(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli oxucular, bu məqalədə ölkəmizin
ümumtəhsil məktəblərində yeni maliyyələşmə
mexanizminin tətbiqi və məktəb şəbəkəsinin
rasionallaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər barədə fikirlərimi sizinlə
bölüşmək istəyirəm.
Yeni maliyyələşdirmə mexanizminin tətbiqi.
Aparılmış təhlillər göstərir ki, dünyanın
inkişaf etmiş ölkələrində təhsil müəssisələrinin
maliyyələşdirilməsi daim diqqət mərkəzində olmuş,
dövlət tərəfindən ayrılan vəsaitlərdən daha
səmərəli istifadə yolları axtarılmışdır. Eyni
zamanda təhsilə yönəldilən vəsaitlərin
keyfiyyətlə bilavasitə bağlılığı və onun
yüksəldilməsinə təsirləri də daim iqtisadi
tədqiqatların mövzusu olmuşdur.
Tədqiqatlara əsasən, adambaşına maliyyələşmə
ideyası ilk dəfə ötən əsrin 50-ci illərində
Amerika alimi Milton Fridmen tərəfindən irəli
sürülmüşdür. Bu ideya 3 məqsəd daşımışdır:
1.Ümumi təhsil sistemində rəqabət mühitinin
yaradılması, məktəblərdə inkişaf proseslərinin
və innovasiyaların stimullaşdırılması.
2.Məktəbin müstəqilliyinin artırılması.
3.Məktəbə ayrılmış büdcə vəsaitlərindən
istifadənin səmərəliliyinin artırılması.
Sonradan dünyanın əksər ölkələri məktəblərdə
adambaşına maliyyələşmə mexanizminin tətbiqi
istiqamətində tədbirlər həyata keçirmişlər. Belə
ki, Kanadada 1980-ci illərin ortalarından, Böyük
Britaniya və İsveçdə 1988-ci ildən, ABŞ,
Avstraliya, Niderland, Yeni Zelandiya və
Bolqarıstanda 1990-cı ildən, Finlandiyada
1993-cü ildən, Polşada 1994-cü ildən,
İslandiyada 1995-ci ildən, Litvada 2002-ci ildən,
Gürcüstanda 2005-ci ildən ümumi təhsil
sistemində adambaşına maliyyələşmə (vauçer)
mexanizminə keçirilmişdir. Hazırda dünyanın
demək olar ki, bütün inkişaf etmiş ölkələrində
bu sistem tətbiq edilməkdədir. 2005-ci ildən
Rusiya Federasiyasında Dünya Bankının layihəsi
çərçivəsində bir neçə vilayətdə, Tacikistanda 5
rayonda yeni maliyyə mexanizminin tətbiqinə
başlanmışdır.
Azərbaycanda Dünya Bankının maliyyə dəstəyi ilə
həyata keçirilən Təhsil Sektorunun İnkişafı üzrə
Layihə (2003-2008-ci illər) çərçivəsində ümumi
təhsil sistemində maliyyə islahatlarına 2003-cü
ildən başlanmışdır. İslahatların məqsədi məktəb
büdcəsinin şagirdbaşına maliyyələşdirmə prinsipi
əsasında formalaşması mexanizminin tətbiqi və bu
prinsip əsasında məktəbə ayrılmış büdcə
vəsaitlərinin idarə olunmasında məktəblərə
müstəqilliyin verilməsindən ibarət olmuşdur.
İlkin mərhələdə islahatlara hazırlıq və
beynəlxalq təcrübənin öyrənilməsi nəzərdə
tutulmuşdur. Bu məqsədlə büdcə islahatlarına
hazırlıq üzrə müvafiq işlərin görülməsi ilə
bağlı Təhsil və Maliyyə nazirliklərinin
nümayəndələrindən ibarət işçi qrupu
yaradılmışdır. İslahatların həyata keçirilməsinə
texniki yardım göstərmək üçün beynəlxalq və
milli məsləhətçilər seçilib işə cəlb olunmuşlar.
Məktəblərə maliyyə müstəqilliyinin verilməsi
məqsədilə Maliyyə Nazirliyi ilə əldə edilən
razılaşmaya uyğun olaraq, 2005-ci ildən etibarən
3 pilot rayonunda 59 məktəbə (Ucar rayonunda 20,
Şirvan şəhərində 14, İsmayıllı rayonunda 25)
ayrıca xəzinə-hesab kitabları açılmış və
məktəblərə mühasib ştatları verilmişdir. Pilot
məktəblərinə Şirvan şəhəri üzrə 14 mühasib ştatı
(7 vahid təhsil şöbəsinin mərkəzləşdirilmiş
mühasibatlığının ştatları hesabına, 7 vahid
əlavə), İsmayıllı rayonu üzrə 25 mühasib ştatı
(3 vahid təhsil şöbəsinin mərkəzləşdirilmiş
mühasibatlığının ştatları hesabına, 22 vahid
əlavə) və Ucar rayonu üzrə 20 mühasib ştatı (4
vahid təhsil şöbəsinin mərkəzləşdirilmiş
mühasibatlığının ştatları hesabına, 16 vahid
əlavə) ayrılmışdır.
Beynəlxalq təcrübə ilə tanışlıq məqsədilə Təhsil
və Maliyyə nazirliklərinin əməkdaşlarından
ibarət nümayəndə heyəti İngiltərədə tədris
səfərində olmuş və məktəblərin
maliyyələşdirilməsi, məktəb büdcələrinin
adambaşına maliyyələşdirmə prinsipi əsasında
tərtibi və adambaşına maliyyələşdirmə
mexanizmlərinin tətbiqi ilə əyani şəkildə tanış
olmuşlar.
Yeni maliyyələşmə mexanizminin tətbiqinə
başlanmazdan əvvəl Təhsil Nazirliyi beynəlxalq
ekspertlərlə birlikdə ciddi araşdırmalar aparmış,
adambaşına maliyyələşmə düsturunu müəyyən etmiş,
Maliyyə Nazirliyi ilə çoxsaylı müzakirələr
aparılmış və 2007-ci ildən eksperimentə
başlanmışdır. Düsturda büdcənin tərtibi zamanı
şagirdlərin sayı, məktəbin hər sinifdə həftəlik
tədris yükü (stavka) norması, illik orta
əməkhaqqı xərci, fərdi təhsil alan şagirdlərin
sayı və fərdi təhsil üzrə tədris yükü (stavka)
norması, qeyri-pedaqoji işçilər üçün
şagirdbaşına illik xərc norması, qeyri-əməkhaqqı
xərc maddələri üzrə şagirdbaşına illik xərc
normalarının cəmi, sabit məbləğ (şagirdbaşına
xərc normalarına daxil edilməyən xərclər)
parametrləri nəzərə alınmışdır.
Pilot rayonlarının maliyyə müstəqilliyi verilmiş
ümumtəhsil məktəbləri üçün məktəb şurası
haqqında Əsasnamə hazırlanmış və nazirliyin
müvafiq əmri ilə təsdiq olunmuşdur. Məktəb
şuralarının işi gücləndirilmiş, məktəb
büdcəsinin formalaşması, idarəolunması və
məktəbin maliyyə vəsaitinin xərclənməsində
şuraların rolu artırılmışdır. Əsasnamə ilə
Məktəb Şurasının idarəetmə proseslərində fəal
iştirakına şərait yaradılmış, Məktəb Şurası
qərarların qəbul edilməsində həlledici səs
hüququ qazanmışdır.
Aparılan işlərin nəticəsi olaraq pilot
rayonlarının maliyyə müstəqilliyi verilmiş 59
ümumtəhsil məktəbinin maliyyələşdirilməsinin
şagirdbaşına maliyyələşdirmə prinsipi əsasında
həyata keçirilməsi ilə bağlı Azərbaycan
Respublikası Nazirlər Kabinetinin "Təhsil
Sektorunun İnkişafı Layihəsinin Maliyyələşdirmə
və büdcə islahatları alt komponentinin icrası
haqqında" 22 fevral 2007-ci il tarixli 36
nömrəli qərarı verilmişdir.
Qərarın icrası ilə bağlı pilot rayonların
maliyyə müstəqilliyi verilmiş ümumtəhsil
məktəblərinin direktorları, məktəblərin baş
mühasibləri, məktəb şuralarının sədrləri və
üzvləri, rayon (şəhər) təhsil şöbələrinin
əməkdaşları üçün Şirvan şəhərində, İsmayıllı və
Ucar rayonlarında məktəb büdcəsinin şagirdbaşına
maliyyələşdirmə prinsipi əsasında hazırlanması,
məktəbin maliyyəsinin idarəedilməsində məktəb
şuralarının rolu, məktəbin xərclər smetasının
hazırlanması, məktəb büdcəsinin məktəbin
strateji planı ilə əlaqələndirilməsi və məktəb
şurası tərəfindən məktəbin büdcəsinin təhlil
edilməsi və qiymətləndirilməsi mövzularında
seminarlar keçirilmişdir.
Nazirlər Kabinetinin qərarına uyğun olaraq pilot
rayonlarının maliyyə müstəqilliyi verilmiş 59
ümumtəhsil məktəbinin 2007 və 2008-ci il üçün
büdcələri şagirdbaşına maliyyələşdirmə prinsipi
əsasında hazırlanmışdır.
Düstur tətbiq edilməklə və mövcud qaydada
maliyyələşmə arasında fərqi əyani şəkildə
göstərmək üçün konkret məktəblərin timsalında
nümunəyə diqqət yetirək.
|
Təsnifat |
2006-cı ilin mövcud smetası |
2006-cı
il
üçün
məktəbə
düsturla
ayrılmış
büdcənin
maliyyə
müstəqilliyi
şəraitində
tərtibi
(şagird sayı 1474 nəfər) |
211100 |
Ştatda olan işçilərin əməkhaqqı |
173000 |
173000 |
211400 |
Əməyin
ödənişi
üzrə
nəzərdə
tutulan
artım |
|
|
212100 |
Dövlət Sosial Müdafiə Fonduna
ayrılmalar |
39226 |
39226 |
221100 |
Dəftərxana və təsərrüfat
xərcləri |
700 |
4500 |
221200 |
Mətbəə xərcləri |
|
3000 |
221310 |
İdarənin digər xərcləri |
|
3000 |
221320 |
Cari təmir |
|
7000 |
222000 |
Ezamiyyə xərcləri |
600 |
|
222110 |
Ölkədaxili ezamiyyə: gündəlik
yemək xərci |
|
1200 |
222120 |
Ölkədaxili ezamiyyə: mehmanxana
(mənzil) və yol xərcləri |
|
2200 |
222210 |
Xarici ezamiyyə: gündəlik yemək
xərci |
|
1500 |
222220 |
Xarici ezamiyyə: mehmanxana (mənzil)
və yol xərcləri |
|
3500 |
223100 |
Yanacaq və sürtkü
materiallarının alınması |
|
|
223200 |
Digər nəqliyyat xidmətləri |
|
2000 |
224100 |
Elektrik enerjisi haqqının
ödənilməsi |
1500 |
3000 |
224200 |
Qaz haqqının ödənilməsi |
900 |
300 |
224300 |
Su haqqının ödənilməsi |
900 |
3500 |
224400 |
İstilik enerjisi (yanacaq)
haqqının ödənilməsi |
1400 |
500 |
224500 |
Kanalizasiya xidmətləri haqqının
ödənilməsi |
350 |
1850 |
224600 |
Digər kommunal xidmətləri
haqqının ödənilməsi |
200 |
500 |
224700 |
Kommunal və kommunikasiya
xidmətləri ilə bağlı digər
xərclər |
|
|
224810 |
Ölkədaxili telefon danışıq
haqlarının ödənilməsi |
90 |
300 |
224820 |
Beynəlxalq telefon danışıq
haqlarının ödənilməsi |
|
200 |
224910 |
Poçt xidmətlərinin ödənilməsi |
|
300 |
224920 |
İnternet xidmət haqqının
ödənilməsi |
|
400 |
225200 |
Yumşaq inventar, yataq
ləvazimatları və xüsusi
geyimlərin alınması |
300 |
2750 |
225300 |
Ərzaq məhsullarının alınması |
|
|
225411 |
İnventarın alınması |
3500 |
7000 |
225412 |
Avadanlığın alınması |
|
8000 |
225413 |
Digər alışlar və xidmətlər |
|
|
271100 |
Təqaüdlər |
100 |
0 |
274300 |
İş qabiliyyətini müvəqqəti
itirməyə görə müavinətlər |
300 |
0 |
274830 |
Digər müavinətlər və transferlər |
650 |
0 |
282100 |
Sair xərclər |
2000 |
6000 |
282230 |
Sosial-mədəni və məişət
təyinatlı obyektlərin əsaslı
təmiri |
|
|
282300 |
Bank xərcləri |
350 |
472 |
311210 |
Nəqliyyat vasitələri |
|
|
Cəmi: |
226066 |
275198 |
|
|
Cədvəldən göründüyü kimi, bu məktəbin 2006-cı il
büdcəsi 226066 manat, yəni şagirdbaşına 153.37
manat təşkil etmişdir. Məktəbin büdcəsi düsturla
hesablanmaqla isə bu məbləğ 2007-ci ildə 275198
manat, yəni şagirdbaşına 186.70 manat təşkil
etmişdir. Beləliklə, düsturun tətbiqi məktəbə
adekvat vəsaitin verilməsinə şərait yaratmaqla
təhsilin keyfiyyətinin yüksəldilməsi üçün əlavə
imkanlar yaradır.
Təhlil göstərmişdir ki, maliyyə müstəqilliyi
şəraitində bu məktəb bəzi maddələrdən əldə
olunan qənaəti və düsturun əlavə etdiyi vəsaiti
aşağıdakı qaydada daha səmərəli xərcləyə bilir.
* 2006-cı ildə məktəbin mövcud smetasında
dəftərxana və təsərrüfat xərcləri üçün 700 manat
vəsait nəzərdə tutulmuşdur. Həmin vəsaitin
məktəbin ehtiyaclarını ödəmək üçün az olduğu
nəzərə alınaraq, 2007-ci ildə dəftərxana və
mətbəə xərcləri məqsədilə 7500 (4500+3000) manat
vəsait ayrılması nəzərdə tutulmuşdur. Belə ki,
həmin vəsaitin müxtəlif tədbirlərin
keçirilməsinə, monitorinqlərin aparılmasına,
materialların çap edilməsinə, əyani vəsaitlər və
didaktik materialların alınmasına yönəldilməsi
nəzərdə tutulmuşdur.
* 2006-cı ildə bütün ezamiyyə xərcləri üçün
ayrılmış 600 manat əvəzinə 2007-ci ildə
tələbatın 8400 manat olduğu
müəyyənləşdirilmişdir. Bu vəsait məktəblərarası,
ölkədaxili və ölkələrarası əməkdaşlığı təmin
etmək, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə
ezamiyyələrin təşkilinə imkan verir.
* İKT proqramına müvafiq olaraq məktəbdə 2
kompüter sinfinin yaradılması ilə bağlı elektrik
enerjisinə tələbatın xeyli artması ehtimalını
nəzərə alaraq, məktəbin smetasında 2006-cı il
üçün nəzərdə tutulan 1500 manat əvəzinə 2007-ci
ildə tələbat 3000 manat müəyyənləşdirilmişdir.
* Məktəbə qaz haqqının ödənilməsi üçün 2006-cı
ilin smetasında 900 manat, istilik sistemi
xərclərini ödəmək üçün 1400 manat ayrılmışdır.
Araşdırma göstərmişdir ki, məktəbin istilik
sisteminin normal işləməsi üçün həmin vəsait
kifayət etmir. Lakin 2006-cı ildə məktəbə
ümumiyyətlə qaz verilmədiyi üçün həmin vəsaitdən
istifadə edilməmişdir. Həmin ildə məktəbin
səlahiyyəti olsaydı, bu vəsaiti digər məqsədlər
üçün səmərəli istifadə edərdi.
* Məktəbin 2006-cı il smetasında su haqqının
ödənilməsi üçün ayrılmış 900 manat məktəbin
tələbatını ödəmir. Məktəbin ehtiyaclarının real
ödənilməsi üçün 2007-ci ildə bu vəsait 3500
manat hesablanmışdır.
* Telefon xərclərini ödəmək üçün 2006-cı il
smetasında məktəbə 90 manat vəsait ayrılmışdır.
Bu vəsait məktəbin 2 telefon nömrəsinin abunə
haqqının ödənilməsi üçün ancaq çatır. Halbuki
normal fəaliyyət üçün şəhərlərarası danışıq
xərclərinə, İnternet xidmətlərinin ödənilməsinə
ciddi ehtiyac var. Bununla əlaqədar 2007-ci ildə
ölkədaxili telefon danışıqları üçün 300,
beynəlxalq danışıqlar üçün 200, İnternet
xidmətləri üçün 400 manat nəzərdə tutulmuşdur.
* 2006-cı ilin smetasında bərk inventar və
avadanlıq üçün 3500 manat ayrılmışdır. Məktəbdə
laboratoriya və digər avadanlıqlara,
kitabxananın zənginləşdirilməsinə böyük ehtiyac
olduğu üçün 2007-ci ildə müvafiq maddələrdə
15000 manat vəsait nəzərdə tutulmuşdur. Bu
dəyişikliklər məktəbdə əlverişli təlim mühitinin
formalaşmasına şərait yaradır, məktəbin kənar
müdaxilələrdən asılılığını azaldır, neqativ
hallara son qoyur.
Onu da qeyd etmək lazımdır ki, mövcud
maliyyələşmə sistemində ümumtəhsil məktəblərinə
ayrılan büdcənin 20 faizi istifadə edilməmiş
qalır və ilin sonunda büdcəyə silinir. Yeni
maliyyələşmə mexanizminə əsasən isə nəzərdə
tutulmuş büdcə real ehtiyaclara əsaslandığına
görə tam xərclənir.
Qeyd edilənlərdən aydın olur ki, mövcud
maliyyələşdirilmədən fərqli olaraq adambaşına
maliyyələşdirmə bir sıra üstünlüklərə malikdir:
* məktəblərin maliyyələşməsi sahəsində
subyektivlik halları aradan qaldırılır. Belə ki,
hazırda məktəblərin maliyyələşməsi ötən ilin
büdcəsinə istinadən aparılır. Yeni sistemdə isə
maliyyələşmə mövcud imkanlar çərçivəsində
məktəbin ehtiyaclarının daha real nəzərə
alınmasına imkan verən vahid düstur əsasında
müəyyənləşdirilir;
* büdcənin tərtibində məktəb rəhbərliyinin
iştirakı təmin edilir. Nəzərdə tutulan maliyyə
vəsaitinin məktəblərin ehtiyaclarına daha
səmərəli yönəldilməsi imkanı yaranır. Belə ki,
təhsilin keyfiyyətinə bilavasitə təsir edən
müəllimlərin ixtisasartırmasının daha səmərəli
təşkilinə, onların xaricdə treninq və
seminarlara cəlbinə, təlim materiallarının
alınması, innovasiyaların tətbiqi və digər
inkişafetdirici tədbirlərə vəsaitin yönəldilməsi
mümkün olur;
* büdcə vəsaitindən səmərəli istifadə mümkün
olur. Belə ki, zərurət yarandığı hallarda hər
hansı bir xərc maddəsi üzrə istifadə edilməyən
vəsaitin digər ehtiyaclara yönəldilməsi üçün
məktəbə səlahiyyət verilir;
* yeni maliyyələşmə mexanizminin tətbiqinin
sonrakı mərhələsində maliyyənin (vauçerin)
təhsilalanla birlikdə hərəkəti məktəblər
arasında güclü rəqabət mühiti yaradır ki, bu da
nəticədə keyfiyyətin yüksəldilməsinə gətirib
çıxarır;
* büdcədənkənar vəsaitlərin məktəbə cəlbinə və
şəffaf istifadə edilməsinə şərait yaradılır.
Belə ki, məktəbin xəzinə hesabı olduğu üçün,
büdcədənkənar vəsaitlər üçün də xəzinədə hesab
açmaq imkanı əldə edir.
Məsələnin vacibliyi nəzərə alınaraq, 2007-ci
ilin dekabrında yeni maliyyələşmə mexanizminin
tətbiqi vəziyyətinin monitorinqi aparılmış və
nazirliyin kollegiya iclasında müzakirə
edilmişdir. Müəyyən edilmişdir ki, eksperimentin
uğurla aparılmasına bir sıra amillər, o cümlədən
qanunvericilik bazasının təkmil olmaması,
məktəblərə kifayət qədər müstəqilliyin
verilməməsi mane olur. Monitorinq onu da
göstərmişdir ki, yeni maliyyələşmə mexanizminin
tətbiq edildiyi məktəblərdə büdcə düsturla
hesablansa da, zəruri ehtiyac nəzərə alınaraq və
qənaət hesabına vəsaitin bir maddədən digərinə
keçirilməsinə imkan yaradılmadı. Baxmayaraq ki,
Nazirlər Kabinetinin qərarı ilə ayrılmış büdcə
vəsaitinin iqtisadi təsnifatın xərc
yarımmaddələri arasında bölüşdürülməsi və il
ərzində zərurət yarandığı, həmçinin ilin sonunda
qənaət olunduğu hallarda xərc yarımmaddələri
arasında müvafiq yerdəyişmələrin aparılması
səlahiyyəti pilot rayonlarının maliyyə
müstəqilliyi verilmiş ümumtəhsil məktəblərinə
verilmişdi.
Eyni zamanda yeni maliyyələşmə mexanizminə keçid
zamanı müşahidə olunan problemlərin həlli
yollarının müəyyənləşdirilməsi məqsədilə Təhsil
Nazirliyi, YUNESKO-nun Təhsilin Planlaşdırılması
İnstitutu və Müasir Təhsil və Tədrisə Yardım
Mərkəzi tərəfindən 2008-ci ilin iyun ayında "Məktəblərin
maliyyə formulası: ehtiyaclara görə maliyyələşmə,
ədalətlilik, şəffaflıq və cavabdehlik"
mövzusunda yay məktəbi təşkil edildi. Məqsəd QHT,
media və təhsil ictimaiyyəti cəlb edilməklə yeni
maliyyələşmə mexanizmi barədə maarifləndirmə
kampaniyasının aparılması, maliyyə islahatları
istiqamətində problemlərin araşdırılması üçün
maraqlı tərəflər arasında dialoqun qurulması, bu
sahədə beynəlxalq təcrübənin müzakirəsi idi.
Yay məktəbinin təşkili prosesində yeni
maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar
səciyyəvi problemlər aşkar edildi. Araşdırmalar
göstərdi ki, idarəetmə sahəsində problemlər
məktəb şuralarının kifayət qədər fəal olmaması,
mühasibat işlərinin lazımi səviyyədə təşkil
edilməməsi, direktorların yeni məsuliyyətə
alışmaması, məktəblərin idarə edilməsinə yersiz
müdaxilələr və onların müstəqilliyinin süni
surətdə məhdudlaşdırılmasından ibarət idi.
Düsturun tətbiqi ilə əlaqədar yaranan problemlər,
əsasən, həvəsləndirmənin nəzərə alınmaması, bir
sıra hallarda məktəb büdcəsinin azaldılmasına
gətirib çıxarması, inklüzivliyin gözlənilməməsi
və sair amillərlə bağlı idi.
Hüquqi problemlər isə pilot məktəblərinin
maliyyə müstəqilliyi ilə bağlı qərarla büdcə
qanunu arasında ziddiyyətin olması ilə müşayiət
olunurdu.
Təhsil Nazirliyi sadalanan və digər maneələrin
aradan qaldırılması məqsədilə Təhsil Sektorunun
İnkişafı üzrə İkinci Layihə (2009-2014)
çərçivəsində yerinə yetiriləcək əsas
vəzifələrdən biri kimi başlanmış maliyyə
islahatlarının qiymətləndirilməsi və hökumətə
tövsiyələrin hazırlanmasını müəyyənləşdirmişdir.
Ölkənin bütün təhsil müəssisələrində dünyanın
inkişaf etmiş ölkələrində çoxdan tətbiq edilən
təhsilə ayrılan maliyyə resurslarından daha
səmərəli istifadəyə və bilavasitə təhsilin
keyfiyyətinin yüksəldilməsinə xidmət edən
adambaşına maliyyələşmə (vauçer sisteminə) keçid
mühüm vəzifə kimi qarşıda durur.
Onu da qeyd etmək lazımdır ki, ümumi təhsil
sahəsində adambaşına maliyyələşməyə keçid
prosesi bir sıra ciddi çətinliklərlə müşayiət
olunsa da, ali təhsil müəssisələrində yeni
maliyyələşmə mexanizminin tətbiqi istiqamətində
əhəmiyyətli addım atıldı. Azərbaycan
Respublikası Prezidentinin 10.02.2010-cu il
tarixli "Ali təhsil müəssisələrində yeni
maliyyələşmə mexanizminin tətbiqi barədə"
Fərmanı ilə 2010-2011-ci tədris ilindən
başlayaraq Azərbaycan Respublikası ərazisində
fəaliyyət göstərən ali təhsil müəssisələrində
dövlət büdcəsinin vəsaiti hesabına
maliyyələşdirmənin dövlət sifarişi hesabına
həyata keçirilməsi, dövlət büdcəsinin vəsaiti
hesabına dövlət sifarişi ilə ali təhsil
müəssisələrində kadr hazırlığının adambaşına
maliyyələşdirmə prinsipinin tətbiqi əsasında
aparılması nəzərdə tutuldu.
Eyni zamanda 2005-2007-ci illərdə Ucar,
İsmayıllı rayonları və Şirvan şəhərinin pilot
məktəblərində "Məktəb qrantı proqramı" həyata
keçirilmişdir. Proqramın məqsədi məktəblərə
əlavə maliyyə vəsaiti verməklə onlarda
innovasiyaların tətbiqi istiqamətində maliyyənin
idarə edilməsi üçün lazımi bacarıqların
formalaşdırılması olmuşdur. Proqram üç mərhələdə
həyata keçirilmiş və hər biri 5000 ABŞ dolları
olmaqla ümumilikdə 865 min ABŞ dolları həcmində
173 qrant layihəsi həyata keçirilmişdir. Maliyyə
müstəqilliyi verilmiş 59 məktəbin hamısı qrant
proqramı müsabiqəsində uğur qazanmış və qrant
vəsaitlərini özləri idarə etmişlər.
Məktəb şəbəkəsinin rasionallaşdırılması.
Təhsil Sektorunun İnkişafı Layihəsi
(2003-2008-ci illər) çərçivəsində məktəb
şəbəkəsinin rasionallaşdırılmasına 2005-ci ildən
3 pilot rayonunda başlanmışdır. Bununla əlaqədar
beynəlxalq məsləhətçi şirkətinin və milli
məsləhətçilərin dəstəyi ilə hər bir pilot rayonu
üçün rasionallaşdırma planları hazırlanmış və
təsdiq olunmuşdur. Rasionallaşdırma planları
həmin rayonlarda aparılmış təhlillərə,
monitorinq və qiymətləndirmələrə əsaslanaraq
kiçik və səmərəsiz məktəblərin bağlanmasını,
bağlanacaq məktəblərin şagirdlərinin digər böyük
məktəblərə avtobuslarla daşınmasını, təmirə
ehtiyacı olan məktəblərin təmirini, bir sıra
kadr resurslarının ixtisarı nəticəsində şagird -
müəllim nisbətinin yüksəldilməsini və nəticədə
məktəb şəbəkəsinin səmərələşdirilməsini əhatə
etmişdir.
Lakin qeyd olunan bu planlar bir sıra obyektiv
səbəblərə görə tam şəkildə deyil, məhdud şəkildə
həyata keçirilmişdir. Bunun əsas səbəblərindən
biri isə bağlanacaq kiçik məktəblərin
şagirdlərinin digər böyük məktəblərə daşınması
üçün nəqliyyat vasitələrinin (avtobusların)
alınmasının qeyri-mümkünlüyü, yol
infrastrukturunun əlverişsizliyi ilə bağlı
olmuşdur.
Lakin təhlillər göstərir ki, nəinki pilot
rayonlarında, ümumilikdə ölkə ərazisində məktəb
şəbəkəsinin rasionallaşdırılmasına ciddi ehtiyac
vardır. Belə ki, hazırda Azərbaycanda 1300-dən
çox məktəbin, bütövlükdə məktəblərin 30,6
faizinin şagird kontingentinin sayı 100 nəfərdən
azdır. Aşağıdakı cədvəldə şagird kontingenti az
olan məktəblər haqqında məlumat verilmişdir.
|
Şagirdlərin sayı |
İbtidai |
Ümumi orta |
Tam orta |
Cəmi |
30 nəfərədək |
314 |
86 |
22 |
422 |
50 nəfərədək |
41 |
156 |
92 |
289 |
100 nəfərədək |
10 |
326 |
337 |
673 |
Cəmi: |
365 |
568 |
451 |
1384 |
|
|
Şagirdlərin sayı az olan həmin məktəblərlə bağlı
rasionallaşdırma planının hazırlanması və həyata
keçirilməsi zəruri məsələlərdəndir. Ümumiyyətlə,
məktəb şəbəkəsinin rasionallaşdırılması
istiqamətində qarşıda duran əsas vəzifələrdən
biri Təhsil Sektorunun İnkişafı üzrə İkinci
Layihə çərçivəsində Dövlət Proqramının
hazırlanması və həyata keçirilməsidir. Bununla
əlaqədar İqtisadi İnkişaf və Maliyyə
nazirlikləri ilə hazırda müzakirələr aparılır.
Eksperiment kimi rasionallaşdırma planının bir
rayonda həyata keçirilməsi barədə razılığa
gəlinmişdir.
Bununla yanaşı, 3 pilot rayonda rasionallaşdırma
planlarına əsasən aşağıdakı tədbirlər həyata
keçirilmişdir:
-məktəblərdə əlavə paralel siniflərin açılmasına
dair sinifdə şagirdlərin sayının minimum həddi
müəyyən edilmişdir;
-pensiya yaşına çatmış müəllimlərin fəaliyyəti
öyrənilmiş və vəzifə funksiyalarını yerinə
yetirə bilməyən müəllimlərin pensiyaya
göndərilməsi məsələləri həll edilmişdir;
-məktəblərdə fəaliyyət göstərən orta təhsilli
müəllimlər işdən azad edilmişdir;
-iş stajı az olan qeyri-pedaqoji təhsilli
müəllimlərin tədricən müvafiq yenidənhazırlanma
kurslarına yönəldilməsi (treninqlərin
keçirilməsi) məsələləri həll edilmişdir;
-məktəblərdə müəllimlərin, xüsusilə ibtidai
sinif müəllimlərinin sayının dərs yükünə (siniflərin
sayına) müvafiq qaydada tənzimlənməsi sahəsində
tədbirlər görülmüşdür;
-məktəblərə zərurət olmadan yeni müəllimlərin
işə qəbulu dayandırılmışdır;
-müəllimlərin minimum dərs yükünün 12 saat (1
stavka) müəyyənləşdirilməsi məsələsi həll
edilmişdir.
Qeyd olunan tədbirlər nəticəsində pilot
rayonların ümumtəhsil məktəblərində
müəllim-şagird nisbəti ümumilikdə 11-ə
çatdırılmışdır. Bundan əlavə, rasionallaşdırma
planlarına əsasən 3 rayon üzrə seçilmiş 41
məktəb əsaslı təmir olunmuş, müvafiq mebel və
İKT avadanlıqları ilə təchiz edilmişdir.
Rasionallaşdırma planı çərçivəsində məktəb
binaları üçün münasib və sərfəli inşaat və
məktəb mebeli standartlarının hazırlanması üzrə
tədbirlər həyata keçirilmiş, seçilmiş 8 milli
məsləhətçi və bu sahədə beynəlxalq məsləhətçi
şirkəti kimi fəaliyyət göstərən "Fieldinq Nair
İnternational" şirkətinin təsisçisi Randall
Fieldinqin təklif və tövsiyələrinə, aparılmış
müzakirələrə, müvafiq əsaslandırmalara əsasən "Azərbaycan
Respublikasında yeni tipli müasir məktəb
binalarının layihələşdirilməsinə dair təlimati
sənəd" hazırlanmış, layihə institutlarında,
Təhsil Problemləri İnstitutunun Kurikulum
Mərkəzində, nazirliyin Əsaslı Tikinti İdarəsində
baxılmış, verilmiş rəylər əsasında təlimatda
müvafiq əlavələr və dəyişikliklər edilmişdir.
Qeyd olunan sənədin hökumət tərəfindən təsdiq
olunması nəzərdə tutulur.
(Ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru, professor |