Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

11 İyun 2010 - ¹22

 

Nəcəf Murğuzov - 80

O, güclü riyazi təfəkkürə və sönməz həyat eşqinə malik insan idi

Bookmark and Share

Müəllim adı Azərbaycan cəmiyyətində  kifayət qədər hörmətli və şərəflidir. Çox vaxt görürsən ki, professora, nazirə, həkimə, mühəndisə və b. vəzifə və peşə sahiblərinə müəllim deyə müraciət edirlər. Bütün insanlar kimliyi, milliyyəti və dinindən asılı olmadan öz valideynlərindən daha çox müəllim tərbiyəsi alır, müəllim əməyi nəticəsində yetişir, ucalır, həyatda özləri də müəllimə çevrilirlər.

 Bu yazıda  ömrünü riyaziyyat elminin sirlərini gənc nəslə öyrətməyə həsr etmiş gözəl insan, işıqlı ziyalı, pedaqoq-alim, maarifçi və gənc müəllimlərin hazırlanmasında xüsusi xidmətləri olan professor Nəcəf İsmayıl oğlu Murğuzov haqqında söhbət açmaq istəyirik. Nəcəf Murğuzov tələbkar və qayğıkeş, prinsipial və humanist, obyektiv və səmimi bir müəllim idi. O, nəinki dərs dediyi şagirdləri və tələbələri, hətta müəllim yoldaşları, dostları, yaxınları üçün də müəllim kimi örnək idi. İlk baxışda çox mürəkkəb görünən misal və məsələnin həlli, yaxud problemin çözümü onun məntiqi mühakimələrindən sonra sadə, maraqlı və təbii görünürdü.

Nəcəf müəllim eyni zamanda, orta məktəb riyaziyyatının ən çətin məsələlərinə bələd olan  bir riyaziyyatçı idi. O, tələbələrdə riyazi-məntiqi təfəkkürün təşəkkülünə, orta və ali məktəbdə riyaziyyat fənninin tədrisi səviyyəsinin yüksəldilməsinə inamla və əzmlə çalışırdı. Ona görə də riyaziyyatın incəliklərini, mühüm xüsusiyyətlərini ən əlverişli üsullarla tələbələrə öyrətmək onun üçün asan və maraqlı idi.

Nəcəf İsmayıl oğlu Murğuzov 1930-cu il aprel ayının 13-də Qazax rayonunun Çaylı kəndində  anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra, 1949-cu ildə Gəncə (keçmiş Kirovabad) Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuş və 1953-cü ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir. Nəcəf müəllim əvvəlcə, Zaqatala rayonunun Muxax kənd orta məktəbində, sonra isə Gəncə şəhərindəki 8 nömrəli məktəbdə  (1954-1959), şəhər 19 nömrəli internat məktəbində müəllim, daha sonra 5 nömrəli internat məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini (1962-1971) vəzifələrində çalışmışdır. 1971-ci ilin avqust ayında Həsən bəy Zərdabi adına GDPİ-nin Riyaziyyatın tədrisi metodikası kafedrasına müəllim seçilmiş və 1976-cı ilə kimi bu vəzifədə işləmişdir. 1976-cı ildə N.Murğuzov həmin kafedrada baş müəllim, 1978-ci ildən isə kafedra müdiri vəzifəsinə seçilmişdir. O, ömrünün axırına kimi (1995) həmin kafedraya bacarıqla rəhbərlik etmişdir. 1980-ci ildən dosent vəzifəsini tutan Nəcəf müəllimə  1983-cü ildə məhsuldar elmi-pedaqoji fəaliyyətinə  görə professor elmi adı verilmişdir. O, "Riyaziyyatın tədrisi metodikası" ixtisası üzrə respublikanın qərb bölgəsində ilk professor olmuşdur.

Nəcəf Murğuzovun elmi-pedaqoji yaradıcılığı ümumtəhsil məktəblərində və ali pedaqoji institutlarda riyaziyyat tədrisinin problemlərinin tədqiqinə həsr olunmuşdur. Məlumdur ki, 1970-ci illərdə riyazi modelləşdirmə, xüsusilə qrafiki modelləşdirmə elektron hesablama maşınlarında,  elmin və texnikanın, xalq təsərrüfatının müxtəlif sahələrində geniş tətbiq olunmağa başladığı üçün həmin məsələlərin riyaziyyat kursunun müvafiq bölmələrinə daxil edilməsi zəruriyyəti yarandı. Qrafiki modelləşdirmə əyaniliyin yeni səviyyəsi olmaqla yanaşı, hesab, cəbr və həndəsi biliklərin yaxınlaşdırılması, təlimdə sistemli və inteqrativ yanaşmanı yeni mərhələyə qaldırdı. Bütün bunlar öz növbəsində riyazi biliklərin elmin müxtəlif sahələrində (fizika, biologiya, astronomiya, statistika və s.) tətbiqinə əlverişli imkan yaradırdı. N.Murğuzov bu istiqamətdə riyaziyyatın tədrisi metodikası sahəsində də  yeni elmi-metodiki nəticələrin alınmasına çalışırdı. O, aktual mövzularda məqalələr yazmaqla özünəməxsus tərzdə müəllimlərin diqqətini  riyaziyyatın tədrisinin vacib məsələlərinə cəlb edirdi.

Onun müxtəlif aspektlərdə metodiki yanaşmasının əsasında ibtidaidən aliyə,  sadədən mürəkkəbə, xüsusidən ümumiyə və əksinə yönələn öyrətmə alqoritmləri, analiz-sintez, analogiya, sistemləşdirmə təsnifetmə, mücərrədləşdirmə, induksiya, deduksiya və s. metodları dururdu.

N.Murğuzovun həyat və fəaliyyətini müəyyən mənada iki mərhələyə ayırmaq olar. Birinci mərhələ onun həyatı və çoxsaylı elmi əsərlərində aldığı nəticələr - yəni yəqinliyin varlığı və təsdiqi üçün zəruri olan predikartlardır. İkinci mərhələ isə Nəcəf müəllimin həm nəzəri , həm də praktik olaraq əldə etdiyi biliklərin limiti olan onun elmi-fəlsəfi dünyagörüşü və bu fəlsəfənin pedaqoji kadrların hazırlığı zamanı təlim-tərbiyə prosesinə tətbiqi nəticəsində aldığı ümumiləşmələrdir.

O, riyaziyyat kursunun məzmununun daha da inkişaf etdirilməsi üçün onun strukturunun təkmilləşdirilməsinə ciddi diqqət yetirməyi təklif edirdi. Şagirdlər  tərəfindən  öyrənilən  riyaziyyat kursunun  materialları  orta  məktəbdə şərti olaraq 4 mərhələyə bölünürdü.

I mərhələ 1-3-cü sinifləri əhatə edərək kiçikyaşlı şagirdlərin sadə hesab əməlləri və  ibtidai həndəsi fiqurlarla tanışlığına yönəlirdi.

II mərhələdə 4-5-ci siniflərdə propedevtik xarakterli riyazi materialların tədrisinə üstünlük verilirdi.

III mərhələ 6 - 8- ci sinifləri əhatə edir və artıq burada cəbrin və həndəsənin (planemetriyanın) sistematik kursu tədris edilirdi.

IV mərhələ 9-10- cu sinif şagirdlərinə cəbr və analizin başlanğıcı, həndəsənin (stereometriya) sistematik kursu öyrədilirdi.

Yuxarıda qeyd olunan  mərhələlər üzrə riyaziyyatın   tədrisi zamanı Nəcəf müəllim öz əsərlərində faydalı ideyalar irəli sürmüş, diqqəti cəlb edən metodiki işləmələr aparmış və bir sıra məsələlərin daha səmərəli həlli yollarını göstərmişdir. Onun bu gün də yüksək elmi-metodiki dəyərini hifz edən əsərlərini və verdiyi tövsiyələri təhlil edərək ümumiləşdirdikdə  aşağıdakı ümumi nəticələrə gələ bilərik:

1. Bu mərhələlərin hər birinin əhatə etdiyi materialların məzmunu, quruluşu və tədrisinin xüsusiyyətləri müasir tələblərə uyğun olmalıdır.

2. Həmin mərhələlərin hər birinin əsas psixoloji, pedaqoji və metodiki prinsipləri təlim zamanı şagirdlərin bilik və yaş səviyyəsinə uyğun verilməli və onların inkişafına yönəlməlidir.      

Nəcəf müəllim göstərirdi ki, həndəsi materialların öyrənilməsi zamanı eyni anlayışlara bəzən bir neçə  mərhələdə baxılır. Bu, təkrarçılıq deyildir. Həmin materiallar hər bir mərhələdə dəqiqləşir, inkişaf edir və yeni elmi mahiyyət kəsb edir.

Nəcəf Murğuzov apardığı məqsədyönlü elmi axtarışların məntiqi yekunu kimi 1975-ci ildə "VII-VIII siniflərin fakültativ məşğələlərində qrafiki riyaziyyat elementlərinin tədrisi metodikası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi. Çox keçmədən onun təklif etdiyi ideyalar, yanaşma tərzi və üsulları riyaziyyatdan məktəb dərsliklərinə daxil edildi. Şagirdlərə qrafiki materialların daha effektli öyrədilməsi, onların qurulması, oxunması və hesablamada tətbiqi metodiki cəhətdən problemlərlə qarşılaşırdı. Nəcəf müəllim qrafiki riyaziyyat elementlərinin tədrisinə dair sistemli şəkildə, uyğun didaktik prinsiplər əsasında metodiki işləmələr apararaq vəsaitlər nəşr etdirdi. Məlum oldu ki, məktəbdə qrafiki riyaziyyatın öyrədilməsi (qrafiki modelləşdirmə, nomoqramma, qrafiki həll üsulu, qrafiki hesablama və s.) məktəblilərin alqoritmik mədəniyyətinin və düşüncə yaradıcılığının inkişafı üçün çox böyük imkanlar açır, şagirdlərin idrak fəaliyyətinin inkişafına müsbət təsir göstərir.  Bu dövrdə dərin riyazi biliyi və zəngin pedaqoji təcrübəsi ilə seçilən N.Murğuzovun 1979-cu ildə nəşr olunan "Riyaziyyat müəlliminin peşəkar pedaqoq hazırlığı" kitabı riyaziyyat müəllimləri və  pedaqoji institutların riyaziyyat fakültələrinin tələbələri üçün çox qiymətli hədiyyə oldu.

Qeyd etmək lazımdır ki, Nəcəf müəllim əzbərçi tələbələri sevmirdi. O, daim tələb edirdi ki, riyaziyyat müəlliminin məntiqi və eyni zamanda yaradıcı düşüncə qabiliyyəti olmalıdır. İstənilən teoremi, qoyulan məsələni dərk edib, sonra onun haqqında fikir söyləməlidir. Mətnləri öyrənən zaman onları hazır qəbul etməməlidir. Müəllim "niyə", "nə üçün" və "necə etməli" suallarını qoymağı və onlara ən səmərəli, yığcam cavab tapmağı bacarmalıdır. Bunun üçün misal və məsələnin həll alqoritmini, həll ardıcıllığını düzgün müəyyən etmək lazımdır. Onun dərs dediyi tələbələr ciddi riyazi məntiqə söykənən tədris prosesindən keçməli idilər. Kifayət qədər ağır belə bir prosesin öhdəsindən gəlmək üçün o, öz tələbələrinə çalışqanlıq, məntiqi mühakimə,  yaradıcılıq, yüksək iradə və s. müsbət keyfiyyətlər aşılamağa çalışırdı. Bu gün öz pedaqoji fəaliyyətində tələbələri olmuş müəllimlər məhz bu keyfiyyətlərə görə  Nəcəf müəllimi ehtiramla xatırlayırlar.

Nəcəf müəllim ixtisasını mükəmməl bilən alim idi. O, riyaziyyatın müxtəlif sahələrinin əlaqələndirilməsini zəruri hesab edir və bunu həyata keçirərək yeni nəticələr əldə etməyi sevərdi. Riyaziyyatın tədrisində fəndaxili və fənlərarası əlaqələrin imkanlarından məharətlə istifadə edərək sistemliyi və inteqrativliyi ön plana çəkərdi. Belə əlaqələrə əsaslanaraq o, çətin misal və məsələnin orijinal və asan yolunu göstərərdi.

Nəcəf müəllimin "VII-VIII siniflərdə təkrarın təşkili haqqında", "VII sinifdə riyaziyyat üzrə fakültativ məşğələlərin aparılma təcrübəsi", "Başlanğıc kursda analitik həndəsənin elementləri", "X sinifdə eksponensial funksiyaların tədrisi", "Çevirmə yolu ilə qrafiki funksiyaların qurulması", "Şagirdlərdə məsələ həlli yollarının formalaşması", "Məsələ həlli və yoxlama işlərinə dair praktikum", "Riyaziyyat həftəsi", "Riyaziyyatın tədrisinin metodikası", "İbtidai siniflərdə riyaziyyatın tədrisi metodikası" və s. bu  kimi riyaziyyatın tədrisinin aktual problemləri barədə nəşr etdirdiyi çoxsaylı dərslik, elmi-metodiki vəsait və məqalələri respublikamızda yüksək ixtisaslı riyaziyyat müəllimlərinin hazırlanması və təkmilləşdirilməsində hədsiz böyük rol oynamış və bu gün də öz aktuallığını saxlamaqdadır.

Onun nəşr etdirdiyi dərs vəsaitlərini və elmi-metodiki məqalələrini bir qayda olaraq respublikanın pedaqoji ictimaiyyəti həmişə böyük  rəğbətlə  qarşılamış  və onu yüksək səviyyəli yenilikçi riyaziyyatçı-metodist, müəllim-pedaqoq kimi qiymətləndirmişdir.

O, 1956-cı ildən 1986-cı ilə kimi respublikanın rayonlarında müntəzəm olaraq "Pedaqoji oxu" xətti ilə silsilə mühazirələrlə çıxış etmiş və uzun müddət Gəncə şəhərində "Gənc riyaziyyatçılar" məktəbinin rəhbəri olmuşdur. Respublikamız üçün gənc istedadlı riyaziyyatçıların aşkara çıxarılması və hazırlanmasında Nəcəf müəllimin əməyi əvəzsizdir. Gəncə şəhərinin təhsil şöbəsi nəzdində 40 ilə yaxın riyaziyyat olimpiadasının təşkilat komitəsinin sədri kimi fəaliyyət göstərən Nəcəf müəllim riyazi istedadı olan gənclərin  axtarılması, yetişdirilməsi və inkişaf etdirilməsi sahəsində əlindən gələni etmişdir. Onun hazırladığı gənc riyaziyyatçılar şəhər və respublika olimpiadalarında yüksək yerlər tutaraq öz təhsil ocaqlarını layiqincə təmsil etmişlər.

1959-1960-cı illərdə şəhər təhsil şöbəsinin nəzdində metodkabinetin müdiri kimi Nəcəf müəllim bir çox məktəblərdə riyaziyyatın tədrisi təcrübəsi ilə yaxından tanış olmuşdur. Bu tanışlıq qabaqcıl riyaziyyat müəllimlərinin müsbət təcrübəsini öyrənməyə və sistemləşdirməyə şərait yaratdığı kimi, ayrı-ayrı müəllimlərin işindəki xarakterik nöqsanları aşkara çıxarmağa və aradan qaldırmağa imkan vermişdir. 1960-1980-ci illərdə o, respublikanın şəhər və rayonlarında riyaziyyat müəllimlərinin təkmilləşdirilməsi üzrə elmi-metodik komissiyanın üzvü kimi fəaliyyət göstərmişdir.

1980-ci ildən ömrünün axırına kimi H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda riyaziyyatın tədrisi keyfiyyətinin yüksəldilməsi üzrə komissiyanın sədri kimi o, sistemli şəkildə elmi-metodik seminarlar təşkil etməklə kadrların ixtisaslarını dərindən mənimsəmələri üçün riyaziyyatın müasir metodiki problemlərinə dair işlər aparmışdır.  O, daim məktəblərlə əlaqə saxlayır, riyaziyyat müəllimlərinə metodik köməklik göstərirdi. Nəcəf müəllim qabaqcıl riyaziyyat müəllimlərinin ideya və təcrübələrini öyrənərək ondan tədrisdə istifadə olunmasına çalışır, eyni zamanda  respublikanın elmi-metodiki jurnallarında məqalələrlə çıxış edərək, onların iş üsullarını təbliğ edirdi. O, vaxtilə keçmiş Maarif Nazirliyi tərəfindən nəşr olunan "Fizika və riyaziyyatın tədrisi " jurnalının ən fəal müəlliflərindən biri idi. Jurnalın az sayı olardı ki, orada Nəcəf müəllimin təklif etdiyi nümunəvi məsələ və misallar, yaxud həmin jurnaldakı məsələ-misalların həllinə dair metodiki göstərişləri olmasın. Belə yüksək peşəkar metodist-professor Nəcəf Murğuzov 1983-cü ildən ömrünün sonuna qədər Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası kafedrasının müdiri  kimi fəaliyyət göstərdiyi müddətdə respublikamız üçün yüksək ixtisaslı kadrların hazırlanmasında əlindən gələni əsirgəməmişdir. Təsadüfü deyildir ki,  professor N.Murğuzovun elmi-pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilərək "Qabaqcıl maarif xadimi", "Əmək igidliyinə görə", "X beşilliyin qalibi" və s. medal və döş nişanlarına, dəfələrlə respublika Maarif Nazirliyinin Fəxri fərmanlarına layiq görülmüşdür.

Zaman və məkandan asılı olmayaraq istənilən nöqteyi-nəzərdən Nəcəf müəllimə baxdıqda onun böyüklüyü duyulurdu. O, sözün əsl mənasında insan idi, tanınmış alimlərlə bir sırada dayanırdı.

İnsan həyatında ən vacib məsələlərdən biri özünü dərk etməsidir. N.Murğuzovun sanballı elmi və pedaqoji fəaliyyəti özünü dərk etmədən xəbər verirdi. O, söylədiyi fikirlərində  inamlı, çıxardığı bütün qərarlarında qəti idi. Qəddi-qaməti palıd ağacına bənzəyən, dağ vüqarlı,  özünə güvənən, təmkinli Nəcəf müəllimin sözləri kimi baxışı, duruşu da çox təsirli və nüfuzedici idi. Sözü birqiymətli, özü haqq-ədalət simvolu olan Nəcəf müəllim tələbələrini,  yaxınlarını həyatda bütöv və mübariz olmağa səsləyirdi. Bütün bunlar onun şəxsiyyətinin xarakterik cəhətləri idi.

27 May 2010-cu il tarixdə, ölümündən 15 il sonra professor Nəcəf Murğuzovla bağlı daha bir tarixi gün yaşandı. Gəncə Dövlət Universitetində onun anadan olmasının 80 illiyi münasibəti ilə elmi-praktik konfrans keçirildi. Bu konfransda çıxış edənlərin bəzilərinin N.Murğuzovla bağlı fikirlərini yada salmaq istəyirik.

Nüvər Nəsrullayev (GDU-nun dosenti, fizika-riyaziyyat elmləri namizədi):

Nəcəf Murğuzov yaxşı riyaziyyatçı olmaqla yanaşı, dostluqda tayı-bərabəri olmayan insan idi. Fakültənin tədris-metodiki və ictimai-siyasi həyatında fəal idi, öndə olardı. Elini, obasını, doğma torpağını böyük məhəbbətlə sevən Nəcəf müəllimdə möhkəm vətənpərvərlik hissləri var idi.

İsmayıl Əhmədov (GDU-nun dosenti, pedaqoji elmlər namizədi):

Nəcəf Murğuzov yüksək ixtisaslı metodist olmaqla yanaşı, həm də gözəl insan idi. O, insanları  dinləməyi xoşlayar və az məsləhət verməyə çalışardı. Onun işgüzar  ciddiliyi və yüksək tələbkarlığının arxasında dərin bir xeyirxahlıq duyulurdu. Nəcəf müəllim ağsaqqalımız, ürək dostumuz  və məsləhət yerimiz idi. Onun yeri indi tez-tez görünür.

Niftalı Qocayev (BDU-nun professoru, fizika-riyaziyyat elmləri doktoru):

O, riyaziyyatçı-metodist kimi özünü respublikada sübut etmişdi. Nəcəf müəllim tanınmış alimlər - Bəylər Ağayev və Maqsud Cavadovla birlikdə riyaziyyatın tədrisi metodikası sahəsində olan problemləri daim müzakirə edir, elmi-praktik konfranslarda məruzələrlə, elmi-metodiki jurnallarda silsilə məqalələrlə çıxış edirdilər. Onlar sanki hiss edirdilər ki, bu sahədə olan bütün ağırlıq, bütün yük onların üzərinə düşür. Ona görə də  demək olar ki, "Fizika və riyaziyyatın tədrisi" jurnalının hər bir nömrəsində Nəcəf müəllimin  məqalələri çap olunurdu.

Mirzəli Murğuzov (ADPU-nun professoru, fizika-riyaziyyat elmləri doktoru):

Mənim bütün həyatım onunla bağlıdır. Onu önümdə böyük qardaş, ata əvəzi  görmüşəm. Onun böyük mənəvi dayağını daim hiss etmişəm. Elmi fəaliyyətimin bir çox məqamlarında  o, mənə dəstək olmuşdur. Ona qaytara bilməyəcəyim borcum var.

İlham Mərdanov (BDU-nun professoru, fizika-riyaziyyat elmləri doktoru):

O, həyat eşqi ilə yaşayan,  Azərbaycan təbiətini sevən bir insan idi. Nəcəf müəllim çox gözəl ailə başçısı idi. Ailədə səmimi olduğu qədər də, ciddi idi. O, əsl azərbaycanlı kişisi idi.

Artıq 15 ildir ki, Nəcəf müəllim aramızdan gedib, haqqın dərgahına qovuşub. Lakin onun ideyaları, əsərləri, əməlləri, ruhu və çox zaman isə... özü bizimlədir. Gələcəyə ümidlə,  inamla addımladığımız bu gündə də Nəcəf müəllim önümüzdədir, ağsaqqalımız və müəllimimizdir. Nəcəf müəllimdən keçmiş zamanda danışsaq (nə qədər ağrılı olsa da ) da o, bizim müasirimizdir.

Nəcəf müəllimin əziz xatirəsi yaşadığı və işlədiyi hər yerdə - Qazaxda, Gəncədə, Zaqatalada, Bakıda, Allah bilir daha haralarda yetirmələrinin, iş yoldaşlarının, qohumlarının, dostlarının, bir sözlə, onu  tanımaq xoşbəxtliyi nəsib olan insanların qəlbində kövrək duyğularla əbədi yaşayır. 

Nadir İBADOV,
GDU-nun elmi işlər üzrə prorektoru, dosent,

Xəlil  PADAROV,
ADPU-nun dosenti, pedaqoji elmlər namizədi

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

11 İyun 2010 - ¹22

Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Nazirlər Kabineti 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib
 
Belarus Prezidenti Aleksandr Lukaşenko Bakı Slavyan Universitetində olub
 
Transparency Azerbaijan Təşkilatı Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinin fəaliyyətini yüksək qiymətləndirib
 
Beynəlxalq simpozium
 
Azərbaycan Dillər Universitetində təhsil yarmarkası
 
ATİAHİ-nin yaradılmasının 90 illik yubileyi qeyd olunub
 
Təhsil naziri Cənubi Koreya səfirini qəbul edib
 
Təlim kurslarını təşkil edəcək QHT-lərlə müqavilə imzalanıb
 
"Qlobal minillik prizi" beynəlxalq inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar 
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın ümumi təhsil sahəsində islahatlar
 
"Açıq qapı - İnstitut günü"
 
Tələbə Elmi Cəmiyyətinin XIV konfransı
 
"Yol hərəkəti qaydalarını öyrənirik"
 
O, güclü riyazi təfəkkürə və sönməz həyat eşqinə malik insan idi
 
Müəllimlər "Xalq kompüteri" layihəsi çərçivəsində 7 min 600-dən çox kompüter əldə ediblər
 
Professor Səməd Seyidov "Tələbələrin dostu" və "Onilliyin rektoru" mükafatına layiq görülüb
 
Ağstafada "Müasir texnologiyaların təhsildə tətbiqi" mövzusunda regional konfrans keçirilib
 
Şəbəkə" Xeyriyyə Təşkilatının "son zəng" səfəri
 
Yaradıcı axtarışlara xüsusi önəm verən müəllim
 
"İngiltərədə olmaq hər bir ingilis dili müəllimi kimi mənim də çoxdankı arzum idi"
 
Qafqaz Universitetində beynəlxalq konfrans keçirilib
 
Qax məktəbinin "Ekologiya ili"nə töhfəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Təhsil ocağının 18 illiyi qeyd edildi
 
Həmyerlilərimiz Beynəlxalq Şahmat turnirində uğurla çıxış etmişlər
 
Dünya universitetləri: Berkli Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov