Azərbaycan Respublikası Təhsil Problemləri
İnstitutunun Osmanlı Əlövsət Cəlal oğluna qarşı
işgüzar nüfuzun müdafiəsi, vurulmuş zərərin
ödənilməsi və təkzib verilərək üzr istənilməsi
tələblərinə dair qaldırdığı mülki işə Nəsimi
Rayon Məhkəməsində baxılıb. Məhkəmənin çıxardığı
qətnamədə cavabdeh Osmanlı Əlövsət Cəlal oğlunun
"Azadlıq" qəzetinin 2 fevral 2010-cu il tarixli
sayında dərc edilmiş "Mərdanovun
qaragüruhçuları" məqaləsində yer alan fikirlərin
əsassızlığı, müəllifin qərəzli mövqe tutması
əksini tapıb. Məhkəmə həmçinin, Əlövsət
Osmanlının iddiaçı tərəf olan Təhsil Problemləri
İnstitutundan üzr istəməsi və təkzib verməsi ilə
bağlı qərar çıxarıb. |