Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

11 İyun 2010 - ¹22

 

"İngiltərədə olmaq hər bir ingilis dili müəllimi kimi mənim də çoxdankı arzum idi"

Bookmark and Share

Təqdimat: Gülşən Səmədova respublikamızın ən fəal ingilis dili müəllimlərindəndir. 1988-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirib. 2005-ci ildə TEA Proqramı ilə Amerika Birləşmiş Ştatlarında  təcrübə mübadiləsi keçib. Azərbaycan İngilis Dili Müəllimləri Assosiasiyasının üzvüdür. 2006-2008-ci illərdə Britaniya Şurasının xətti ilə Bolqarıstan və Rumıniyada Gənc Müəllimlər Layihəsi üzrə təlimlərdə iştirak edib. 2008-ci ildən XXI əsr ümumtəhsil mərkəzində çalışan Gülşən müəllim maraqlı layihələri və yaradıcı fəaliyyəti ilə seçilir. 2008-2009-cu tədris ilində ölkə Prezidentinin Sərəncamı ilə keçirilən  "Ən yaxşı müəllim" müsabiqəsində qalib olmuşdur.  O, Təhsil Nazirliyinin dəstəyi ilə Britaniya Şurasının həyata keçirdiyi online ETTO layihəsi üzrə Türkiyənin İstanbul şəhərində təlim kursları keçib və hazırda həmin layihənin moderatorudur. G.Səmədova ümumtəhsil məktəblərinin 2-ci sinfi üçün kurikulum əsasında  tərtib edilmiş ingilis dili dərsliyinin müəlliflərindən biri, İctimai televiziyanın "Adan Z-ə kimi" ingilis dilini öyrənənlər və öyrədənlər üçün proqramının aparıcılarındandır.

Bu il aprelin 7-11-i tarixlərində Gülşən Səmədova Böyük Britaniyanın Harrogate şəhərində keçirilən İATEFL (Beynəlxalg İngilis Dili Müəllimləri Assosiasiyası) konfransının iştirakçısı olmuş "Qrammatikanın öyrədilməsində oyunlardan istifadə" mövzusunda çıxış etmişdir. Aşağıda G.Səmədova səfər təəssüratlarını oxucularla bölüşür.

- İngiltərədə olmaq, İATEFL kimi möhtəşəm bir təşkilatın konfransında iştirak etmək bir ingilis dili  mütəxəssisi kimi mənim çoxdankı arzum idi. Təbii ki, bu arzuma çatmaq üçün hər bir imkandan istifadə etməyə çalışırdım. Ona görə də konfrans haqqında məlumat alan kimi onda iştirak etmək üçün mövzumun xülasəsini hazırlayıb göndərdim. Xoşbəxtlikdən mövzum qəbul edildi. Beləliklə, dünya çapında tanınmış ingilis dili mütəxəssislərini dinləmək və onlarla fikir mübadiləsi aparmaq üçün İngiltərənin özəlliyini qoruyub saxlamış nadir guşələrindən biri olan Harrogate şəhərinə getdim. Harrogate dünyanın məşhur spa mərkəzlərindən biridir. Burada 88 adda mineral su müalicə məgsədi ilə istifadə olunur. Bu şəhərin tarixi Bronte bacılarının, Aqata Kristinin və sair məşhurların adı ilə bağlıdır və illər boyunca mədəni mərkəz kimi tanınır.

İATEFL-in 44-cü konfransına dünyanin 150-dən çox ölkəsindən 5000-dən çox iştirakçı gəlmişdi. Möhtəşəm Exhibition mərkəzində keçirilən konfrans dünyaya İnternet vasitəsilə online yayımlanırdı. Bu da 15000-dən çox insana konfransın işini bilavasitə canlı izləməyə imkan yaradırdı. Dördgünlük konfransın proqramında 300-dən artıq mövzuda çıxışlar yer almışdır. Konfransın plenar iclasında tanınmış mütəxəssislər Tessa Uiduord (Tessa Woodward), Ema Uşioda  Kieran Egan və Jan Blakenin çıxışları oldu. Bütün ingilis dili müəllimlərinə yaxşı tanış olan tədris materiallarının müəllifləri Penny Ur,  David Chrystal da konfransda maraqlı çıxışlar etdilər. Bu görkəmli alimlərin çıxışları məzmun baxımından çox zəngin olmaqla bərabər, həm də çox praktik mövzuları əhatə edirdi. Bu günün tələblərindən olan beynəlxalq test sistemləri və ingilis dilini tədris edən müəllimlərin ixtisasartırma və inkişaf yolu, ingilis dilinin ünsiyyət vasitəsi kimi tədrisinin effektiv yolları və sair bu kimi mövzular bütün iştirakçılar tərəfindən maraqla qarşılandı.

Konfransın ilk iş günü müxtəlif ölkələrin ingilis dili assosiasiyalarının təmsilçilərinin görüşu ilə yadda qaldı. Mən Azərbaycandan gedən yeganə nümayəndə kimi Assosiasiyalar günündə AzETA-nı təmsil edərək Gənc Müəllimlər (NQT) Xüsusi Maraq Qrupunun iş təcrübəsi haqda təqdimatla çıxış etdim. İştirakçıları maraqlandıran sualları cavablandırdım. Argentina, Estoniya, Litva, Pakistan, Meksikadan olan assosiasiya nümayəndələri bizim assosiasiyanın bu sahədəki təcrübəsi ilə yaxından maraqlanırdılar.

Konfransda ingilis dilinin tədrisinin müxtəlif sahələri ilə bağlı çoxlu sayda mövzularda təqdimatlar dinləndi. Mənim hazırladığım mövzu "Grammarinq" simpoziumunda təqdim edildi. Mən bu mövzunu işləyərkən müxtəlif layihələrdə qazandığım təcrübədən və Azərbaycan müəllimlərinin bu mövzuya münasibəti üzrə apardığım sorğu nəticələrindən istifadə etmiş, eləcə də ETTO layihəsinin beynəlxalq iştirakçılarının fikir mübadiləsindən irəli gələn nəticələri ümumiləşdirmişdim. Məruzəmdə ingilis dilinin qrammatikasını tədris edərkən oyunlardan istifadə zamanı öyrənənlərin qabiliyyətinə istinad etməyin effektivliyindən bəhs edilir və bu vasitədən istifadə edərkən müəllimlərin hansı kriteriyalara əsaslanmasının vacibliyi vurğulanırdı. Simpoziumda mənimlə bərabər Şotlandiyadan Sevim İnal,  İngiltərədən Ken Peterson,  Türkiyədən Birsen Tutuniş də aktual mövzularla çıxış etdilər. İştirakçılara fasilədə Vaqif Mustafazadənin "Düşüncələr"ini dinləmək imkanı yaratmaq mənə xüsusi zövq verdi və bu gözəl musiqiyə görə fəxarət hissi keçirdim.

Konfransin üçüncü günü "Harrogate Online" üçün müsahibə verdim. Müsahibə zamanı aparıcıları maraqlandıran Azərbaycan məktəbi və təhsil sistemi,  tədris zamanı istifadə edilən materiallar haqda sualları cavablandırdım. Canlı yayımlanan müsahibə zamanı mən professional inkişaf yolumdan bəhs edərək Təhsil Nazirliyinin dəstəyi ilə "British Council" tərəfindən həyata keçirilən layihələrin böyük rolunu qeyd etdim.

Konfransın mühüm əhəmiyyəti, ilk növbədə, müxtəlif ölkələrin ingilis dili tədrisi sahəsində topladığı müsbət təcrübənin yayılması, effektiv öyrətmə texnologiyaları haqda məlumat əldə edilməsi və ən başlıcası isə müxtəlif ölkələrdən olan həmkarlarla  yeni əlaqələr qurmaq imkanları əldə etmək idi. Böyük sevinc hissi ilə qeyd etmək istədiyim görüşlərdən biri də Sue Leather ilə oldu. Sue Leather NQT (Gənc Müəllimlər) layihəsinin bilavasitə müəllifidir. Layihə üçün ilk trenerlərin hazırlanmasında Sue Leather mühüm rol oynamışdır. Sue üçün bu layihənin Azərbaycanda uğurla davam etdiyini öyrənmək çox sevindirici oldu.

Konfransda həmçinin ingilis dilinin tədrisində istifadə olunan ədəbiyyatların nəşri ilə məşğul olan ən tanınmış nəşriyyatların  yeni nəşrlərini təqdim etmək üçün satış-sərgi təşkil edilmişdi.

İnsanda yaratmaq və daha kamil olmaq arzusu oyadan belə konfranslarda iştirak etmək həm şəxsi, həm də professional baxımdan əvəzsiz təcrübədir. Ölkəmizin təhsil sisteminin daim inkişafda olduğu bir zamanda dünya təcrübəsindən yararlanaraq təhsil sahəsində daha böyük irəliləyişə nail olmaq üçün müəllimlərin ixtisasartırmasına verilən diqqət təqdirəlayiqdir. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təhsil sahəsində gördüyü əməli işlərə biz müəllimlər də öz tərəfimizdən töhfə verərək ixtisas püxtələşməsinə xüsusi diqqət ayırmalı və dünya təhsil sistemindəki yeniliklərlə ayaqlaşmalıyıq. İnkişafa aparan ən qısa yol təhsil yoludur və bu yolun aparıcılarından olmaq hər bir Azərbaycan müəlliminin istəyi və amalına çevrilməlidir. 

Gülşən SƏMƏDOVA,
XXI əsr ümumtəhsil mərkəzinin ingilis dili müəllimi

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

11 İyun 2010 - ¹22

Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Nazirlər Kabineti 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib
 
Belarus Prezidenti Aleksandr Lukaşenko Bakı Slavyan Universitetində olub
 
Transparency Azerbaijan Təşkilatı Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinin fəaliyyətini yüksək qiymətləndirib
 
Beynəlxalq simpozium
 
Azərbaycan Dillər Universitetində təhsil yarmarkası
 
ATİAHİ-nin yaradılmasının 90 illik yubileyi qeyd olunub
 
Təhsil naziri Cənubi Koreya səfirini qəbul edib
 
Təlim kurslarını təşkil edəcək QHT-lərlə müqavilə imzalanıb
 
"Qlobal minillik prizi" beynəlxalq inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar 
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın ümumi təhsil sahəsində islahatlar
 
"Açıq qapı - İnstitut günü"
 
Tələbə Elmi Cəmiyyətinin XIV konfransı
 
"Yol hərəkəti qaydalarını öyrənirik"
 
O, güclü riyazi təfəkkürə və sönməz həyat eşqinə malik insan idi
 
Müəllimlər "Xalq kompüteri" layihəsi çərçivəsində 7 min 600-dən çox kompüter əldə ediblər
 
Professor Səməd Seyidov "Tələbələrin dostu" və "Onilliyin rektoru" mükafatına layiq görülüb
 
Ağstafada "Müasir texnologiyaların təhsildə tətbiqi" mövzusunda regional konfrans keçirilib
 
Şəbəkə" Xeyriyyə Təşkilatının "son zəng" səfəri
 
Yaradıcı axtarışlara xüsusi önəm verən müəllim
 
"İngiltərədə olmaq hər bir ingilis dili müəllimi kimi mənim də çoxdankı arzum idi"
 
Qafqaz Universitetində beynəlxalq konfrans keçirilib
 
Qax məktəbinin "Ekologiya ili"nə töhfəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Təhsil ocağının 18 illiyi qeyd edildi
 
Həmyerlilərimiz Beynəlxalq Şahmat turnirində uğurla çıxış etmişlər
 
Dünya universitetləri: Berkli Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov