Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

25 İyun 2010 - ¹24

 

"Elektron təhsil" müsabiqəsinin qalibləri mükafatlandırıldılar

Bookmark and Share

İyunun 21-də "Park İnn" mehmanxanasında "Elektron təhsil" müsabiqəsinin yekunları ilə bağlı mərasim keçirildi.

Tədbirdə Təhsil Nazirliyinin məsul işçiləri, Təşkilat Komitəsi və münsiflər heyətinin üzvləri, müsabiqəni dəstəkləyən şirkət və qurumların,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Sumqayıt Şəhər Təhsil Şöbəsinin, bir sıra rayon təhsil şöbələrinin və təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, tələbələr, şagirdlər və KİV təmsilçiləri iştirak edirdilər.

Tədbirdə öncə "Elektron təhsil" müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı videoçarx nümayiş etdirildi.

Mərasimdə bildirildi ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə təşkil edilən müsabiqəyə aprelin 6-dan start verilib. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən müsabiqə "Microsoft Azərbaycan", "İntel" korporasiyasının "Gələcək üçün təhsil" proqramı, "AZEDUNET", "Ultra", HP, "Azerfon-Vodafone" və "Mədəd" təşkilatları tərəfindən dəstəklənib.

Sonra çıxış üçün söz Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova verildi. 2010-cu ilin Təhsil Nazirliyi tərəfindən "Təhsildə İKT ili" elan edildiyini xatırladan Misir Mərdanov keçən müddət ərzində İKT ilə bağlı silsilə tədbirlərin həyata keçirildiyini dedi və bugünkü mərasimin həmin tədbirlərin ən önəmlisi olduğunu vurğuladı. Nazir təklifi qəbul edib müsabiqənin keçirilməsində yaxından iştirak edən bütün təşkilat və şirkətlərə Azərbaycanın təhsil ictimaiyyəti adından təşəkkürünü bildirdi. Nazir bu müsabiqədə rəqabətin gözlənildiyindən də yüksək olduğunu və qısa müddət ərzində 1475 nəfərin qeydiyyatdan keçdiyini, onların arasında müəllimlərin çoxluq təşkil etdiyini diqqətə çatdırdı. Şagirdlərin də bu işdə fəal iştirak etməsi faktını Azərbaycanın inkişafının göstəricisi kimi dəyərləndirdi. Nazir Misir Mərdanov qeyd etdi ki, müsabiqədə Bakı və Sumqayıtla yanaşı, respublikanın digər bölgələri də təmsil olunub.

Təhsil naziri çıxışının sonunda ayrı-ayrı nominasiyalar üzrə bütün qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər və şəxsi həyatlarında uğurlar arzuladı.

Verilən məlumata görə, iki istiqamət üzrə təşkil edilən müsabiqədə təhsil müəssisələrində çalışanlar və müəllimlərin təkmilləşdirilməsi ilə məşğul olanlar, valideynlər, şagirdlər, həmçinin pedaqoji ali təhsil müəssisələrinin tələbələri və aspirantları iştirak edib. İştirakçıların və istifadəçilərin daha çevik və effektiv münasibətlər qurması üçün müsabiqənin İnternet resursu hazırlanıb. (www.musabiqe.edu.az) İlk dəfə olaraq istifadəçilər üçün onlayn müzakirə imkanları yaradılıb.

1500-ə yaxın sənəd qeydiyyatdan keçsə də, müsabiqədə yalnız 810 layihə iştirak etmiş, onların arasından 5 nominasiya üzrə 89 nominant seçilmişdir.

"Müasir məktəbdə elektron tədris resursları" istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan metodiki tədris materialları təqdim edilib. Qaliblər "Fənlərin tədrisində informasiya texnologiyalarından istifadə üzrə ən yaxşı metodika", "İbtidai təhsil sistemində informasiya texnologiyalarından istifadə üzrə ən yaxşı metodika" və "Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli" nominasiyaları üzrə müəyyən olunub. "Təhsildə İnternet texnologiyaları" istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu İnternet resursları, bloqlar və digər İnternet layihələri təqdim edilib. Qaliblər "Təhsildə İnternet resursları"  və  "Müəllimlərin  bloqları" nominasiyaları üzrə müəyyən olunub.

Münsiflər heyəti adından çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun əməkdaşı Elxan Səbziyev qaliblərin seçilməsi prosesi haqqında ətraflı məlumat verdi. Daha sonra mükafatların təqdim olunması mərasimi keçirildi. 5 nominasiyanın hər biri üzrə qaliblərə diplomlar, xüsusi mükafatlar təqdim olundu. Müsabiqənin qalibləri və həvəsləndirici mükafatlara layiq görülənlər təhsil naziri ilə xatirə şəkli çəkdirdilər.

Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

25 İyun 2010 - ¹24

Ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ili üçün ümumtəhsil məktəblərinin tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Tədbirlər planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinin təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
2010-2011-ci dərs ilində ümumtəhsil məktəblərinin I-III sinifləri üçün tədris planı
 
Ümumtəhsil məktəblərinin 2010-2011-ci dərs ili üçün tədris planı
 
Şərur Rayon Təhsil Şöbəsi üçün yeni bina istifadəyə verilib
 
Bu il buraxılış imtahanlarında müvəffəq qiymət alanların sayı artıb
 
"Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri başa çatdı
 
Jurnalist tələbələr seçdikləri peşənin sirlərini Belarusda öyrənirlər
 
"Elektron təhsil" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Proqram və dərsliklərlə bağlı məsələlər müzakirə olunub
 
Növbəti xarici səfər: müqavilələr, görüşlər
 
Təhsilə qara yaxanlara layiqli cavab
 
Amerikalı tələbələrlə görüş
 
AMİ-nin əməkdaşları Bərdə rayonunda olublar
 
Müasir mərhələdə milli təhsilə dair fundamental əsər
 
Ali təhsildə Boloniya prosesi  (5 illik təcrübə nə göstərir)
 
"Heydər Əliyev siyasəti və vətəndaş mövqeyinə dövlət qayğısı"
 
Soydaşımız Leonardo da Vinçi medalına layiq görüldü
 
Tələbələr kompüterlə imtahan verdilər
 
Respublika baxış-müsabiqəsinə yekun vuruldu
 
"Əlvida, bağça, salam, məktəb"
 
Almaniyada peşə təhsili
 
Naxçıvan Dövlət Universitetində yubiley tədbiri
 
Muzeydə "açıq dərs"
 
Yeni metodik vəsait
 
Şagirdlərin sevimlisi
 
Cəmiyyətin təhsil ehtiyacları və onların hüquqi təminatı
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün dərsliklərin hazırlanmasını və çapını təşkil etmək məqsədilə açıq tender (satınalma müsabiqəsi) elan edir.
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni kurikulumu (VI-XI siniflər)
 
Beynəlxalq müsabiqələr laureatı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Bağça 65 yetirməsini məktəbə yola saldı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Dünya universitetləri: Kvinslend Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov