Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

25 İyun 2010 - ¹24

 

"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri başa çatdı

Bookmark and Share

İyunun 21-də Təhsil Nazirliyində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin Təşkilat Komitəsinin yekun iclası oldu.

Hər iki  müsabiqənin nəticələrinə həsr olunmuş iclası açan təhsil naziri, Təşkilat Komitəsinin sədri Misir Mərdanov son üç ildə sözügedən müsabiqələrin uğurla keçirildiyini diqqətə çatdırıb, bu il də həmin işin öhdəsindən layiqincə gəldiklərinə, müəyyən olunmuş qaydaya əsasən 47 məktəb və 95 nəfər müəllimin müsabiqələrin qalibi kimi seçilməsi prosesinin obyektivlik və şəffaflıq şəraitində həyata keçirilməsinə görə Təşkilat Komitəsinin üzvlərinə təşəkkürünü bildirdi və onların bir neçəsinin adını xüsusi qeyd edib, zəhmətlərini yüksək qiymətləndirdi.

3 il ərzində müsabiqələrin Təşkilat Komitəsi tərəfindən ədalətlə keçirildiyini söyləyən təhsil naziri buna baxmayaraq qiymətləndirmədə obyektivliyin tam təmin olunması üçün növbəti ildən müsabiqədə çoxluq təşkil edən ibtidai sinif və xarici dil müəllimlərinin dərslərinin müxtəlif məktəblərdə ayrı-ayrı ekspert qrupları tərəfindən deyil, eyni ekspert qrupu tərəfindən dinlənilib qiymətləndirilməsini təklif etdi. Ümumi fikrə əsasən irəli sürülən təklif Təşkilat Komitəsinin digər üzvləri tərəfindən də müdafiə olundu və növbəti ildən nəinki ibtidai sinif və ingilis dili müəllimlərinə, digər fənləri təmsil edənlərə də şamil olunması məqsədəuyğun sayıldı. Təhsil naziri Misir Mərdanov həmin ekspertlərin seçilməsi barədə də öz fikirlərini açıqladı, onların ciddi seçim əsasında müəyyənləşdirilməsinin və irəli sürülən təkliflərə əsasən xüsusi treninqlərdən keçirilməsinin məqsədəuyğun olduğunu söylədi.

Sonra təhsil naziri bir neçə aydan bəri davam edən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin yekunlarını, seçimlə bağlı bəzi məqamları diqqətə çatdırdı.

Nazir öncə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin yekunları haqqında məlumat verdi. Bildirdi ki, müsabiqədə iştirak üçün respublikanın əksər bölgələrini təmsil edən 123 məktəb Təşkilat Komitəsinə müraciət etmişdir. Onlardan 49-u (57 faiz) Bakı şəhərinin məktəbləri olmuşdur. Builki müsabiqədə Təhsil Nazirliyi nəzdindəki ümumtəhsil müəssisələrindən yalnız respublika incəsənət gimnaziyası iştirak etmiş, qalan 73 məktəb isə 34 kənd rayonunu (65 məktəb) və 3 şəhəri (8 məktəb) təmsil etmişdir.

Nazir diqqətə çatdırdı ki, müsabiqədə iştirak üçün İsmayıllı, Yevlax, Ağstafa, Ağsu rayonlarının hər birindən 4, Sumqayıt və Şirvan şəhərlərinin, Cəlilabad, Tovuz, Masallı, Hacıqabul, Kürdəmir, Quba rayonlarının hər birindən 3, Gəncə şəhərinin, Qubadlı, Qazax, Qəbələ, Göyçay, Neftçala, Ucar, Saatlı rayonlarının hər birindən 2, 17 rayondan (Şamaxı, Qax, Şəmkir, Samux, Beyləqan, Lənkəran, Xaçmaz, Salyan, Şəki, Bərdə, Ağcabədi, Abşeron, Goranboy, Göygöl, Qusar, İmişli, Sabirabad) 1 məktəb müraciət etmişdir.

123 məktəbin təqdim etdiyi sənədlər ekspertizadan keçirildikdən sonra 96 məktəbin müsabiqənin II mərhələsinə buraxılması nəzərdə tutulmuşdur ki, onlardan da 47-si Bakı şəhərinin, 4-ü İsmayıllı rayonunun, hər birindən 3 olmaqla Sumqayıt və Şirvan şəhərlərinin, Quba, Hacıqabul, Ağstafa rayonlarının, hər birindən 2 olmaqla Gəncə şəhəri, Tovuz, Qəbələ, Ucar, Qazax, Kürdəmir, Qubadlı rayonlarının və hər birindən 1 olmaqla 15 rayonun (Şamaxı, Qax, Şəmkir, Yevlax, Lənkəran, Salyan, Masallı, Göyçay, Bərdə, Goranboy, Neftçala, Qusar, İmişli, Saatlı, Cəlilabad) məktəbləri və respublika incəsənət gimnaziyası olmuşdur. O da qeyd olundu ki, müəyyən nöqsanlara görə direktorları cəza almış Bakı şəhəri 94 və 151 nömrəli məktəblər ekspertizadan keçsələr də Təşkilat Komitəsi onların müsabiqənin II mərhələsində iştirakını məqsədəuyğun bilməmiş və beləliklə də II mərhələyə 94 məktəb buraxılmışdır.

Müsabiqənin hər üç mərhələsinin yekununa görə, 47 məktəbin qalib hesab edildiyini söyləyən təhsil naziri onlardan 28-nin Bakı şəhərinin, 4-nün İsmayıllı rayonunun, 3-nün Sumqayıt şəhərinin, 3-nün Şirvan şəhərinin hər birindən 1 məktəb olmaqla Gəncə şəhərinin, Qəbələ, Ucar, Göyçay, Qax, Tovuz, Şəmkir, Quba rayonlarının məktəbləri və respublika incəsənət gimnaziyası olduğunu bildirdi.

İclasda habelə qaliblərin siyahısında toplanmış ballara görə ilk 10 yeri tutan məktəblərin adları açıqlandı, qalib məktəblərin ayrı-ayrı mərhələlərdə göstərdiyi nəticələr diqqətə çatdırıldı. Qeyd olundu ki, II mərhələdə Sumqayıt şəhərindən 18, 21, 25 nömrəli məktəblər, Bakı şəhərinin 169, 7, 5, 258, 49, 225, 304, 80, 213, 62 nömrəli məktəbləri, Qəbələ şəhər 1 nömrəli, Ucar şəhər 1 nömrəli məktəbləri fərqlənmişlər. Müsabiqənin III mərhələsində, yəni məktəb direktorlarının təqdimatı mərhələsində isə ən yüksək nəticəni Sumqayıt şəhəri  25 nömrəli məktəbin direktoru Əvəz Mahmudov, Bakı şəhəri 225 nömrəli məktəbin direktoru Sevda Eminova, İsmayıllı şəhər 5  nömrəli məktəbin direktoru Fərman Bəşirov və həmin rayonun - Culyan kənd orta məktəbinin direktoru Eyvaz Mürsəlov göstərmiş, onların hər birinin təqdimatı 10 balla qiymətləndirilmişdir.

Nazir dedi ki, Bakı şəhərinin 5, 7, 95, 149, 164, 177, Gəncə şəhərinin 26, Sumqayıt şəhərinin 18, 21, Şirvan şəhərinin 18, Göyçay rayonunun 1 nömrəli, İsmayıllı rayonunun Mican və Təzəkənd, Hacıqabul rayonunun Rəncbər, Tovuz rayonunun Bozalqanlı kənd orta məktəblərinin direktorlarının təqdimatları da maraqla qarşılanmış və onlara yüksək bal verilmişdir.

İsmayıllı rayonundan (4 məktəb), Sumqayıt və Şirvan şəhərlərindən (hər birindən 3 məktəb) təqdim edilmiş məktəblərin hər birinin müsabiqənin qalibi adını qazanmasını nazir müsbət hal kimi qiymətləndirdi.

O da qeyd olundu ki, Bakı şəhərinin bir sıra məktəbləri (234, 281, 157, 13 və s.), Göygöl, Şəki, Xaçmaz, Şəki rayonlarının məktəbləri müsabiqədə zəif iştirak etmişlər. Nazir, eyni zamanda builki müsabiqədə Mingəçevir və Naftalan şəhərlərindən, Ağdaş, Astara, Balakən, Biləsuvar, Oğuz, Qobustan, Daşkəsən, Şabran, Zaqatala, Zərdab, Yardımlı, Gədəbəy, Lerik, Tərtər, Siyəzən rayonlarından iştirak üçün müraciət edən məktəblərin olmamasını təəssüf doğuran hal sayıb, bu barədə düşünmək lazım gəldiyini söylədi.

Daha sonra təhsil naziri Misir Mərdanov "Ən yaxşı müəllim" müsabiqəsi üzrə bəzi məlumatları diqqətə çatdırdı. Bildirdi ki, müsabiqədə iştirak üçün 460 nəfər müəllim sənəd təqdim etmiş, müsabiqə şərtlərinə uyğun gəlmədiyi üçün 9 nəfərin sənədləri qəbul edilməmiş, nəticədə 451 nəfərin sənədləri ekspertizadan keçirilmişdir.

Məlumat verildi ki, ekspertizanın nəticələrinə görə, 203 müəllim növbəti mərhələdə iştirak etmək hüququ qazanmış, digərləri isə keçid balı toplaya bilməmişdir. 3 nəfər  isə obyektiv səbəblərdən müsabiqənin ikinci mərhələsinə gəlməmişdir.

Təhsil naziri çıxışında müsabiqə iştirakçılarının fənlər üzrə tərkibini də açıqladı. Bildirdi ki, ikinci mərhələnin  200 iştirakçısından 47-si ibtidai sinif, 40-ı ingilis dili, 19-u tarix, 17-si Azərbaycan dili və ədəbiyyat, 15-i riyaziyyat, 12-si coğrafiya, 9-u biologiya, 8-i fizika, 7-si informatika, 7-si rus dili (rus bölməsi), 6-sı kimya, 5-i fiziki tərbiyə, 3-ü alman dili, 1-i əmək hazırlığı, 1-i fransız dili, 1-i musiqi, 1-i rus dili (Azərbaycan bölməsi), 1-i təsviri incəsənət müəllimi olmuşdur.

Təhsil naziri müsabiqənin ikinci mərhələsinin gedişi barədə də məlumat verərək qeyd etdi ki, bu mərhələdə müəllimlərin sınaq dərslərinin təşkili üçün Bakı şəhərində 26 məktəb müəyyənləşdirilmiş, böyük əksəriyyətinin tərkibi 3 nəfərdən ibarət olmaqla fənn komissiyaları yaradılmışdır. Müsabiqənin ikinci mərhələsi 2010-cu il aprelin 20-də başlanıb 23-də yekunlaşdırılmış, hər bir sınaq dərsi videolentə alınmış, dərs bitdikdən dərhal sonra müzakirə olunub qiymətləndirilmişdir.

Nazir bildirdi ki, müsabiqənin üçüncü mərhələsində üzrlü səbəbdən iki nəfər iştirak edə bilməmiş, yekun mərhələdə 198 müəllimin təqdimatı dinlənilib qiymətləndirilmişdir. Yekunda hər üç mərhələnin balları əsasında yekun bal çıxarılmış və ən yüksək nəticə göstərən 95 nəfər müəllim qalib hesab olunmuşdur.

Qaliblərdən 50-si (52,63 faiz) Bakı şəhərinin, 18-i nazirlik nəzdindəki, 8-i Sumqayıt şəhərinin, 3-ü İsmayıllı, 2-si Qazax rayonunun, 2-si BSU nəzdindəki humanitar liseyin və hər birindən 1 nəfər olmaqla Mingəçevir şəhəri, Abşeron, Ağsu, Bərdə, Füzuli, Hacıqabul, Kürdəmir, Laçın, Şəmkir, Siyəzən, Tovuz, Xaçmaz rayon məktəblərini təmsil edir. Onlardan 27-si ibtidai sinif, 19-u ingilis dili, 8-i tarix, 7-si Azərbaycan dili və ədəbiyyat, 6-sı fizika, hər birindən 4 nəfər olmaqla coğrafiya, fiziki tərbiyə, informatika, kimya, riyaziyyat, 3-ü biologiya, 2-si rus dili və ədəbiyyat, hər birindən bir nəfər olmaqla əmək hazırlığı, fransız dili və təsviri incəsənət müəllimləridir.

Nazir habelə sınaq dərsləri və təqdimatları ən yüksək balla qiymətləndirilmiş müəllimlərin adlarını çəkdi, bəzi digər məqamlara da toxundu.

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

25 İyun 2010 - ¹24

Ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ili üçün ümumtəhsil məktəblərinin tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Tədbirlər planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planı
 
Ümumtəhsil məktəblərinin 2010-2011-ci dərs ili üçün tədris planı
 
Şərur Rayon Təhsil Şöbəsi üçün yeni bina istifadəyə verilib
 
Bu il buraxılış imtahanlarında müvəffəq qiymət alanların sayı artıb
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri başa çatdı
 
Jurnalist tələbələr seçdikləri peşənin sirlərini Belarusda öyrənirlər
 
"Elektron təhsil" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Proqram və dərsliklərlə bağlı məsələlər müzakirə olunub
 
Növbəti xarici səfər: müqavilələr, görüşlər
 
Təhsilə qara yaxanlara layiqli cavab
 
Amerikalı tələbələrlə görüş
 
AMİ-nin əməkdaşları Bərdə rayonunda olublar
 
Müasir mərhələdə milli təhsilə dair fundamental əsər
 
Ali təhsildə Boloniya prosesi  (5 illik təcrübə nə göstərir)
 
"Heydər Əliyev siyasəti və vətəndaş mövqeyinə dövlət qayğısı"
 
Soydaşımız Leonardo da Vinçi medalına layiq görüldü
 
Tələbələr kompüterlə imtahan verdilər
 
Respublika baxış-müsabiqəsinə yekun vuruldu
 
"Əlvida, bağça, salam, məktəb"
 
Almaniyada peşə təhsili
 
Naxçıvan Dövlət Universitetində yubiley tədbiri
 
Muzeydə "açıq dərs"
 
Yeni metodik vəsait
 
Şagirdlərin sevimlisi
 
Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün dərsliklərin hazırlanmasını və çapını təşkil etmək məqsədilə açıq tender (satınalma müsabiqəsi) elan edir.
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni kurikulumu (VI-XI siniflər)
 
Beynəlxalq müsabiqələr laureatı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Bağça 65 yetirməsini məktəbə yola saldı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Dünya universitetləri: Kvinslend Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov