Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

25 İyun 2010 - ¹24

 

Növbəti xarici səfər: müqavilələr, görüşlər

Bookmark and Share

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov bu yaxınlarda Latviyada xidməti ezamiyyədə olmuşdur. Əməkdaşımız səfərlə əlaqədar professor Asəf Zamanovdan müsahibə almışdır. Həmin müsahibədən bəzi məqamları dərc etməyi məqsədəuyğun saydıq.

- Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, fəaliyyətin bütün sahələrində olduğu kimi, elm və təhsil sahəsində də özünü göstərir. Elm və ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin davamlı inkişafı, Azərbaycan alimlərinin dünyanın ən nüfuzlu elm və təhsil mərkəzlərinin təşkil etdikləri beynəlxalq elmi konfranslarda, simpoziumlarda, qurultaylarda iştirakı məhz həmin bu siyasətin böyük uğurlarındandır. Biz də bir ali məktəb olaraq beynəlxalq əməkdaşlığı fəaliyyətimizin prioritet istiqamətlərindən hesab edirik.

Təhsil naziri, professor Misir Mərdanovun məsləhətləri və tapşırığı əsasında Latviyanın müvafiq ali təhsil müəssisələri ilə də əməkdaşlıq imkanlarını araşdırmışıq. Qeyd edim ki, informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə tədris prosesinin təşkili (distant təhsil) sahəsində Latviyanın aparıcı ali məktəblərinin xeyli təcrübəsi var. Onlardan biri də Riqa Texniki Universitetidir. Adıçəkilən universitetin rektoru, akademik İvars Knets və müvafiq mütəxəssisləri ilə bizim institutda ixtisasartırmanın və təkmilləşdirmənin distant yolla da həyata keçirilməsinə dair məsələləri müzakirə etdik. Yaxın gələcəkdə bu layihəni reallaşdırmağı planlaşdırırıq.

Sosial iş və menecment ixtisasları üzrə mütəxəssislər hazırlamaq, müxtəlif beynəlxalq təhsil proqramları və layihələri çərçivəsində, müəllimlərin peşə fəaliyyətində ixtisaslarının artırılması sahəsində, elmi-tədqiqat və təhsil fəaliyyəti sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə olan maraqlarımızı nəzərə alaraq Latviyanın Sosial iş və Sosial Pedaqogika Ali Məktəbi ilə əməkdaşlığa dair həmin təhsil müəssisəsinin rektoru, professor Ayna Vilçinya ilə müqavilə imzaladıq.

Sosial statusundan, siyasi, dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir insanın sosial qəyyumluğa ehtiyacı var. Bu sosial qəyyumluq yaşlanma və ya sağlamlığın funksional pozulması səbəbindən insanın özünə sosial təminatında obyektiv çətinliklər yaradır. Sosial qəyyumluq evdə, pasiyentin yaşayış yerində  və s. göstərilə bilər. Sosial qəyyumluq üzrə mütəxəssisin pasiyenti yaşlı, fiziki imkanları məhdud, əqli zəif insanlar, həmçinin uşaqlar ola bilər.

Sosial qəyyumluq üzrə mütəxəssisə  bütün ölkələrdə ehtiyac vardır. Bu sahədə peşəkar fəaliyyət göstərən mütəxəssislərin hazırlanması Təhsil Nazirliyi tərəfindən bizim instituta həvalə edilib. Biz də göstərilən etimadı doğrultmaq üçün bu sahədə dünya təcrübəsini öyrənməyi və uğurla tətbiq etməyi qarşımıza məqsəd qoymuşuq. Sosial iş və Sosial Pedaqogika Ali Məktəbi  "ATTİSTİBA" ilə əməkdaşlığımızın əsas məqsədlərindən biri də budur. Bu ali məktəb təhsil prosesinin təşkilində unikal və müasir yanaşmalardan istifadə edərək əmək bazarında rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması sahəsində 20 illik təcrübəyə malikdir.

Müqavilə əsasında tərəflər elmi-pedaqoji kadr potensialı, həmçinin maddi-texniki bazalarından istifadə edərək elmi-tədqiqat, elmi-metodik məsləhət və informasiya, pedaqoji kadrların ixtisaslarının artırılması, sosial işçi ixtisası üzrə yenidənhazırlanma təhsilinin həyata keçirilməsi sahəsində, Azərbaycanda və Latviyada beynəlxalq konfransların, simpoziumların, treninqlərin təşkili, təhsil sahəsində rəhbər kadrların təlimi və ixtisaslarının artırılması, yeni pedaqoji texnologiyaların tətbiqi, müxtəlif beynəlxalq təşkilatların maliyyə köməyi ilə təhsil layihələrinin reallaşdırılmasında birgə iştirak edəcəklər.

2010-cu ilin oktyabr ayında Bakıda Azərbaycan, Ukrayna, Rusiya, Qazaxıstan və Belarusun müvafiq ali məktəblərinin təşkilatçılığı ilə "İnnovasiya, inkişaf, keyfiyyət" mövzusunda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda bu ali məktəbin rəhbərliyi və mütəxəssisləri də iştirak edəcəklər. Qeyd etmək yerinə düşər ki, bu müqavilə beynəlxalq əməkdaşlığı öz fəaliyyətində mühüm istiqamətlərdən hesab edən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun son iki il ərzində imzaladığı onuncu müqavilədir. Belə ki, 2008-ci ildən Ukrayna, Rusiya, Belarus və Fransanın doqquz ali təhsil müəssisəsi ilə əməkdaşlığa dair müqavilələr imzalamışıq.

Səfərimizin əsas məqsədlərindən biri də Kompozit materiallar mexanikası üzrə XVI Beynəlxalq elmi konfransın təşkilat komitəsinin sədri, akademik V.P.Tamujun dəvəti əsasında adıçəkilən beynəlxalq konfransda iştirak etmək idi. Kompozit materiallar mexanikasının aktual problemlərinə həsr edilmiş, dünyanın 26 ölkəsindən 150-yə qədər görkəmli alimlərin iştirak etdiyi beynəlxalq konfransın 6 bölməsindən birinə - "Kompozit strukturlar"a rəhbərlik mənə həvalə olunmuşdu. Elmi rəhbərlik etdiyim aspirantlarla (doktorantlarla) birgə son vaxtlar aldığımız elmi nəticələr əsasında konfransda 2 məruzə ilə çıxış etdim.

Həmçinin AMEA-nın prezidenti, akademik Mahmud Kərimovun tövsiyəsi əsasında Latviyanın Elmlər Akademiyasının prezidenti, akademik Yuris Ekmanis ilə elmi əməkdaşlığa dair məsələləri də müzakirə etdik. Bundan sonra da elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi sahəsində bütün mövcud imkanlardan maksimum istifadə edəcəyik.

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

25 İyun 2010 - ¹24

Ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ili üçün ümumtəhsil məktəblərinin tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Tədbirlər planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planı
 
Ümumtəhsil məktəblərinin 2010-2011-ci dərs ili üçün tədris planı
 
Şərur Rayon Təhsil Şöbəsi üçün yeni bina istifadəyə verilib
 
Bu il buraxılış imtahanlarında müvəffəq qiymət alanların sayı artıb
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri başa çatdı
 
Jurnalist tələbələr seçdikləri peşənin sirlərini Belarusda öyrənirlər
 
"Elektron təhsil" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Proqram və dərsliklərlə bağlı məsələlər müzakirə olunub
 
Növbəti xarici səfər: müqavilələr, görüşlər
 
Təhsilə qara yaxanlara layiqli cavab
 
Amerikalı tələbələrlə görüş
 
AMİ-nin əməkdaşları Bərdə rayonunda olublar
 
Müasir mərhələdə milli təhsilə dair fundamental əsər
 
Ali təhsildə Boloniya prosesi  (5 illik təcrübə nə göstərir)
 
"Heydər Əliyev siyasəti və vətəndaş mövqeyinə dövlət qayğısı"
 
Soydaşımız Leonardo da Vinçi medalına layiq görüldü
 
Tələbələr kompüterlə imtahan verdilər
 
Respublika baxış-müsabiqəsinə yekun vuruldu
 
"Əlvida, bağça, salam, məktəb"
 
Almaniyada peşə təhsili
 
Naxçıvan Dövlət Universitetində yubiley tədbiri
 
Muzeydə "açıq dərs"
 
Yeni metodik vəsait
 
Şagirdlərin sevimlisi
 
Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün dərsliklərin hazırlanmasını və çapını təşkil etmək məqsədilə açıq tender (satınalma müsabiqəsi) elan edir.
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni kurikulumu (VI-XI siniflər)
 
Beynəlxalq müsabiqələr laureatı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Bağça 65 yetirməsini məktəbə yola saldı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Dünya universitetləri: Kvinslend Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov