İyunun 9-da Azərbaycan Respublikasının Nazirlər
Kabineti "İş və istirahət günlərinin yerinin
dəyişdirilməsi haqqında" qərar qəbul etmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, Azərbaycan Respublikası Əmək
Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə
əsasən iş və istirahət günlərinin ardıcıl
olmasını təmin etmək məqsədi ilə 2010-cu il 12
iyun istirahət günü ilə 14 iyun iş gününün yeri
dəyişdirilmişdir. Qərar imzalandığı gündən
qüvvəyə minir. |