Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Noyabr 2010 - ¹ 44

 

Azərbaycanın Milli Qəhrəmanları

Bookmark and Share

Makeyev İqor Vladimiroviç 

1971-ci il oktyabrın 27-də Gəncə şəhərində anadan olmuşdu. 1987-ci ildə Kəpəz rayonundakı 39 nömrəli orta məktəbin səkkizinci sinfini bitirmiş, 1987-1990-cı illərdə 8 nömrəli texniki peşə məktəbində avtomobil çilingəri peşəsinə yiyələnmişdi. Sonra Rusiyanın Rostov vilayətinə göndərilmiş, orada 6 ay hərbi məktəbdə təhsil almışdı. O, yenidən Bakıya qayıdaraq DİN-in qoşun hissələrinin birində qulluq etməyə başlamışdı. Həyatını cəbhəyə bağlayan cəsur döyüşçü tez bir zamanda bütün silahlardan istifadə etməyi öyrənmişdi. 1992-ci il iyunun 5-də erməni quldurları Naxçıvanik kəndinə qəflətən hücuma keçərkən İqor da öz postunda sayıq dayanaraq yağı düşmənlə ölüm-dirim savaşında böyük şücaət göstərmişdi.

İ.Makeyev Ağdam, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərdə də böyük igidliklər göstərmişdi. O, 1992-ci il avqustun 2-də "Vışka" yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Makeyev İqor Vladimiroviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

Mahmudov Ərəstun İspəndi oğlu 

1957-ci il fevralın 23-də İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olmuşdu. Bakı şəhərindəki 220 nömrəli orta məktəbi bitirmişdi. 1975-ci ildə Leninqrad vilayətinin Vıborq şəhərində yerləşən Mülki Aviasiya Məktəbinə daxil olmuşdu. 1978-ci ildə təhsilini başa çatdırdıqdan sonra Azərbaycan Hava Yollarının Zabrat Aviasiya şirkətində texnik-mexanik kimi AN-2 təyyarəsində çalışmağa başlamışdı. Ərəstun 1990-cı ildən Mİ-8 vertolyotunun bort mexaniki təyin edilmiş, mütəmadi olaraq ekipajın tərkibində cəbhə bölgələrində olmuş, Dağlıq Qarabağda və Ermənistanla həmsərhəd olan rayonlarda döyüş əməliyyatlarında iştirak etmişdi.

Ə.Mahmudov 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa marşrutu üzrə əhalini təhlükəsiz yerlərə daşıyarkən vertolyotu düşmənin atdığı raketlə vurulub və o, qəhrəmancasına həlak olub.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 nömrəli Fərmanı ilə Mahmudov Ərəstun İspəndi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı 220 nömrəli orta məktəb onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. 

Mehdiyev Fazil Umud oğlu 

1966-cı il avqustun 20-də Laçın rayonunun Ələkçi kəndində anadan olmuşdu. Valideynləri Ağdamın Abdal-Gülablı kəndinə köçdüyündən 1983-cü ildə orta təhsilini həmin kənddə başa çatdırmışdı. 1984-1986-cı illərdə Sverdlovsk şəhərində hərbi xidmətdə olmuşdu. 1990-cı ildə Ağdam rayon DİŞ-də yaradılmış polis batalyonuna yazılmışdı. 1991-ci ildə Ağdərənin Canyataq, Mehmanə, Qazançı, Sırxavənd kəndlərində gedən döyüşlərdə erməniləri ağır itkiyə məruz qoymuşdu. Fazil elə həmin ilin avqustunda ermənilərin "Niva" markalı bir maşınını ələ keçirib, Ağdam RPŞ-nə təhvil vermişdi. 1991-ci il sentyabrın 23-dən 24-nə keçən gecə ermənilər böyük qüvvə ilə Abdal-Gülablı kəndinə hücuma keçmişdilər. Düşmən hücumunun qarşısını almaq üçün tələsən Fazil yolda erməni pusqusuna düşür və o, bu gərgin döyüşdə fədakarlıqla vuruşur.

F.Mehdiyev elə həmin döyüşdə də qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə Mehdiyev Fazil Umud oğlu  ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına  layiq görülüb.

Ağdam rayonunun Qarağacı qəbiristanlığında dəfn olunub. Bakının Xətai prospektində qəhrəmanın büstü qoyulub. Səbail  rayonunda  adına  küçə var. 

Mədətov Fariz Əlövsət oğlu 

1972-ci il aprelin 18-də Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur. 1989-cu ildə kəndlərindəki orta məktəbi bitirdikdən sonra Mingəçevir şəhərində sürücülük peşəsinə yiyələnmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılmış, iki il Almaniyanın Ordruf şəhərində xidmət etmişdir. Fariz 1992-ci ilin mayında hərbi xidmətini başa çatdırmışdır. Elə həmin il torpaqlarımızı erməni işğalından azad etmək məqsədi ilə Milli Ordu sıralarına qoşulmuşdur. 1994-cü ildə Tərtər rayonunun Tonaşen kəndi uğrunda gedən döyüşlərin birində yaralanmışdır. Müalicə olunduqdan sonra yenidən cəbhə bölgəsinə qayıtmışdır. Onun mərdliyi, cəsurluğu, vətən torpağının bütövlüyünü qorumaq əzmi başqa döyüşçüləri də haqq işimiz uğrunda qələbəyə ruhlandırırdı. Fariz gərgin keçən döyüşlərdə artıq mətinləşmiş, hərbiçi təcrübəsinə, zəngin döyüş taktiki hazırlıq vərdişlərinə dərindən yiyələnmişdir. O, daim komandanlığın döyüş tapşırıqlarını məsuliyyətlə yerinə yetirdiyinə görə təşəkkürlərə layiq görülmüşdür.

F.Mədətov 1996-cı ildə ordudan tərxis olunaraq Yevlax Rayon Polis Şöbəsində çalışmağa başlamışdır.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Mədətov Fariz Əlövsət oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ailəlidir. 

Məmmədov Aqil Səməd oğlu 

1969-cu il iyulun 30-da Qubadlı rayonunda anadan olmuşdu. 1984-cü ildə rayonlarındakı 2 nömrəli səkkizillik məktəbi bitirdikdən sonra təhsilini 126 nömrəli Xınalıq texniki peşə məktəbində davam etdirmişdi. Əmək fəaliyyətinə Qubadlı rayon Avtomobil Nəqliyyatı İdarəsində başlamışdı. 1987-ci ildə Orenburq vilayətinə hərbi xidmətə göndərilmişdi. Bir müddət sonra respublikamızda yaranmış vəziyyətlə əlaqədar xidmətini yarımçıq qoyaraq  vətənə qayıtmışdı. Qubadlı rayonunda yaradılan özünümüdafiə taboruna qoşulmuşdu. "Qaranquş" kəşfiyyat dəstəsinin məğlubedilməz döyüşçüsü kimi tanınmışdı. O, 1992-ci ilin iyununda girov götürdüyü erməni zabiti ilə əsir düşmüş əsgərimizi dəyişmişdi.

A.Məmmədov 1992-ci il avqustun 7-də Laçın rayonunun Susuzdağ yüksəkliyi uğrunda gedən döyüşdə ağır yaralanıb çoxlu qan itirdiyindən qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə Məmmədov Aqil Səməd oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qubadlı rayonunda Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı 2 nömrəli orta məktəb onun adını daşıyır. Hazırda həmin məktəb Sumqayıt şəhərində fəaliyyət göstərir. Qubadlıda və Gəncədə adına küçə var. 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya
Mərkəzinin materialları əsasında
hazırladı: Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

12 Noyabr 2010 - ¹ 44

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin açılışında iştirak edib
 
Prezident İlham Əliyev Yevlax rayonunda məcburi köçkün ailələri üçün  salınmış  qəsəbədə məktəb binasının açılışında iştirak edib
 
Akademik Ş.F.Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Peşə təhsili müəssisələri üçün Strateji Planlaşdırma üzrə praktiki təlimat vəsaiti" sənədinin təsdiq olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Azərbaycan Respublikasında İlk peşə-ixtisas təhsili üzrə Kurikulum (proqram) və modul hazırlamaq üçün təlimat"  vəsaitinin təsdiq olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Almaniyanın Humboldt-Berlin Universitetində Azərbaycan tarixi kafedrası fəaliyyətə başlayıb
 
"İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" mövzusunda I Beynəlxalq elmi  konfrans
 
Milli qürur simvolu
 
Dövlət Bayrağı günü qeyd edildi
 
Mustafa Kamal Atatürk anıldı
 
"Elmin açarını bəxş edən məkan" mövzusunda tədbir keçirilib
 
Məktəbdə sinifdənxaric işlərə geniş yer verilir
 
Məktəbdaxili qiymətləndirmə üzrə monitorinqin nəticələri nə göstərir
 
Şagirdlərə təbiəti və əməyi sevdirməliyik
 
Alimlə görüş
 
Uzun yolun yolçuları
 
Böyük alim və mütəfəkkir  Mirzə Məhəmmədəli Hacı Qasım oğlu Kazımbəy
 
VDİ üçün testlər mühafizə olunacaq
 
Uşaq turizminə dair beynəlxalq konfrans
 
Kursun dinləyicilərinə vəsiqələr təqdim edilib
 
Təcrübəçi tələbələr üçün ustad dərsi
 
"Qızıl payız"
 
"Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə suallar-cavablar və özünü yoxlama testləri"
 
Ümumtəhsil məktəblərində İKT-nin rolu
 
Azərbaycanın Milli Qəhrəmanları
 
İdman xəbərləri
 
Dünya universitetləri: Nyu-York Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov