləmək şagirdlərin inkişafını
ardıcıl olaraq izləmək, onları
istiqamətləndirmək üçün fizika fənninin məzmunu
nəticələr formasında təqdim olunur. Mahiyyət
etibarilə bacarıqlardan ibarət olan bu nəticələr
ölçülə bildiyindən məzmun standartı kimi qəbul
edilərək fizika fənn kurikulumunda aparıcı yer
tutur və bütövlükdə kurikulum üçün xarakterik
cəhətlərdən biri olan nəticəyönümlülüyü təmin
edir.
Fizika kurikulumunda sadəcə anlayışların deyil,
bacarıq formasında ifadə edilmiş nəticələrin
bir-biri ilə, eləcə də digər fənlərə aid
nəticələrlə əlaqələndirilməsinə xüsusi diqqət
yetirilmiş, onlar xüsusi cədvəl şəklində
ümumiləşdirilmişdır. Bu, kurikuluma inteqrativ
xarakter gətirməklə onun fənlər üçün vahid olan
bir məqsədə - bütöv şəxsiyyətin
formalaşdırılmasına yönəlmiş sənəd kimi dəyərini
gücləndirmişdir.
Fizika fənni kurikulumu həm də müəllim və
şagird, eləcə də qiymətləndirmə fəaliyyətlərini
özündə ehtiva etməklə kompleks xarakter daşıyır.
O, bütövlükdə fizika təlimi prosesinin
nizamlanması, həyata keçirilməsi üçün geniş
imkanlara malik olması ilə fərqlənir. Fizikanın
öyrənilməsi prosesində dərslik müəllifinin,
məktəb rəhbərinin, müəllim və şagirdlərin,
valideynlərin, eləcə də marağı olan hər kəsin
tələbatlarına uyğun açıq bir sistemə malik olur.
Bu sistem ardıcıl olaraq yeniləşməklə inkişaf
edir.
Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri.
Təbiətdə müşahidə olunan bütün proses və
hadisələr müəyyən qanunlar əsasında baş verir.
Bütün elmlərin əsas məqsədi proses və
hadisələrdə qanunauyğun əlaqələri aşkar etmək və
öyrənməkdən ibarətdir.
Fizika təbiət haqqında elm olub materiyanın
müxtəlif formalarını, onun xassələrini və
qarşılıqlı çevrilmələrini öyrənir. Fizikanın
qanunauyğunluqları təbiətdə baş verən bütün
hadisələrin, cansız və canlı materiyanın
qarşılıqlı əlaqələrinin öyrənilməsində,
elmi-texniki tərəqqinin inkişafında aparıcı rol
oynayır. Buna görə də fizika fənninin
öyrənilməsi şagirdlərə digər təbiət elmlərinin
mənimsənilməsinə, təbiət hadisələrinə, elm,
texnika və istehsalatın müxtəlif sahələrinə
yaxından bələd olmaq imkanı verir.
Fiziki anlayışları mənimsəməklə şagirdlərdə
idrak qabiliyyətinin inkişafına, elmi
dünyagörüşün formalaşmasına, iradə və xarakterin
tərbiyə edilməsinə, müşahidəetmə, məntiqi
düşünmə, dəqiqləşdirmə, analiz və sintez,
mühakiməyürütmə, problemi müəyyənləşdirmə,
həlletmə və s. bacarıqların formalaşmasına zəmin
yaradılır. Bu isə şagirdlərdə empirik,
politexnik, məntiqi, tənqidi, yaradıcı təfəkkürü
formalaşdırır.
Bəşəriyyət yaranan gündən insanlar öz yaşayış
tərzini yaxşılaşdırmaq, əməyini yüngülləşdirmək,
istehsal sahələrini genişləndirmək, ölkənin
müdafiə sistemini qurmaq, yeni enerji mənbələri
axtarmaq, təbiət hadisələrini müşahidə edərək
baş verə biləcək təbii fəlakətləri qabaqcadan
proqnozlaşdırmaq və qarşısını almaq kimi
müxtəlif həyati məsələlərin həllini axtarmışlar.
Nəticədə yeni-yeni ixtiralar və kəşflər meydana
gəlmişdir. Bütün bunlar fizika elminin inkişafı,
onun qanunları və qanunauyğunluqları sayəsində
mümkün olmuşdur. Cəmiyyətin sosial-iqtisadi
inkişafı fizikanın nailiyyətləri ilə əlaqəli
surətdə elə qurulmuşdur ki, hazırda müasir
həyatı fizikasız təsəvvür etmək mümkün deyildir.
Belə ki, sənayeyə, kənd təsərrüfatına, nəqliyyat
və rabitəyə, informasiya-kommunikasiya
texnologiyalarına, mədəniyyətin müxtəlif
sahələrinə, təbabətə və insanların məişətinə
geniş tətbiq olunan texnikanın sürətli inkişafı,
müxtəlif texniki qurğuların hazırlanması və
istismarı kəşf olunan, öyrənilən hadisələrin və
təbiət qanunlarının tətbiqinə əsaslanır. Məhz
buna görə də fizikanı öyrənmək cəmiyyətin bütün
üzvlərinə: fəhləyə, kənd təsərrüfatı işçisinə,
texnikə, texnoloqa, mühəndisə, konstruktora,
neftçiyə, geoloqa, həkimə, xalq təsərrüfatının
müxtəlif sahələrində çalışan digər peşə
sahiblərinə lazımdır. Müharibə şəraitində
yaşayan ölkə vətəndaşlarının vətənpərvər ruhda
tərbiyə olunması, hərbi texnikanın sirlərinə
yiyələnməsi üçün ümumtəhsil məktəblərində
fizikanın tədrisinə xüsusi ehtiyac vardır.
Fizika elmi-texnoloji təkamülün əsasıdır.
Ümumtəhsil məktəblərində fizikanın tədrisi
şəxsiyyətin formalaşmasında müstəsna rol oynayır
və aşağıdakı xüsusiyyətlər baxımından əhəmiyyət
daşıyır:
* Fizika zehni inkişafın bir vasitəsidir.
Fizikanın öyrənilməsi şagirdlərin məntiqi
təfəkkürünü formalaşdırmaq, mühakimə və dərketmə
qabiliyyətini yüksəltmək, nitqini inkişaf
etdirmək üçün güclü vasitədir. Müşahidələrə
qiymət vermək, eksperiment aparmaq, fiziki
hadisələr arasında əlaqəni izah etməyi bacarmaq,
nəticəni qabaqcadan duymaq, proqnozlar vermək,
fərziyyə və nəzəriyyələri eksperimentdə yoxlamaq
məntiqi təfəkkürü inkişaf etdirir. Şagirdlər
hadisənin, faktın, tərifin, qanunun yazılı və
şifahi dildə düzgün şərhini verməklə nitqlərini
inkişaf etdirirlər.
* Fizika şəxsi keyfiyyətləri formalaşdıran
vasitədir. Ümumtəhsil məktəblərində fizikanın
tədrisi şagirdlərdə çoxlu şəxsi keyfiyyətlər
formalaşdırır. Bunlara dünyagörüşü, bilik,
bacarıq, vərdiş, qabiliyyət, adət, iradə,
əməksevərlik və s. aiddir.
Ümumtəhsil məktəblərində fizika fənninin əsas
məqsədi şagirdləri təbiət və texnikanın mühüm
qanunauyğunluqlarına aid elmi dünyagörüşünə
yiyələndirməklə onlarda təfəkkür mədəniyyətini,
kommunikativ mədəniyyəti inkişaf etdirməkdən,
müasir texnologiyalarla işləmək qabiliyyəti
formalaşdırmaqdan ibarətdir. Bu məqsədin həyata
keçirilməsi aşağıdakı vəzifələrin
reallaşdırılmasından asılıdır:
·
fizika elminin əsaslarına aid ən mühüm faktlara,
qanunlara və onların praktikada tətbiqinə dair
anlayışların formalaşdırılması;
·
şagirdlərdə ölçü cihazları və laboratoriya
avadanlıqları ilə işləmək, həmçinin müxtəlif
hesablamalar aparmaq, alınan nəticələri təhlil
etmək bacarıqlarının formalaşdırması;
·
texniki yaradıcılıq və ixtiraçılıq
qabiliyyətinin inkişaf etdirilməsi;
·
fizikanın ümumbəşəri mədəniyyətin tərkib hissəsi
və cəmiyyətin sosial-iqtisadi inkişafının əsas
hərəkətverici qüvvəsi olması haqqında
təsəvvürlərin yaradılması;
·
dünyanın bütövlükdə dərk edilməsi və müasir
fiziki mənzərəsi haqqında təsəvvürlərin
formalaşdırılması;
·
digər təbiət fənlərinin öyrənilməsi üçün real
zəminin yaradılması.
Ümumiyyətlə, fizikanın tədrisi vasitəsi ilə:
·
ümumi orta təhsil səviyyəsində təbiətdə baş
verən fiziki hadisələrin mahiyyətinin, onların
qanunauyğunluqlarının və maddi aləmin dərk
olunması, maddələrin quruluşu, zaman və məkan
anlayışları əsasında fəza təsəvvürləri və
empirik təfəkkürün formalaşdırılması, cəmiyyətin
sosial-iqtisadi inkişafında təbiət elmlərinin
əsası kimi fizikanın rolu, fizika elminin
görkəmli nümayəndələri və elmi nailiyyətləri
barədə məlumatların mənimsənilməsi;
·
tam orta təhsil səviyyəsində əsas təhsil
pilləsindəki fəaliyyət istiqamətləri
dərinləşdirilməklə fəza və zaman təsəvvürlərinin
daha da genişləndirilməsi, fiziki
qanunauyğunluqların və fundamental fiziki
qanunların mahiyyəti və onların tətbiqi,
fizikanın digər elmlərlə əlaqəsi, canlı
materiyanın öyrənilməsində və texnikanın
inkişafında onun aparıcı rolu haqqında
məlumatların mənimsənilməsi, şagirdlərdə elmi
dünyagörüşünün formalaşması, tənqidi təfəkkürün
inkişafı təmin olunur.
1. Fizika təliminin məzmunu
1.1. Ümumi təlim nəticələri
Ümumi orta təhsil səviyyəsi üzrə şagird:
·
təbiət hadisələrini xarakterinə görə
qruplaşdırır və onların başvermə səbəblərini
fiziki qanunlar əsasında izah edir;
·
təbiət hadisələrinin qanunauyğunluqları haqqında
məlumatlar toplayır, onları ümumiləşdirib şərh
edir;
·
fiziki hadisələri müşahidə edir, nəticələri
ümumiləşdirir və onlar haqqında mülahizələrini
təqdim edir;
·
fiziki kəmiyyətləri ölçür və nəticələrindən
gündəlik həyatda tətbiq üçün istifadə edir, bu
prosesdə təhlükəsizlik qaydalarına əməl edir;
·
fizika elminin cəmiyyətin sosial-iqtisadi
tərəqqisində rolu və əhəmiyyəti, görkəmli fizika
alimlərinin yaradıcılığı barədə təqdimatlar
edir.
Tam orta təhsil səviyyəsi üzrə şagird:
·
fiziki qanunların mahiyyətini və xarakterik
xüsusiyyətlərini şərh edir;
·
fiziki hadisələrin müəyyən qanun və
qanunauyğunluqlarla əlaqəsini və tətbiqi
yollarını şərh edir;
·
nəzəri biliklərin həyatda reallaşdırılması
imkanlarını nümayiş etdirir.
1.2. Məzmun xətləri
Məzmun xətti fənn üzrə ümumi təlim nəticələrinin
reallaşmasını təmin etmək üçün
müəyyənləşdirilmiş məzmunun zəruri hesab edilən
tərkib hissəsidir. Məzmun xətləri şagirdlərin
öyrənəcəyi məzmunu sistemləşdirmək və təsnif
etmək məqsədi daşıyır. Fizika fənninin məzmun
xətləri təhsilin bütün mərhələləri üçün təlimin
məqsəd və vəzifələrinə uyğun olaraq aşağıdakı
kimi təyin edilmişdir:
1. Fiziki hadisələr, qanunauyğunluqlar və
qanunlar
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli
sistemlər
3. Eksperimental fizika və müasir həyat.
Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar
Bu məzmun xətti şagirdlərə mexaniki, istilik,
elektromaqnit, işıq, atom və nüvə hadisələrini
dərk etməyə, onları xarakterizə edən kəmiyyətlər
arasındakı əlaqələrə dair məsələlər üzərində
müstəqil işləmək fəaliyyətini və yaradıcılıq
qabiliyyətlərini inkişaf etdirməyə imkan verir.
Şagirdlərə müxtəlif mexaniki, atom və
molekulların xaotik istilik hərəkəti, yüklü
zərrəciklərin, atom və nüvədaxili zərrəciklərin
hərəkətlərinin qanun və qanunauyğunluqlarını
mənimsəməyə şərait yaradır.
Tam orta təhsil səviyyəsində fundamental
saxlanma qanunlarının köməyi ilə hadisənin,
prosesin necə baş verməsini qabaqcadan anlamağa
və tənzimləməyə, onlardan istifadənin
əhəmiyyətini dərk etməyə imkan yaradır. Təbiətdə
baş verən hadisələrin mahiyyətini açıqlamağa,
onlardan həyati məqsədlər üçün istifadə etməyə,
şagirdlərin tədqiqatçılıq meyilinin inkişafına
zəmin yaradır.
Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli
sistemlər
Bu məzmun xəttində materiyanın maddə və sahə
formaları, onların vəhdəti və qarşılıqlı
çevrilməsi, maddənin quruluşu, aqreqat halları,
qravitasiya, elektromaqnit sahələri, fundamental
qarşılıqlı təsirlərin (qravitasiya,
elektromaqnit, güclü və zəif) maddələr arasında
fiziki sahə vasitəsilə ötürülməsi müxtəlif
pillələrdə əlaqəli sistemlərin yaranmasında
qarşılıqlı təsirin rolu təbiətin vəhdəti,
kainatın yaranması, əlaqəli sistemlərin
iyerarxiyası (pilləliyi) haqqında anlayışlar,
həmçinin zaman və məkan anlayışları əsasında
fəza təsəvvürlərinin formalaşdırılması
məsələləri ümumiləşdirilir. Bu təsəvvürlərin
formalaşdırılması şagirdlərdə maddi aləmi dərk
etmək, dünyanın vahid fiziki mənzərəsini təsvir
etmək, məişət və istehsalatda istifadə üçün
tələb olunan xassəli materialları seçmək və
gündəlik həyatda onlardan istifadə etmək
bacarıqlarının inkişaf etməsinə imkan yaradır.
Eksperimental fizika və müasir həyat
Eksperimental fizika və müasir həyat məzmun
xətti şagirdlərdə elmi-texniki tərəqqidə,
cəmiyyətin sosial-iqtisadi inkişafında, digər
təbiət fənlərinin öyrənilməsində fizikanın rolu
haqqında təsəvvürlərin yaradılmasına, fiziki
hadisə və prosesləri müşahidə etmək, onların
elmi-nəzəri əsaslarını dərk etmək, alınan
bilikləri sistemləşdirmək və praktikada tətbiq
etmək bacarıqlarının formalaşdırılmasına, nəticə
etibarilə onlarda texniki yaradıcılıq
qabiliyyətinin və tədqiqatçılıq meyilinin
inkişafına zəmin yaradır.
Məzmun xəttinin köməyi ilə fiziki hadisələr
müşahidə edilir, müxtəlif təcrübələr aparılır,
müəyyən fiziki kəmiyyətlər təhlükəsizlik
qaydalarına uyğun olaraq ölçülür, nəticələri
cədvəl və qrafiklərdə təsvir edilir, kəmiyyətlər
arasındakı qanunauyğunluqlar müəyyənləşdirilir,
məişət və istehsalatda istifadə olunan cihaz və
avadanlıqların iş prinsipləri öyrənilir,
təhlükəsiz işləmək bacarıqları formalaşır.
1.3. Məzmun xətləri üzrə təlim nəticələri
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri
üzrə təlim nəticələri
1. Fiziki hadisələr, qanunauyğunluqlar və
qanunlar
Şagird:
·
təbiət hadisələrini xarakterinə görə
qruplaşdırır, başvermə səbəblərini izah edir;
·
təbiət hadisələrinin qanunauyğunluqları haqqında
məlumatlar toplayır, onları ümumiləşdirib şərh
edir.
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli
sistemlər
Şagird:
·
maddələri quruluşuna görə təsnif edir;
·
materiyanın maddə və sahə formalarının oxşar və
fərqli cəhətlərini izah edir;
·
təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı
təsirin rolunu izah edir.
3. Eksperimental fizika və müasir həyat
Şagird:
·
təhlükəsizlik qaydalarını gözləməklə cihaz və
avadanlıqlardan istifadə edir;
·
fiziki hadisələrə aid təcrübələr aparır,
nəticələri cədvəl və qrafik şəklində təsvir
edir, kəmiyyətlər arasındakı qanunauyğunluqları
müəyyənləşdirir;
·
texnikanın inkişafında fizika elmin
·in
rolu, görkəmli fizika alimlərinin yaradıcılığı
barədə təqdimatlar edir.
Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə
təlim nəticələri
1. Fiziki hadisələr, qanunauyğunluqlar və
qanunlar
Şagird:
·
fiziki hadisələrin müəyyən qanun və
qanunauyğunluqlarla əlaqəsini şərh edir;
·
fiziki hadisələrin tətbiqi yollarını şərh edir.
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli
sistemlər
Şagird:
·
maddələrin və sahələrin qarşılıqlı
çevrilmələrini şərh edir;
·
maddənin quruluşunu və qarşılıqlı çevrilməsini
şərh edir;
·
təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsir
xüsusiyyətlərini şərh edir.
3. Eksperimental fizika və müasir həyat
Şagird:
·
müxtəlif fiziki hadisələrə dair təcrübələr
qoyur, hesablamalar aparır, nəticələrini təqdim
edir;
·
fiziki hadisələrin həyatda reallaşdırılması
imkanlarını nümayış etdirir;
·
cəmiyyətin inkişafında fizika elminin rolu və
görkəmli fizika alimləri haqqında araşdırmalar
aparır, nəticələrini müxtəlif formalarda
(məruzə, referat, təqdimat) təqdim edir.
1.4. Fəaliyyət xətləri
Fizika fənni üzrə məzmun standartlarını
reallaşdırmaq üçün aşağıdakı fəaliyyət
xətlərindən istifadə olunur:
·
mühakiməyürütmə və əsaslandırma;
·
problemin həlli;
·
ünsiyyət;
·
müşahidə, təcrübələrin aparılması;
·
tədqiqetmə;
·
tətbiqetmə;
·
məsələ və çalışma həlli;
·
müzakirə;
·
təqdimat.
1.5. Siniflər üzrə məzmun standartları
VI SİNİF
VI sinfin sonunda şagird:
·
hadisələri (mexaniki, istilik, elektrik)
fərqləndirir, onlara dair sadə məsələlər həll
edir;
·
materiyanın formalarını fərqləndirir, maddələrin
aqreqat hallarını izah edir və sadə məsələlər
həll edir;
·
təbiətdəki əlaqəli sistemləri fərqləndirir və
qarşılıqlı təsirə dair müşahidələrini izah edir;
·
sadə təcrübələr aparır və ölçü cihazlarından
təhlükəsiz istifadə edir;
·
fiziki hadisələrə əsaslanan məişət qurğularından
istifadə edir;
·
fizika elminin inkişafında dünya alimlərinin
roluna dair məlumatları təqdim edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar
nümayiş etdirir.
1.1.1. Mexaniki, istilik, elektromaqnit
hadisələrini fərqləndirir.
1.1.2. Müxtəlif xarakterli fiziki hadisələrə
dair sadə məsələlər həll edir.
1.1.3. Hərəkəti növlərinə görə qruplaşdırır.
1.1.4. Müxtəlif xarakterli təbiət hadisələrinə
dair müşahidələrini təqdim edir.
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli
sistemlər
Şagird:
2.1. Materiyanın formalarına dair bilik və
bacarıqlar nümayiş etdirir.
2.1.1. Maddələri quruluşuna (aqreqat hallarına)
görə fərqləndirir.
2.1.2. Materiyanın formalarını fərqləndirir.
2.1.3. Materiyanın formalarına dair
müşahidələrini sadə şəkildə təqdim edir.
2.1.4. Maddələrin quruluşuna (aqreqat hallarına)
dair sadə məsələlər həll edir.
2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı
təsiri mənimsədiyini nümayiş etdirir.
2.2.1. Təbiətdəki əlaqəli sistemləri və
qarşılıqlı təsirləri fərqləndirir.
2.2.2. Təbiətdəki qarşılıqlı təsirə dair
müşahidələrini təqdim edir.
3. Eksperimental fizika və müasir həyat
Şagird:
3.1. Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1. Sadə ölçü cihazlarından istifadə edir.
3.1.2. Sadə təcrübələr aparır, nəti
cələrini təqdim edir.
3.2. Müasir həyatın inkişafında fizika elminin
rolunu mənimsədiyini nümayiş etdirir.
3.2.1. İş prinsipi fiziki hadisələrə əsaslanan
məişət qurğularından istifadə edir.
3.2.2. Fizika elminin inkişafında dünya
alimlərinin roluna dair sadə məlumatı təqdim
edir.
VII SİNİF
VII sinfin sonunda şagird:
·
mexaniki hadisələrin başvermə səbəblərini şərh
edir, onlara aid məsələlər qurur və həll edir;
·
mexaniki hərəkəti əlamətlərinə görə
fərqləndirir, müşahidələrini ümumiləşdirib
təqdim edir;
·
qravitasiya sahəsini xarakterizə edən
kəmiyyətləri izah edir və onlara aid sadə
məsələlər həll edir;
·
maddələrin mexaniki xassələrini izah edir,
onlara dair sadə məsələlər həll edir;
·
təbiətdəki əlaqəli sistemlərdə qravitasiya
qüvvəsinin rolunu şərh edir, təbiət qüvvələrinə
aid sadə məsələlər qurur və həll edir;
·
mexaniki hadisələrə aid təcrübələr aparır,
fiziki kəmiyyətləri ölçür və hesablamalar
aparır;
·
istehsalatda istifadə olunan mexaniki qurğuların
yaradılmasında və inkişafında fizika elminin
rolunu izah edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar
nümayiş etdirir.
1.1.1. Mexaniki hadisələri və onların başvermə
səbəblərini şərh edir.
1.1.2. Mexaniki hərəkətə aid məsələlər qurur və
həll edir.
1.1.3. Mexaniki hərəkəti əlamətlərinə görə şərh
edir.
1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini
ümumiləşdirib təqdim edir.
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli
sistemlər
Şagird:
2.1. Materiyanın formalarına dair bilik və
bacarıqlar nümayiş etdirir.
2.1.1. Qravitasiya sahəsini xarakterizə edən
kəmiyyətləri izah edir.
2.1.2. Qravitasiya sahəsinə dair məsələlər həll
edir.
2.1.3. Maddələri mexaniki xassələrinə görə
fərqləndirir.
2.1.4. Maddələrin mexaniki xassələrinə dair
məsələlər həll edir.
2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı
təsiri mənimsədiyini nümayiş etdirir.
2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə
qravitasiya qarşılıqlı təsirinin rolunu izah
edir.
2.2.2. Təbiət qüvvələrinə (ağırlıq, çəki,
sürtünmə, elastiklik) aid məsələlər qurur və
həll edir.
3. Eksperimental fizika və müasir həyat
Şagird:
3.1. Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1. Mexaniki hadisələrə dair cihaz və
avadanlıqlardan istifadə edir.
3.1.2. Mexaniki hadisələrə uyğun fiziki
kəmiyyətləri ölçür, hesablamalar aparır.
3.2. Müasir həyatın inkişafında fizika elminin
rolunu mənimsədiyini nümayiş etdirir.
3.2.1. Texnika və istehsalatda istifadə olunan
sadə mexaniki qurğuların iş prinsiplərini izah
edir.
3.2.2. Mexaniki qurğuların yaradılmasında və
inkişafında fizika elminin rolunu izah edir.
VIII SİNİF
VIII sinfin sonunda şagird:
·
istilik və elektromaqnit (elektrik)
hadisələrinin mahiyyətini, qanunauyğunluqlarını
izah edir, sadə məsələlər qurur və həll edir;
·
elektrik sahəsini xarakterizə edən fiziki
kəmiyyətlərin tətbiqinə dair məsələlər həll
edir;
·
maddələri fiziki xassələrinə görə fərqləndirir,
sadə məsələlər qurur və həll edir;
·
maddənin aqreqat hallarını molekulların
düzülüşünə, hərəkətinə və qarşılıqlı təsirinə
görə fərqləndirir;
·
təbiətdəki əlaqəli sistemlərdə elektrik
qarşılıqlı təsirinə dair məsələlər qurur və həll
edir;
·
istilik və elektrik hadisələrinə aid təcrübələr
qoyur, fiziki kəmiyyətləri ölçür, hesablamalar
aparır;
·
istilik texnikasının iş prinsipini izah edir və
onun yaranmasında fizika elminin rolunu
dəyərləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar
nümayiş etdirir.
1.1.1. İstilik və elektromaqnit (elektrik)
hadisələrini və onların başvermə səbəblərini
şərh edir.
1.1.2. İstilik və elektromaqnit (elektrik)
hadisələrinə aid məsələlər qurur və həll edir.
1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının
mahiyyətini şərh edir.
1.1.4. İstilik hərəkəti və elektrik
hadisələrinin qanunauyğunluqlarına aid topladığı
məlumatları şərh edir
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli
sistemlər
Şagird:
2.1. Materiyanın formalarına dair bilik və
bacarıqlar nümayiş etdirir.
2.1.1. Maddələri fiziki xassələrinə görə
fərqləndirir.
2.1.2. Maddələrin fiziki xassələrinə aid
məsələlər qurur və həll edir.
2.1.3. Elektrik sahəsini xarakterizə edən fiziki
kəmiyyətləri izah edir.
2.1.4. Elektrik sahəsinə dair məsələlər həll
edir.
2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı
təsiri mənimsədiyini nümayiş etdirir.
2.2.1. Maddənin aqreqat hallarını molekulların
düzülüşü, hərəkəti və qarşılıqlı təsirinə görə
fərqləndirir.
2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik
qarşılıqlı təsirinin rolunu izah edir.
2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı
təsirinə dair məsələ qurur və həll edir.
3. Eksperimental fizika və müasir həyat
Şagird:
3.1. Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü
cihazlarından istifadə edir.
3.1.2. İstilik və elektrik hadisələrinə uyğun
fiziki kəmiyyətləri ölçür, hesablamalar
aparmaqla nəticələri təqdim edir.
3.2. Müasir həyatın inkişafında fizika elminin
rolunu mənimsədiyini nümayiş etdirir.
3.2.1.Texnikada və istehsalatda istifadə olunan
istilik hadisələrinə əsaslanan qurğuların iş
prinsiplərini izah edir.
3.2.2. İstilik texnikasının yaranması və
inkişafında fizika elminin rolunu dəyərləndirir.
IX SİNİF
IX sinfin sonunda şagird:
·
elektromaqnit (maqnit, işıq), atom və nüvə
hadisələrinin qanunauyğunluqlarını şərh edir,
onlara aid məsələlər qurur və həll edir;
·
elektromaqnit və qravitasiya sahələrinə dair
məsələlər qurur və həll edir;
·
maddələri quruluşuna və xassələrinə görə təsnif
edir, onlara aid məsələlər qurur və həll edir;
·
təbiətdəki elektromaqnit və nüvə qarşılıqlı
təsirlərinə aid məsələlər qurur və həll edir;
·
elektromaqnit (maqnit, işıq), atom və nüvə
hadisələrinə uyğun cihazlardan istifadə edir,
fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır;
·
elektromaqnit (maqnit, işıq), atom və nüvə
hadisələrinin inkişafında fizika elminin rolunu
izah edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar
nümayiş etdirir.
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və
nüvə hadisələrini, onların başvermə səbəblərini
şərh edir.
1.1.2. Elektromaqnit (maqnit, işıq), atom və
nüvə hadisələrinə aid məsələlər qurur və həll
edir.
1.1.3. Yüklü zərrəciklərin, atom və nüvədaxili
zərrəciklərin hərəkətini şərh edir.
1.1.4. Elektromaqnit (maqnit, işıq), atom və
nüvə hadisələrinin qanunauyğunluqlarına dair
topladığı məlumatları şərh edir.
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli
sistemlər
Şagird:
2.1. Materiyanın formalarına dair bilik və
bacarıqlar nümayiş etdirir.
2.1.1. Elektromaqnit və qravitasiya sahələrini
müqayisəli şəkildə şərh edir.
2.1.2. Elektromaqnit və qravitasiya sahələrinə
dair məsələlər qurur və həll edir.
2.1.3. Maddəni quruluşuna və xassələrinə görə
təsnif edir.
2.1.4. Maddələrin quruluş və xassələrinə aid
məsələlər qurur və həll edir.
2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı
təsiri mənimsədiyini nümayiş etdirir.
2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə
elektromaqnit və nüvə qarşılıqlı təsirinin
rolunu izah edir.
2.2.2. Elektromaqnit və nüvə qarşılıqlı təsirinə
dair məsələlər qurur və həll edir.
3. Eksperimental fizika və müasir həyat
Şagird:
3.1. Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1. Elektromaqnit (maqnit, işıq), atom və
nüvə hadisələrinə uyğun cihazlardan istifadə
edir.
3.1.2. Elektromaqnit (maqnit, işıq), atom və
nüvə hadisələrinə uyğun fiziki kəmiyyətlər
arasındakı asılılığı müəyyən edir.
3.2. Müasir həyatın inkişafında fizika elminin
rolunu mənimsədiyini nümayiş etdirir.
3.2.1. Müxtəlif fiziki hadisələrə
(elektromaqnit, atom və nüvə) əsaslanan
qurğuların iş prinsiplərini şərh edir.
3.2.2. Müxtəlif fiziki hadisələrin inkişafında
fizika elminin roluna dair təqdimatlar edir.
X SİNİF
X sinfin sonunda şagird:
·
mexaniki və istilik hadisələrinin yaranma
səbəblərini izah edir, qanun və
qanunauyğunluqlarına aid məsələlər həll edir;
·
mexaniki və istilik hadisələrini və onları
xarakterizə edən fiziki kəmiyyətləri əlaqəli
şərh edir;
·
maddələrin qarşılıqlı çevrilməsini onların
daxili quruluşu ilə əlaqələndirir və buna aid
məsələlər həll edir;
·
təbiətdəki əlaqəli sistemlərdə cisimlərin və
cismin hissəciklərinin qarşılıqlı təsirinin
rolunu izah edir və bunlara aid məsələlər həll
edir;
·
mexaniki və istilik hadisələrinə dair qanunları
təcrübədə yoxlayır, onları xarakterizə edən
fiziki kəmiyyətlər arasındakı asılılıqları
müəyyənləşdirir;
·
fizika elminin istilik texnikası və texniki
qurğuların inkişafında rolunu dəyərləndirir,
onların tətbiqinə dair təqdimatlar edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar
nümayiş etdirir.
1.1.1. Mexaniki və istilik hadisələrinin qanun
və qanunauyğunluqlarla əlaqəsini şərh edir.
1.1.2. Mexaniki və istilik hadisələrinin qanun
və qanunauyğunluqlarına aid (qrafik, kəmiyyət və
keyfiyyət tipli) məsələlər qurur və həll edir.
1.1.3. Mexaniki hərəkəti, istilik hərəkətini
xarakterizə edən kəmiyyətlər arasındakı əlaqəni
şərh edir.
1.1.4. Mexaniki və istilik hadisələrinin
tətbiqinə dair təqdimatlar edir.
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli
sistemlər
Şagird:
2.1. Materiyanın formalarına dair bilik və
bacarıqlar nümayiş etdirir.
2.1.1. Maddələrin qarşılıqlı çevrilmələrini şərh
edir.
2.1.2. Maddələrin qarşılıqlı çevrilmələrinə dair
müxtəlif tipli məsələlər qurur və həll edir.
2.1.3. Maddələrin xassələrini daxili quruluşuna
görə şərh edir.
2.1.4. Maddələrin daxili quruluşu ilə bağlı
müxtəlif tipli məsələlər qurur və həll edir.
2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı
təsiri mənimsədiyini nümayiş etdirir.
2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə cisimlərin
və cismin hissəciklərinin qarşılıqlı təsirinin
rolunu dəyərləndirir.
2.2.2. Əlaqəli sistemlərdə cisimlərin və cismin
hissəciklərinin qarşılıqlı təsirinə dair
məsələlər həll edir.
3. Eksperimental fizika və müasir həyat
Şagird:
3.1. Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1. Mexaniki və istilik hadisələrinə dair
qanunları təcrübələrlə yoxlayır, nəticələrini
təqdim edir.
3.1.2. Mexaniki və istilik hadisələrini
xarakterizə edən fiziki kəmiyyətlər arasındakı
asılılıqları müəyyənləşdirir.
3.2. Müasir həyatın inkişafında fizika elminin
rolunu mənimsədiyini nümayiş etdirir.
3.2.1. Texnikanın inkişafında iş prinsipinə,
mexaniki və istilik hadisələrinə əsaslanan
qurğulara dair təqdimatlar edir.
3.2.2. Texnikanın (mexaniki və istilik
qurğuları) inkişafında fizika elminin roluna
dair tədqiqatlar aparır, nəticələrini təqdim
edir.
XI SİNİF
XI sinfin sonunda şagird:
·
elektromaqnit, atom, nüvə hadisələrinin qanun və
qanunauyğunluqlarını izah edir, onlara aid
məsələlər qurur;
·
zərrəciklərin hərəkətini xarakterizə edən
kəmiyyətlər arasındakı əlaqələri şərh edir;
·
maddə və sahə hissəciklərinin qarşılıqlı
çevrılməsini şərh edir, onlara aid məsələlər
qurur və həll edir;
·
maddələrin qarşılıqlı çevrilmələrini izah edir,
onlara aid məsələlər qurur, həll edir;
·
əlaqəli sistemlərdə qarşılıqlı təsirin
xüsusiyyətlərini şərh edir və onlara aid
məsələlər həll edir;
·
elektromaqnit, atom və nüvə hadisələrinə aid
qanun və qanunauyğunluqları təcrübədə yoxlayır,
fiziki kəmiyyətlər arasındakı asılılıqları
müəyyənləşdirir;
·
texniki qurğuların müasir həyatda roluna,
onların inkişafının fizika elminə verdiyi
töhfələrə dair referatlar hazırlayır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar
Şagird:
1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar
nümayiş etdirir.
1.1.1. Elektromaqnit, atom və nüvə hadisələrinin
qanun və qanunauyğunluqlarla əlaqəsini şərh
edir.
1.1.2. Elektromaqnit, atom və nüvə hadisələrinin
qanun və qanunauyğunluqlarla əlaqəsinə aid
(qrafik, kəmiyyət və keyfiyyət tipli) məsələlər
qurur və həll edir.
1.1.3. Yüklü zərrəciklərin, atom və nüvədaxili
zərrəciklərin hərəkətini xarakterizə edən
kəmiyyətlər arasında əlaqəni şərh edir.
1.1.4. Elektromaqnit, atom və nüvə
hadisələrinin tətbiqinə dair təqdimatlar edir.
2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli
sistemlər
Şagird:
2.1. Materiyanın formalarına dair bilik və
bacarıqlar nümayiş etdirir.
2.1.1. Maddə və sahə zərrəciklərinin qarşılıqlı
çevrilməsini şərh edir.
2.1.2. Maddə və sahə zərrəciklərinin qarşılıqlı
çevrilmələrinə dair müxtəlif tipli məsələlər
qurur və həll edir.
2.1.3. Maddələrin qarşılıqlı çevrilmələrini və
xassələrini zərrəciklərin təbiəti ilə izah edir.
2.1.4. Maddələrin qarşılıqlı çevrilmələrində
zərrəciklərin rolu ilə bağlı müxtəlif tipli
məsələlər qurur və həll edir.
2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı
təsiri mənimsədiyini nümayiş etdirir.
2.2.1.Təbiətdəki əlaqəli sistemlərdə
(qravitasiya, elektromaqnit, güclü və zəif)
qarşılıqlı təsirin xüsusiyyətlərini şərh edir.
2.2.2. Əlaqəli sistemlərdə (qravitasiya,
elektromaqnit, güclü və zəif) qarşılıqlı təsirin
xüsusiyyətlərinə dair məsələlər qurur və həll
edir.
3. Eksperimental fizika və müasir həyat
Şagird:
3.1. Təcrübələr aparır, nəticələri təqdim edir.
3.1.1. Elektromaqnit, atom və nüvə hadisələrinə
dair qanun və qanunauyğunluqları təcrübələrlə
yoxlayır, nəticələrini təqdim edir.
3.1.2. Elektromaqnit, atom və nüvə hadisələrini
xarakterizə edən fiziki kəmiyyətlər arasındakı
asılılıqları müəyyənləşdirir.
3.2. Müasir həyatın inkişafında fizika elminin
rolunu mənimsədiyini nümayiş etdirir.
3.2.1. Texniki qurğuların müasir həyatda rolunu
dəyərləndirir və müxtəlif məzmunlu referatlar
hazırlayır.
3.2.2. Müasir texnikanın inkişafında fizika
elminin roluna dair tədqiqatlar aparır və
referatlar hazırlayır.
(Ardı var) |