Bakı Avrasiya Universitetinin yaranmasının 18
illiyi münasibəti ilə Rəşid Behbudov adına Mahnı
Teatrında keçirilmiş tədbirdə Təhsil Nazirliyi,
Gənclər və İdman Nazirliyinin, həmçinin TÜRKSOY-un
nümayəndələri, müxtəlif ali təhsil
müəssisələrinin rəhbərləri iştirak etmişlər.
Mərasimdə çıxış edən natiqlər təhsil ocağının
tarixinə nəzər salmış, 18 il ərzində əldə edilən
uğur və nailiyyətlərdən bəhs etmişlər.
Qeyd edildi ki, universitet hazırda Dünya
Diplomatiya Akademiyaları və Beynəlxalq
Münasibətlər Universitetləri Birliyi, Mərkəzi və
Şərqi Avropa Beynəlxalq Tədqiqatlar Birliyi, MDB
ölkələri Beynəlxalq Münasibətlər Universiteti
Assosiasiyasi, Qara dəniz hövzəsi
Universitetləri Birliyinin üzvüdür. Dünyanın
25-dən çox ölkəsinin (ABŞ, Böyük Britaniya,
Fransa, Almaniya, Türkiyə, Yaponiya, Rusiya və
s.) qabaqcıl ali məktəbləri ilə tələbə, müəllim
və təcrübə mübadiləsi aparılır.
Tədbirdə xalq şairi Bəxtiyar Vahabzadənin "Özümüzü
kəsən qılınc" əsəri göstərilmiş, konsert
səsləndirilmişdir.
Rüstəm RAMAZANOV,
Bakı Avrasiya Universitetinin IV kurs tələbəsi |