Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

11 İyun 2010 - ¹22

 

Təlim kurslarını təşkil edəcək QHT-lərlə müqavilə imzalanıb

Bookmark and Share

İyunun 5-də Təhsil Nazirliyində 2010-2011-ci dərs ilində 1-ci siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarını təşkil edəcək 4 qeyri-hökumət təşkilatı ilə Təhsil Nazirliyi arasında müqavilələr imzalanıb. Təhsil naziri Misir Mərdanov imzalanma mərasimində çıxış edərək bildirib ki, Təhsil Nazirliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) çərçivəsində 2009-2014-cü illər ərzində ölkəmizdə təhsilin bir sıra mühüm sahələrini əhatə edən 6 komponent üzrə islahatların davam etdirilməsi nəzərdə tutulub. Həmin komponentlər arasında sıx əlaqə və bağlılıq olduğunu deyən nazir onların birinin digərindən ayrı təsəvvür edilməsinin qeyri-mümkün olduğunu söyləyib. Nazir qeyd edib ki, layihənin 1-ci komponentinin əsas məqsədi əgər ümumi təhsil kurikulumu üzrə islahatların həyata keçirilməsinə dəstək verməkdən ibarətdirsə, 2-ci komponentin vəzifələrindən biri ixtisasartırma sisteminin müasirləşdirilməsi, müəllimlərin səriştəliliyinin, pedaqoji bacarıqlarının və fənn üzrə biliklərinin artırılması, yeniləşdirilməsi ilə bağlıdır. Çünki tədrisin və təlimin keyfiyyəti yeni kurikulumu, dərslikləri, qiymətləndirmə üsullarını tətbiq edəcək müəllimlərin hazırlığının keyfiyyətindən birbaşa asılıdır.

Müəllimlərin yeni kurikulumun tətbiqi üzrə təlim kurslarından keçirilməsi sahəsində son iki il ərzində əldə olunmuş təcrübəyə diqqəti yönəldən nazir bu işə 2008-ci ildən başlandığını, həmin ilin iyun-avqust aylarında Azərbaycanın bütün rayonları əhatə olunmaqla 9 minədək 1-ci sinif müəlliminin təlimdən keçdiyini, prosesin 2009-cu ildə də davam etdiyini və əlavə 9 min müəllimin təlimə cəlb olunduğunu qeyd edib. Misir Mərdanov həmin təlim kursları ilə eyni vaxtda əldə edilən razılaşma əsasında YUNİSEF-in də fəal təlim mövzusunda üçgünlük kurslar təşkil etdiyini söyləyib.

Sonra təhsil naziri Misir Mərdanov TSİİL çərçivəsində ikinci komponent üzrə müəyyənləşdirilmiş vəzifələrdən biri olan müəllimlərin ixtisasartırması xidmətlərinin təklifi sahəsində rəqabət mühitinin yaradılması yönündə görülən işlər barədə məlumat verib. Nazir bildirib ki, Təhsil Nazirliyi 2010-2011-ci dərs ilində 1-ci siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kursları keçəcək müəssisələri müəyyənləşdirmək və onlarla müqavilə bağlamaq məqsədilə ilin yanvar-fevral  aylarında  tender  elan  etmiş,  tender sənədlərində təlim xidmətlərinin 12 lot üzrə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Tender komissiyasına 9 təşkilatdan müraciət olunsa da, Dünya Bankı mərkəzi ofisinin təklifi nəzərə alınaraq dövlət müəssisələri olan Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu və Naxçıvan Müəllimlər İnstitutunun tenderdən çıxarıldığını deyən nazir keçirilmiş tender komissiyalarının qərarına əsasən, 4 təşkilatın - Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, "İnkişaf" Elmi Mərkəzi, Azad Müəllimlər Birliyi və Şəxsiyyətin İnkişafı və Yeni Pedaqoji Texnologiyalar üzrə İctimai Birliyin təlim kurslarını keçirmək hüququ qazandığını söyləyib. Daha sonra nazir həmin qeyri-hökumət təşkilatlarının hər birinin tenderi hansı lotlar üzrə udduğu, təlimçi heyətlərinin sayı,  ümumilikdə  və hər bir lot üzrə hansı bölgələrdə, neçə təlim mərkəzində, neçə təlimçi ilə və nə qədər müəllim üçün kurslar təşkil edəcəkləri barədə məlumatları diqqətə çatdırıb.

Nazir ümumilikdə Naxçıvan MR istisna olmaqla respublikanın bütün rayonları əhatə olunmaqla 12 lot üzrə 127 təlim mərkəzində 8277 müəllimin kursdan keçirilməsinin proqnozlaşdırıldığını və bu kursların 109 təlimçi  tərəfindən aparılacağını söyləyib.

Nazir onu da xüsusi vurğulayıb ki, təşkilatlar onlarla bağlanacaq müqavilə şərtlərinə uyğun olaraq təlim keçirmək hüququ qazandıqları lotlar üzrə rayon və şəhərlərin ümumtəhsil məktəblərinin 2010-2011-ci dərs ilində 1-ci siniflərdə dərs deyəcək müəllimləri üçün yeni ibtidai təhsil kurikulumu üzrə təlim kursunu Təhsil Nazirliyinin təsdiq etdiyi təlim planı və proqramı, onlara əlavə olunan nümunəvi təlim materialları əsasında 6 gün ərzində gündə 6 saat olmaqla ən çoxu 25 nəfərdən ibarət qruplarda həyata keçirməli və hər müəllimin fərdi iştirak səviyyəsi, hər təlim qrupunun təlim nailiyyətləri haqqında Təhsil Nazirliyinə yekun hesabat təqdim etməlidirlər.

Təhsil naziri çıxışında bağlanacaq müqavilənin təlim kurslarının yüksək səviyyədə və keyfiyyətli yerinə yetirilməsi üçün təlim keçirən təşkilatların üzərinə qoyduğu öhdəliklərə və vəzifələrə də toxunub, bu vacib işin uğurla həyata keçirilməsi üçün bəzi məsləhət və tövsiyələrini verib.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü, Şəxsiyyətin İnkişafı və  Yeni Pedaqoji Texnologiyalar İctimai Birliyinin sədri Elxan Əmirbəyov çıxış edərək rəhbəri olduqları qurumlarla Təhsil Nazirliyinin birgə fəaliyyətinə yaradılan şəraitə, onlara göstərilən etimada görə təhsil nazirinə təşəkkürlərini bildirib, öhdələrinə götürdükləri işin məsuliyyətini dərk etdiklərini, onu uğurla həyata keçirmək üçün bütün imkanlarını səfərbərliyə alacaqlarını qeyd ediblər.

Sonra müqavilələrin imzalanması mərasimi keçirilib. 2010-2011-ci dərs ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarının təşkilinə dair müqavilələri Təhsil Nazirliyi tərəfindən nazir Misir Mərdanov, qeyri-hökumət təşkilatları tərəfindən Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin direktoru Elmina Kazımzadə, "İnkişaf" Elmi Mərkəzinin rəhbəri İradə Məmmədova, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü və Şəxsiyyətin İnkişafı və Yeni Pedaqoji Texnologiyalar üzrə İctimai Birliyin rəhbəri Elxan Əmirbəyov imzalayıblar. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

11 İyun 2010 - ¹22

Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Nazirlər Kabineti 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib
 
Belarus Prezidenti Aleksandr Lukaşenko Bakı Slavyan Universitetində olub
 
Transparency Azerbaijan Təşkilatı Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinin fəaliyyətini yüksək qiymətləndirib
 
Beynəlxalq simpozium
 
Azərbaycan Dillər Universitetində təhsil yarmarkası
 
ATİAHİ-nin yaradılmasının 90 illik yubileyi qeyd olunub
 
Təhsil naziri Cənubi Koreya səfirini qəbul edib
 
Təlim kurslarını təşkil edəcək QHT-lərlə müqavilə imzalanıb
 
"Qlobal minillik prizi" beynəlxalq inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar 
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın ümumi təhsil sahəsində islahatlar
 
"Açıq qapı - İnstitut günü"
 
Tələbə Elmi Cəmiyyətinin XIV konfransı
 
"Yol hərəkəti qaydalarını öyrənirik"
 
O, güclü riyazi təfəkkürə və sönməz həyat eşqinə malik insan idi
 
Müəllimlər "Xalq kompüteri" layihəsi çərçivəsində 7 min 600-dən çox kompüter əldə ediblər
 
Professor Səməd Seyidov "Tələbələrin dostu" və "Onilliyin rektoru" mükafatına layiq görülüb
 
Ağstafada "Müasir texnologiyaların təhsildə tətbiqi" mövzusunda regional konfrans keçirilib
 
Şəbəkə" Xeyriyyə Təşkilatının "son zəng" səfəri
 
Yaradıcı axtarışlara xüsusi önəm verən müəllim
 
"İngiltərədə olmaq hər bir ingilis dili müəllimi kimi mənim də çoxdankı arzum idi"
 
Qafqaz Universitetində beynəlxalq konfrans keçirilib
 
Qax məktəbinin "Ekologiya ili"nə töhfəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Təhsil ocağının 18 illiyi qeyd edildi
 
Həmyerlilərimiz Beynəlxalq Şahmat turnirində uğurla çıxış etmişlər
 
Dünya universitetləri: Berkli Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov