Azərbaycan Respublikası Prezidentinin
30.08.2005-ci il tarixli, 982 nömrəli Sərəncamı
ilə təsdiq olunmuş "Azərbaycan Gəncliyi Dövlət
Proqramı" nda nəzərdə tutulmuş bəzi tədbirlərin
icrasını daha dolğun təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nın
icrası ilə bağlı 2010-2012-ci illər üçün Təhsil
Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə
olunur).
2. Tədbirlər Planının icrasına məsul qurumlar
hər ilin noyabr ayında görülmüş işlər haqqında
rəhbərliyə məlumat təqdim etsinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmri "Azərbaycan müəllimi" qəzetində dərc
etdirsin.
4. Əmrin icrasına nəzarəti öz üzərimə
götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
24 iyun 2010-cu i |