İyunun 21-də Minsk rayonundakı "Yunost"
sanatoriyasında MDB ölkələrinin gənc
jurnalistlərinin V Beynəlxalq yay məktəbi işə
başlamışdır.
Xatırladaq ki, V Beynəlxalq yay məktəbində Bakı
Dövlət Universitetinin, Belarus Dövlət
Universitetinin, Qumilyov adına Avrasiya
Universitetinin (Qazaxıstan), "Ali antropologiya
məktəbi" Universitetinin (Moldova), Moskva
Dövlət Linqvistika Universitetinin, Donetsk
Milli Universitetinin (Ukrayna) və başqa ali
məktəblərin 60-a yaxın tələbəsi təcrübə keçir.
Tələbələr bir həftə müddətində yüksəkixtisaslı
"məşqçi"lərin - Maksim Şevçenko, Aleksandr
Qurnov, Leonid Mleçin, Nikolay Zlobin, Vitali
Dımarski və başqa məşhur televiziya
aparıcılarının, qəzet və jurnal icmalçılarının,
bloqerlərin yanında təcrübə keçəcəklər.
AzərTAc |