Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

11 İyun 2010 - ¹22

 

"Qlobal minillik prizi" beynəlxalq inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar 

Bookmark and Share

İyunun 8-də Təhsil Nazirliyində "Qlobal minillik prizi" beynəlxalq inşa  müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Minilliyin Layihəsinin Azərbaycan bölməsi olan Futuroloqlar Cəmiyyətinin birgə  təşkil etdiyi tədbirdə həmin qurumların rəhbərləri, məsul şəxsləri, Azərbaycan Respublikasının Meksikadakı fövqəladə və səlahiyyətli səfiri, bir sıra ali məktəblərin prorektorları, ictimai təşkilatların nümayəndələri, paytaxt məktəblərinin direktorları, müsabiqə qalibləri və digər şəxslər iştirak edirdilər.

Mərasimi nazir Misir Mərdanov  açaraq qonaqları və müsabiqənin qaliblərini Təhsil Nazirliyində  görməyindən məmnunluq hissi keçirdiyini bildirdi.

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan söz açan nazir Azərbaycan məktəblilərinin, tələbə və müəllimlərinin bir çox beynəlxalq və dünya səviyyəli olimpiada, müsabiqə və digər bilik yarışlarında ölkəmizi layiqincə təmsil etdiklərini, yüksək nailiyyətlər qazandıqlarını söylədi. Qeyd olundu ki, son illərdə dünya və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri 11 qızıl, 28 gümüş, 60 bürünc olmaqla ümumilikdə 99 medal qazanıblar. Əhalisinin sayının az olmasına baxmayaraq qazandığı medalların sayına görə Azərbaycan dünya ölkələri sırasında ilk onluqda yerini qoruyub saxlayır. Hazırda bir sıra ölkələrin aparıcı universitetlərində müxtəlif mənbələr hesabına 10 mindən çox azərbaycanlı gənc təhsil alır. Əldə olunan bütün bu uğurları  təhsilə göstərilən qayğının nəticəsi kimi dəyərləndirən nazir Misir Mərdanov təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərkən ölkə başçısı cənab İlham Əliyevin dediyi  fikirləri mərasim iştirakçılarının diqqətinə çatdırdı.

Nazir sonra Minilliyin 15 Qlobal Çağırışı üzrə "Qlobal minillik prizi" beynəlxalq  müsabiqənin milli mərhələsi olan "Gələcək nəsillərlə üz-üzə" mövzusunda inşa müsabiqəsi barədə məlumat verərək bildirdi ki, adıçəkilən müsabiqədə ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri və universitet tələbələri iştirak edib. Qaliblərin yazıları hər il Meksikada təşkil olunan Minilliyin 15 Qlobal Çağırışı üzrə "Qlobal minillik prizi" beynəlxalq müsabiqəsinə təqdim edilir. Təhsil naziri  ötən illərdə qazanılan uğurlardan söz açdı və sevindirici hal kimi onu da qeyd etdi ki, 2009-cu ildə Meksikada təşkil olunan "Qlobal minillik prizi" beynəlxalq müsabiqəsinin 10 nəfər qalibindən 4-ü Azərbaycandan, 5-i Meksikadan, 1-i isə Cənubi Afrikadandır. Belə ki, ölkəmizi təmsil edən Bakı Oksford məktəbinin müəllimi  Ayan Əliyeva ("Qadınların statusu" çağırışı üzrə), Azərbaycan Dillər Universitetinin tələbəsi Şərqiyyə Məmmədova ("Dayanıqlı inkişaf" çağırışı üzrə), Bakı Avropa Liseyinin XI sinif şagirdi Aydan Xələfova ("Sülh və münaqişə" çağırışı üzrə), Beynəlxalq Təhsil Kompleksinin (134 nömrəli orta  məktəb) XI sinif şagirdi Lalə Həsənova ("İnformasiya və kommunikasiya texnologiyaları" çağırışı üzrə) beynəlxalq münsiflər heyəti tərəfindən "Qlobal minillik prizi" müsabiqəsində I yerə layiq görülüblər.

Çıxışının sonunda nazir Misir Mərdanov bütün təşkilatçılara, o cümlədən ölkəmizin Meksikadakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarova göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi, qalibləri Azərbaycanı layiqincə təmsil etdiklərinə görə təbrik edərək onlara yeni-yeni uğurlar arzuladı.

Çıxış üçün söz alan Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova son 3 ildə azərbaycanlı gənclərin bu müsabiqədə uğurla iştirak etdiklərini söylədi. Müsabiqənin məqsəd və məramından danışan R.Hüseynova cari ilin mayında Mexiko şəhərinin məşhur Dieqo Rivera muzeyində keçirilən "Qlobal minillik prizi" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi barədə geniş açıqlama verdi. O, qazanılan uğurların ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini dedi.

Sonra mərasim iştirakçıları azərbaycanlı gənclərimizin son 3 ildə Meksikada keçirilən beynəlxalq inşa müsabiqəsində müvəffəqiyyətli iştirakı ilə bağlı və qaliblərin mükafatlandırılma mərasimlərindən hazırlanmış süjetə tamaşa etdilər.

Tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, gənclər və idman nazirinin müavini İntiqam Babayev müsabiqənin keçirilməsinin əhəmiyyətinə toxunaraq gənclərimizin bu gün bəşəriyyəti narahat edən qlobal problemləri düzgün öyrənib araşdırmalarını, seçdikləri mövzular üzrə öz fikir və mülahizələri, təklifləri ilə digərlərindən fərqləndiklərini müsbət qiymətləndirdilər.

Çıxış edənlər ölkə başçısı cənab İlham Əliyevin təhsilimizin inkişafı istiqamətində gördüyü işlərdən söz açdılar. Çıxışlarda həmçinin Azərbaycan gənclərinin bilik yarışlarında layiqli yerlər tutmalarının təqdirəlayiq olduğu və belə müsabiqələrin istedadlı gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasında əhəmiyyətli rol oynadığı qeyd edildi.

Tədbirdə "Qlobal minillik prizi" müsabiqəsinin qalibləri çıxış edərək ölkəmizi hər zaman layiqincə təmsil etməyə hazır olduqlarını söylədilər. Gülşən Paşayeva valideynlər adından onların övladlarına hərtərəfli köməklik göstərdiklərinə görə Təhsil Nazirliyinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Futuroloqlar Cəmiyyətinin, Gənclər və İdman Nazirliyinin rəhbərlərinə, ölkəmizin Meksikadakı fövqəladə və səlahiyyətli səfirinə öz təşəkkürünü bildirdi.

Mərasimin sonunda müsabiqənin qaliblərinə diplom və hədiyyələr təqdim olundu. 

Samirə KƏRİMOVA

 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

11 İyun 2010 - ¹22

Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Nazirlər Kabineti 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib
 
Belarus Prezidenti Aleksandr Lukaşenko Bakı Slavyan Universitetində olub
 
Transparency Azerbaijan Təşkilatı Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinin fəaliyyətini yüksək qiymətləndirib
 
Beynəlxalq simpozium
 
Azərbaycan Dillər Universitetində təhsil yarmarkası
 
ATİAHİ-nin yaradılmasının 90 illik yubileyi qeyd olunub
 
Təhsil naziri Cənubi Koreya səfirini qəbul edib
 
Təlim kurslarını təşkil edəcək QHT-lərlə müqavilə imzalanıb
 
"Qlobal minillik prizi" beynəlxalq inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar 
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın ümumi təhsil sahəsində islahatlar
 
"Açıq qapı - İnstitut günü"
 
Tələbə Elmi Cəmiyyətinin XIV konfransı
 
"Yol hərəkəti qaydalarını öyrənirik"
 
O, güclü riyazi təfəkkürə və sönməz həyat eşqinə malik insan idi
 
Müəllimlər "Xalq kompüteri" layihəsi çərçivəsində 7 min 600-dən çox kompüter əldə ediblər
 
Professor Səməd Seyidov "Tələbələrin dostu" və "Onilliyin rektoru" mükafatına layiq görülüb
 
Ağstafada "Müasir texnologiyaların təhsildə tətbiqi" mövzusunda regional konfrans keçirilib
 
Şəbəkə" Xeyriyyə Təşkilatının "son zəng" səfəri
 
Yaradıcı axtarışlara xüsusi önəm verən müəllim
 
"İngiltərədə olmaq hər bir ingilis dili müəllimi kimi mənim də çoxdankı arzum idi"
 
Qafqaz Universitetində beynəlxalq konfrans keçirilib
 
Qax məktəbinin "Ekologiya ili"nə töhfəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Təhsil ocağının 18 illiyi qeyd edildi
 
Həmyerlilərimiz Beynəlxalq Şahmat turnirində uğurla çıxış etmişlər
 
Dünya universitetləri: Berkli Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov