"Təhsil"
Respublika İdman Mərkəzinin Respublika
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat Məktəbinin yetirmələri bu il
mayın 22-dən iyunun 3-dək Ukraynanın Aluşta
şəhərində keçirilən Beynəlxalq Şahmat turnirində
uğurla çıxış etmişlər. Turnir iki yarımqrupda,
1-ci beynəlxalq qrossmeyster, 2-ci isə
beynəlxalq usta norması üzrə keçirilmişdir.
Məktəbin yetirməsi Aqil Pirverdiyev beynəlxalq
qrossmeyster norması üzrə keçirilən yarışda
müvəffəqiyyətlə çıxış edərək 9 mümkün xaldan 5
xal toplamış və beynəlxalq qrossmeyster
normasının 1 balını yerinə yetirmişdir. Kənan
Heydərli isə beynəlxalq dərəcəli usta normasının
1 balını yerinə yetirmişdir.
Məktəbin digər yetirmələri Kənan İzzət və Ülvi
Sadıxov da turnirdə reytinqlərini yüksəltmişlər.
Rahib MƏSTANOV,
Bakı Avrasiya Universitetinin IV kurs tələbəsi |