Ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23
iyul 2007-ci il tarixli, 923 nömrəli əmri ilə
təsdiq edilmiş fənn kurikulumlarının və tədris
planlarının tətbiqi ilə əlaqədar
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikasının təlim Azərbaycan,
rus, gürcü dillərində olan və azsaylı xalqların
dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-III
siniflərinin 2010-2011-ci dərs ili üçün tədris
planları və tədris planlarına dair qeydlər
təsdiq edilsin (1-6 nömrəli əlavələr).
2. Aparatın rəhbəri İ.Pirməmmədov, Kənd
rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov),
İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Dərslik və
nəşriyyat şöbəsi (F.Şahbazlı) tədris planının
çap olunub vaxtında yerlərə çatdırılmasını təmin
etsinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu
əmrin əlavələrlə birlikdə "Azərbaycan müəllimi"
qəzetində, "Təhsil xəbərləri" məcmuəsində dərc
olunmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini
İ.İsgəndərova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
12 iyun 2010-cu il
|