NDU-da Azərbaycan Respublikasının əməkdar
müəllimi, universitetin Pedaqogika və
psixologiya kafedrasının dosenti, psixologiya
elmləri namizədi Gültac Əliyevanın 70 illik
yubileyi münasibətilə tədbir keçirildi.
Yubiley mərasimini giriş sözü ilə açan rektor,
akademik İsa Həbibbəyli muxtar respublikada
qocaman elmi kadrlara, müəllimlərə diqqət və
qayğı ilə yanaşıldığını, onların əməyinin daim
yüksək qiymətləndirildiyini vurğuladı. Rektor,
Gültac Əliyevanın çoxillik elmi-pedaqoji
fəaliyyətindən danışaraq onun müasir pedaqoji
fikir tarixində, psixologiya elminin inkişafında
özünəməxsus yer tutduğunu söylədi. Akademik İsa
Həbibbəyli ali insani keyfiyyətlərə malik,
cəmiyyətə layiqli övladlar bəxş etmiş 70 yaşlı
ağbirçək anaya xoş ürək sözlərini, təbriklərini
çatdırdı, onu universitetin Fəxri fərmanı ilə
təltif etdi.
Tədbirdə çıxış edənlər yubilyara səmimi
təbriklərini çatdırdılar.
Prezident İlham Əliyevin 28 aprel 2008-ci il
tarixli Sərəncamı ilə Gültac Əliyeva "Azərbaycan
Respublikasının əməkdar müəllimi" fəxri adına
layiq görülmüşdür.
Tədbirdə Gültac xanım Əliyevanın 70 illik
yubileyi münasibətilə "Elm və təhsil"
nəşriyyatında nəfis tərtibatla yenicə işıq üzü
görmüş "Müdriklik zirvəsinə aparan yollar"
kitabının təqdimatı da keçirildi.
Naxçıvan Dövlət Universitetinin elmi
kitabxanasının hazırladığı sərgi Gültac
Əliyevanın zəngin elmi-pedaqoji fəaliyyəti
haqqında dolğun təəssürat yaratdı.
Tədbirin sonunda Gültac Əliyeva keçdiyi ömür
yoluna nəzər salaraq zəngin həyat təcrübəsini
həmkarları və gənc yetirmələri ilə paylaşdı,
yubiley təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını bildirdi.
Mehriban SULTAN |