Təhsil haqqında dövlət sənədlərinin nümunələri
və onların verilməsi Qaydalarının təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarını elan edirəm:
"Təhsil haqqında dövlət sənədlərinin nümunələri
və onların verilməsi Qaydaları"nın təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarı
"Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr
tarixli 156 nömrəli Fərmanının 1.23-cü bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. "Ali təhsil pilləsinin bakalavr və magistr
səviyyələrində təhsil haqqında dövlət
sənədlərinin nümunələri və onların verilməsi
Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. "Orta ixtisas təhsili pilləsində təhsil
haqqında dövlət sənədlərinin nümunələri və
onların verilməsi Qaydası" təsdiq edilsin (əlavə
olunur).
3. "İlk peşə-ixtisas təhsili pilləsində təhsil
haqqında dövlət sənədlərinin nümunələri və
onların verilməsi Qaydası" təsdiq edilsin (əlavə
olunur).
4. "Ümumi təhsil pilləsində təhsil haqqında
dövlət sənədlərinin nümunələri və onların
verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
A.RASİZADƏ,
Azərbaycan Respublikasının Baş naziri"
Bakı şəhəri, 29 aprel 2010-cu il
¹ 82
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29
aprel 2010-cu il tarixli 82 N-li qərarının
icrası ilə əlaqədar
ƏMR EDİRƏM:
1. Təhsil Nazirliyinin müvafiq şöbələri,
Naxçıvan MR Təhsil Nazirliyi, şəhər (rayon)
təhsil şöbələri, ali, orta ixtisas, ilk
peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri
bu qərarı icra üçün əldə rəhbər tutsunlar.
2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin
02.02.2001-ci il tarixli 92 N-li əmri
2010/2011-ci tədris ilindən qüvvədən düşmüş
hesab edilsin.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin nazirliyin İnternet səhifəsində və "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
4. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
2 iyun 2010-cu il
¹
722 |