Rabitə və İnformasiya Texnologiyaları və Təhsil
nazirlikləri, HP, "Microsoft" şirkətlərinin
birgə həyata keçirdikləri "Xalq kompüteri"
layihəsi çərçivəsində müəllimlər sadələşdirilmiş
şərtlərlə 7 min 600-dən çox kompüter əldə
etmişlər.
Layihənin icrasına 2009-cu ilin aprelində
başlanmışdır. Birinci mərhələ orta məktəb
müəllimlərinə aid edilmişdir. Bu ildən etibarən
layihəyə ali məktəb müəllimləri və tələbələr də
cəlb olunmuşlar.
Layihənin məqsədi əhalinin güzəştli şərtlərlə
kompüterlə təmin olunması və yerli istehsalın
genişləndirilməsidir.
AzərTAc |