Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Noyabr 2010 - ¹ 44

 

Şagirdlərə təbiəti və əməyi sevdirməliyik

Bookmark and Share

Ümummilli liderimiz Heydər Əliyev əkilən hər bir ağacı təbiətin bəzəyi, insanların sağlamlığı hesab edirdi. Onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də təbiətin qorunmasına böyük diqqət yetirir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu il ölkəmizdə "Ekologiya ili" elan  edilmişdir.

Məktəbin əsas vəzifələrindən biri şagirdləri əməkdə və ictimai fəaliyyətdə fəal iştirak etməyə hazırlamaq, gələcəkdə onların şüurlu surətdə peşə seçməsini təmin etmək və həyatda onların bir insan kimi formalaşmasına kömək etməkdən ibarətdir. Təlimin  əməklə əlaqələndirilməsinin məqsədi şagirdlərdə təsərrüfatçılıq vərdişlərinin yaranmasına nail olmaqdır. Məlumdur ki, təbiətlə əmək  vəhdət təşkil edir. Əgər insanın kiçik yaşlarından təbiətə məhəbbəti olmazsa, o, əməyi sevməyəcəkdir. Çünki kiçikyaşlı uşaqlar əməyə çox meyilli olurlar. Əgər valideyn, yəni ata evdə hər hansı bir işi görürsə, uşaq onun yanından ayrılmaq istəmir. Ona görə də uşaqları həvəsləndirmək və əməyə alışdırmaq üçün yaşına uyğun olan işləri onlara tapşırmaq lazımdır. Məsələn: "çəkici  mənə ver", yaxud "bu mismarı saxla", "stuldan bərk  yapış", "o qutunu gətir" və s. bu kimi tapşırıqlar uşaqları əməyə həvəsləndirir. Və yaxud təbiətə gəzintiyə çıxarkən: "ah, nə gözəl ağacdır" və ya "necə qəşəng güllər açıb, baxın, otlar elə bil xalçadır" və s. deməklə  təbiətin əsrarəngiz gözəlliyi haqqında danışmaq, uşaqları məlumatlandırmaq lazımdır. Bu məqsədlə məktəblərdə müxtəlif parklara və bağlara gəzintilər təşkil etmək mümkündür.

Təbiəti canlı orqanizm adlandıranlar heç də səhv etməmişlər. Doğrudan da insan təbiət ilə ünsiyyətdə olarkən bunun nə qədər düzgün və vacib olduğunu görür. Biz təbiəti özümüz sevdiyimiz kimi, uşaqlara da sevdirməyi bacarmalıyıq. Dövlət başçımızın müvafiq sərəncamlarına əsasən son illər ölkəmizin müxtəlif yerlərində yeni-yeni parklar salınmış, qoruqların əraziləri genişləndirilmişdir. "Ekologiya ili" gələcək nəsillər üçün sağlam mühitin qorunması deməkdir. Hər bir Azərbaycan vətəndaşı öz əməli və əməyi ilə bu işə töhfə verməlidir. Torpağa və Vətənə olan sevgini bu cür işlər görməklə (ağac əkməklə, gül becərməklə, torpağı belləməklə və s.) uşaqlara öyrətmək mümkündür. Bunu əyani olaraq uşaqların muzeylərə, tarixi abidələr və təbiətin gözəl guşələri olan parklara və bağlara gəzintilərini təşkil etməklə həyata keçirmək olar. Bu cür səyahətlərdən sonra uşaqlar arasında çox maraqlı diskussiyalar başlanır və sual-cavablar meydana çıxır. Belə gəzintilər uşaqlar üçün istər televiziyada göstərilən verilişlərdən, istərsə də İnternet və kompüter oyunlarından daha maraqlı və cəlbedici  olur. Sadəcə bu həvəsi uşaqlarda oyatmaq lazımdır.

Təbiət hər bir insanın həyatının ayrılmaz hissəsi olduğu kimi, uşaqların da həyati tərbiyəsi üçün hər cəhətdən önəmlidir. Onlar baş verən hadisələrin səbəblərini, onların arasındakı qarşılıqlı əlaqələri öyrənməyə çox həvəs göstərir, hər bir hadisəni əyani görmək istəyirlər. Bu da uşaqların qeyri-adi hadisələrə maraqlarından irəli gəlir. Getdikcə uşaqların əksəriyyətində bu maraq güclənir. Məsələn, yağışın yağması, ildırımın şiddətli səslə çaxması, çayların gurultu ilə axması, ağacların tumurcuqlanması və çiçək açması, quşların oxuması və s. bu kimi təbiət hadisələri uşaqlarda qəribə bir marağa səbəb olur. Bəzən elə olur ki, uşaq hündür bir ağaca çox təəccüb və maraq hissi ilə baxır və müəllimə müraciət edərək "müəllim, bu ağac necə olub ki, belə uca, hündür olub, yaxud balıqların ayağı yoxdur, o necə qaça bilir, arılar balı necə düzəldirlər  və s." - deyə soruşurlar. Ağacda olan quş yuvaları uşaqların daha çox xoşuna gəlir. Hətta onlar bu cür quş yuvaları düzəltməyə də səy göstərirlər. Bu, artıq uşaqların əməyə olan baxışı və həvəsidir.

Biz bilirik ki, indi kompüter əsridir, uşaq istədiklərini və gördüklərini kompüterdə, İnternetdə tapa bilər. Lakin bir şeyi unutmamalıyıq ki, canlı tamaşalar daha maraqlı, daha inandırıcı olur. Hər canlı gəzintidən sonra bir-birindən maraqlı, adamı düşündürən suallar meydana çıxır. Biz məktəbdə çalışırıq ki, şagirdlərə maraqlandıqları bütün sahələr üzrə biliyimiz səviyyəsində cavab verək. Məsələn, meşə gəzintiləri zamanı uşaqlara anlatmaq olar ki, meşə təkcə hava almaq, gəzmək  üçün deyil, eyni zamanda kağız deməkdir, kağız isə dərs vəsaiti deməkdir. Bunun üçün ağacların, meşənin qorunmasının vacib olduğunu anlatmaq gərəkdir. Uşaqlar bunların  insan əməyi sayəsində əmələ gəldiyini bilməlidirlər. Bu çətin vəzifə isə biz müəllimlərin üzərinə düşür. Həmçinin uşaqlara gəzinti zamanı meşənin "yaşıl aptek" olduğunu da başa salmaq olar. Güllərin, çiçəklərin, ağacların, kolların, otların yarpaqlarından, gövdəsindən və köklərindən  müxtəlif xəstəliklərin müalicəsində işlədilən dərmanların necə hazırlanması haqqında məlumat vermək, onlarda lazımi təsəvvürü oyatmaq və izah etmək gərəkdir. Məktəbdə keçilən dərslərə uyğun uşaqlara müxtəlif heyvan fiqurları, təbiət mənzərələri, məsələn dağ, düzən, ağac, kol, çiçək, cücə, dovşan, xoruz  və s. fiqurlarının hazırlanmasında şagirdlərin necə həvəslə işlədiyini görürük. Bu zaman təbii ki, uşaq həm təbiətin, həm də əməyin birgə məhsulunu yaradır.

Uşaqların zooparka (heyvanxanaya) səyahətini təşkil etmək, heyvanlar haqqında müəyyən məlumatları vermək, bizim meşələrdə qədim dövrlərdə hansı heyvanların olduğunu, kökü kəsilmiş və  hazırda mövcud olan heyvanlar haqqında məlumatlandırmaq vacibdir. Müəllim uşaqları maraqlandıran  suallara aramla, dolğun cavab verməyi bacarmalıdır.

İbtidai siniflərin yeni  tədris proqramları uşaqların dərsləri daha yaxşı mənimsəmələrinə  şərait yaradır. Əvvəlki tədris proqramları ilə müqayisədə indiki proqram nisbətən fərqlidir. Amma bu proqram da imkan verir ki, şagirdlər kitabda yazılanları əzbərləyib, diktə etməsinlər. Yeni biliklərin şagirdlərə müstəqil tapdırılması onların yaradıcı fəaliyyətinin inkişaf etdirilməsinə şərait yaradır. Bu baxımdan də tez-tez təbiətlə təmasda olmaq, əməklə məşğul olmaq  uşaqlar üçün həm vacib, həm də lazımdır.  

Samirə SEYİDOVA,
Bakıdakı Qorxmaz Baxşiyev adına
179 nömrəli orta məktəbin ibtidai sinif müəllimi

 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

12 Noyabr 2010 - ¹ 44

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunmuş məktəb kompleksinin açılışında iştirak edib
 
Prezident İlham Əliyev Yevlax rayonunda məcburi köçkün ailələri üçün  salınmış  qəsəbədə məktəb binasının açılışında iştirak edib
 
Akademik Ş.F.Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
"Peşə təhsili müəssisələri üçün Strateji Planlaşdırma üzrə praktiki təlimat vəsaiti" sənədinin təsdiq olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Azərbaycan Respublikasında İlk peşə-ixtisas təhsili üzrə Kurikulum (proqram) və modul hazırlamaq üçün təlimat"  vəsaitinin təsdiq olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Almaniyanın Humboldt-Berlin Universitetində Azərbaycan tarixi kafedrası fəaliyyətə başlayıb
 
"İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" mövzusunda I Beynəlxalq elmi  konfrans
 
Milli qürur simvolu
 
Dövlət Bayrağı günü qeyd edildi
 
Mustafa Kamal Atatürk anıldı
 
"Elmin açarını bəxş edən məkan" mövzusunda tədbir keçirilib
 
Məktəbdə sinifdənxaric işlərə geniş yer verilir
 
Məktəbdaxili qiymətləndirmə üzrə monitorinqin nəticələri nə göstərir
 
Şagirdlərə təbiəti və əməyi sevdirməliyik
 
Alimlə görüş
 
Uzun yolun yolçuları
 
Böyük alim və mütəfəkkir  Mirzə Məhəmmədəli Hacı Qasım oğlu Kazımbəy
 
VDİ üçün testlər mühafizə olunacaq
 
Uşaq turizminə dair beynəlxalq konfrans
 
Kursun dinləyicilərinə vəsiqələr təqdim edilib
 
Təcrübəçi tələbələr üçün ustad dərsi
 
"Qızıl payız"
 
"Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə suallar-cavablar və özünü yoxlama testləri"
 
Ümumtəhsil məktəblərində İKT-nin rolu
 
Azərbaycanın Milli Qəhrəmanları
 
İdman xəbərləri
 
Dünya universitetləri: Nyu-York Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov