Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

11 İyun 2010 - ¹22

 

"Şəbəkə" Xeyriyyə Təşkilatının "son zəng" səfəri

Bookmark and Share

Bakı Kompüter Kollecinin  "Şəbəkə" Xeyriyyə Təşkilatı son dərəcə mühüm və müqəddəs missiyanı - xalqımızın mentalitetinə, mədəniyyətinə və əsrlər boyu formalaşmış ənənəsinə xas olan ən gözəl keyfiyyətləri özündə nümayiş etdirməklə, uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, valideyn himayəsindən məhrum, fiziki problemli uşaqlarin əsl vətənpərvər kimi formalaşmasına yönəlmiş xeyriyyəçilik aksiyasını həyata keçirməyi öz öhdəsinə götürmüşdür.

Təşkilatın çoxsaylı layihələrindən biri "Özünə inan!" adlanır. Layihə eşitmə qüsuru olan yeniyetmələrin, məktəblilərin müasir informasiya texnologiyalarından istifadəetmə bacarıqlarının aşkara çıxarılması və inkişaf etdirilməsi məqsədi ilə yaradılmışdır. Bu layihənin həyata keçirilməsi məqsədi ilə təşkilatın üzvləri  Bakı şəhər  1 nömrəli internat-məktəbdə olmuş, məktəbin direktoru  Tanrıverdi Əliyevlə söhbət etmiş, öz məqsədlərini anladaraq  əməkdaşlıq təklif etmişlər. "Özünə inan!" BKK-nın tələbələri və 1 nömrəli internat-məktəbin şagirdlərinin dostluğunun qurulmasına  və əməkdaşlığına kömək edən bir xeyriyyə layihəsi oldu. Layihəyə BKK-nın 30-dan çox tələbə və müəllimi cəlb olunmuşdur.

Bu gün fərəhlə demək olar ki, iki təhsil ocağı arasında dostluq körpüsü qurulmuş, kompüterdə işləməyi bacaran, İT-dən istifadə edərək birgə layihələr yarada bilən gənclər birliyi formalaşdırılmışdır.

"Özünə inan!" layihəsi 2009-cu ilin payızından 2010-cu ilin may ayına qədər davam etdi. Bu müddət ərzində kollecin  "könüllüləri" həftədə 2 dəfə olmaqla  internat-məktəbə gedir və məktəbin şagirdlərinə kompüterlərin təmiri, texniki xidməti  və "MS Office" proqramları ilə işləməyi öyrədirdilər.

Kollecin müəllim və tələbələrinin internat-məktəbə növbəti səfəri "son zəng" günü oldu. BKK-nın müəllimləri Gülnarə Həsənova, Nəcibə Qəhrəmanova, Mənzər Bağırova və 20-dən artıq tələbə dostlarının əlamətdar günündə iştirak etdilər.  Tədbirdə  edilən çıxışlar və söylənilən təbriklər, rəqs edən, şənlənən məzunların səssiz dünyasına sanki bir nəfəs gətirmişdi. 35 məzunu olan internat-məktəbdə həmin gün süzülən göz yaşları sevinc hisslərinin təzahürü idi. Çıxış edən valideynlər  1 nömrəli internat-məktəbin direktoruna, fənn müəllimlərinə, tərbiyəçilərə səmimi təşəkkürlərini bildirdilər.  Sonra məktəbin direktoru T.Əliyev çıxış edərək  gələn qonaqları - BKK-nın nümayəndələrini təqdim etdi. O, şagirdlərinin  İKT vərdişlərinin inkşafına yardımçı olmuş,  internat-məktəbin  müəllimləri ilə əməkdaşlıq edərək müasir texnologiyalardan, elektron informasiya resurslarından istifadə imkanlarının artırılması  işində onlara yaxından kömək etmiş  "könüllüləri" salamladı, xeyriyyə işlərinə görə BKK-nın direktoru İradə Səfərova başda olmaqla təşkilatın bütün üzvlərinə dərin minnətdarlığını bildirdi.

Kollecin müəllimi Nəcibə Qəhrəmanova çıxış edərək informasiya texnologiyaları ilə tanışlığın və komandada işləmək bacarıqlarının  gələcək həyatlarında, sosial fəaliyyətlərində məzunlara daha çox fayda verəcəyinə inandığını bildirdi, internat-məktəbin bütün şagirdlərinə uğurlar arzuladı.

Məzunlara könüllü xeyriyyəçilərin tədris ili ərzində internat-məktəbin şagirdləri ilə  çəkdirdikləri şəkillərdən ibarət fotoalbom hədiyyə edildi.

Sifai SƏFƏROVA

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

11 İyun 2010 - ¹22

Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Nazirlər Kabineti 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib
 
Belarus Prezidenti Aleksandr Lukaşenko Bakı Slavyan Universitetində olub
 
Transparency Azerbaijan Təşkilatı Təhsil Nazirliyi "Qaynar xətt" xidmətinin fəaliyyətini yüksək qiymətləndirib
 
Beynəlxalq simpozium
 
Azərbaycan Dillər Universitetində təhsil yarmarkası
 
ATİAHİ-nin yaradılmasının 90 illik yubileyi qeyd olunub
 
Təhsil naziri Cənubi Koreya səfirini qəbul edib
 
Təlim kurslarını təşkil edəcək QHT-lərlə müqavilə imzalanıb
 
"Qlobal minillik prizi" beynəlxalq inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar 
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın ümumi təhsil sahəsində islahatlar
 
"Açıq qapı - İnstitut günü"
 
Tələbə Elmi Cəmiyyətinin XIV konfransı
 
"Yol hərəkəti qaydalarını öyrənirik"
 
O, güclü riyazi təfəkkürə və sönməz həyat eşqinə malik insan idi
 
Müəllimlər "Xalq kompüteri" layihəsi çərçivəsində 7 min 600-dən çox kompüter əldə ediblər
 
Professor Səməd Seyidov "Tələbələrin dostu" və "Onilliyin rektoru" mükafatına layiq görülüb
 
Ağstafada "Müasir texnologiyaların təhsildə tətbiqi" mövzusunda regional konfrans keçirilib
 
Şəbəkə" Xeyriyyə Təşkilatının "son zəng" səfəri
 
Yaradıcı axtarışlara xüsusi önəm verən müəllim
 
"İngiltərədə olmaq hər bir ingilis dili müəllimi kimi mənim də çoxdankı arzum idi"
 
Qafqaz Universitetində beynəlxalq konfrans keçirilib
 
Qax məktəbinin "Ekologiya ili"nə töhfəsi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Təhsil ocağının 18 illiyi qeyd edildi
 
Həmyerlilərimiz Beynəlxalq Şahmat turnirində uğurla çıxış etmişlər
 
Dünya universitetləri: Berkli Kaliforniya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov