Bakıdakı 242 nömrəli orta məktəbdə sinifdənxaric
işlərə geniş yer verilir. Məktəbin direktoru
Akif Rəsulov bildirdi ki, sinifdənxaric
tədbirlər təlim-tərbiyə işinin tərkib
hissəsidir. Dərslə sinifdənxaric işlər
qarşılıqlı əlaqədə olmaqla biri digərini
tamamlayır və bir vəhdət halında elmlərin
əsaslarının şagirdlər tərəfindən dərindən
mənimsənilməsinə, onların əqli, fiziki, estetik,
vətənpərvərlik tərbiyəsinin inkişafına xidmət
edir. Həm də sinifdənxaric tədbirlər şagirdlərin
biliyə marağını artırır, onların bilik, bacarıq
və vərdişlərini genişləndirir, şüurlu intizamı,
kollektivçiliyi, təşəbbüskarlığı və
təşkilatçılıq məsuliyyətini inkişaf etdirir.
Təhsil ocağında dərslə yanaşı, sinifdənxaric
işlərin yüksək səviyyədə aparılması üçün hər
cür şərait yaradılıb. Müəllimlər həmin şəraitdən
maksimum dərəcədə istifadə olunmasına
çalışmaqla, qazandıqları nailiyyətləri artırıb
möhkəmləndirirlər. Vaxtaşırı məktəbdə keçirilən
tədbirlərin qabaqcadan planlaşdırılmasında da
müəllimlərdən Aybəniz Vəliyeva, Səmarə Məmişova,
Mehriban Vəliyeva və Bəyim Əliyeva böyük səy
göstərirlər.
Şakir CƏFƏROV |