Azərbaycan Respublikası Prezidentinin 03 iyul
2007-ci il tarixli 2282 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasında
texniki peşə təhsilinin inkişafı üzrə Dövlət
Proqramı (2007-2012-ci illər)"nın 5.14-cü
bəndinin "Texniki peşə təhsilinin məzmununun
təkmilləşdirilməsi istiqamətində yeni dövlət
standartlarına uyğun tədris plan və
proqramlarının hazırlanması"nı təmin etmək
məqsədilə Avropa İttifaqı ilə birlikdə həyata
keçirilən "Peşə təhsili və təlimi sahəsində
islahatlar strategiyası və Azərbaycanın seçilmiş
rayonunda pilot icrası" layihə çərçivəsində
"Azərbaycan Respublikası İlk peşə-ixtisas
təhsili üzrə Kurikulum (proqram) və modul
hazırlamaq üçün təlimat" sənədinin təsdiq
edilməsini məqsədilə
ƏMR EDİRƏM:
1. "Texniki peşə təhsilinin məzmunun
təkmilləşdirilməsi istiqamətində yeni dövlət
standartlarına uyğun tədris plan və
proqramlarının hazırlanması"nı təmin etmək
məqsədilə "Azərbaycan Respublikası İlk
peşə-ixtisas təhsili üzrə Kurikulum (proqram) və
modul hazırlamaq üçün təlimat" sənədi təsdiq
edilsin.
2. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) və
Təhsil Problemləri İnstitutu (A.Mehrabov)
təlimati sənədin tələblərinə uyğun olan modul
proqramının hazırlanması üzrə seminar və
treninqlərin keçirilməsi üçün tədbirlər planı
hazırlasınlar.
3. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) və
Ümumi şöbənin İnzibati işlər üzrə sektoru
(A.Nəbiyev) "Azərbaycan Respublikası İlk
peşə-ixtisas təhsili üzrə Kurikulum (proqram) və
modul hazırlamaq üçün təlimat" sənədinin ilk
peşə-ixtisas təhsili müəssisələrinə
çatdırılmasını təmin etsinlər.
4. İctimaiyyətlə əlaqə şöbəsinin müdiri
(B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"
qəzetində və "Sənətkar" jurnalının baş redaktoru
(Ş.Balakişiyev) jurnalda dərc edilməsini təşkil
etsinlər.
5. Əmrin icrasına nəzarət nazir müavini
İ.İsgəndərova həvalə edilsin.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
8 noyabr 2010-cu il |