İyunun 5-də Azərbaycan Dillər Universitetinin
İnformasiya Resurs Kompleksinin Amerika
Mərkəzində "Amerikada təhsil al" adlı təhsil
yarmarkası keçirilib. Yarmarka ABŞ-ın
ölkəmizdəki səfirliyinin, ABŞ təhsilli
Azərbaycan Məzunları Assosiasiyası və Bakı
Təhsil Məlumat Mərkəzinin (BTMM) təşkilatçılığı
ilə baş tutub. Təhsil yarmarkasında ADU-nun
rektoru, millət vəkili, professor Səməd Seyidov,
millət vəkili Asim Mollazadə və ABŞ-ın
Azərbaycandakı səfirliyinin İctimaiyyətlə
əlaqələr şöbəsinin müdiri Terri Devidson iştirak
ediblər. Yarmarkada Amerika və Azərbaycan
universitetlərini bitirən məzunlar iştirak
ediblər. Məzunlar bakalavr, magistr və
aspirantura proqramları üzrə öz təcrübələrini
bölüşüblər.
ABŞ universitetlərini bitirən məzunlar təhsil
yarmarkasına gələn qonaqlara ABŞ-da təhsil
imkanları barədə ətraflı məlumat veriblər.
Təhsil yarmarkasında ABŞ-da təhsil almaq istəyən
gənclər müxtəlif universitetlərin fəaliyyətini
əks etdirən buklet və materiallarla tanış
olublar. Qeyd edək ki, sərgidə ABŞ-ın 30-a
yaxın universiteti, o cümlədən Prinston, Con
Hopkins, Çikaqo, Denver, Corc Vaşinqton və
Arkanzas universitetləri təmsil olunub.
Şakir CƏFƏROV |