Rusiya Federasiyasının Dövlət Duması Vahid
Dövlət İmtahanının keçirilməsi prosedurunu
nizamlamağa yönəlmiş qanun layihəsini ilk
oxunuşda qəbul edib.
"Təhsil haqqında", "Ali və ali məktəbdənsonrakı
peşə-ixtisas təhsili haqqında" qanunlara
düzəlişlər müvafiq orqanın - RF-nin prezidenti
yanında VDİ keçirilməsinin təkmilləşdirilməsi
üzrə Komissiyanın işinin nəticəsidir.
Vahid imtahanın nəzarət-ölçü materialları məxfi
informasiya sayıldığından qanun layihəsində
onların mühafizəsi üzrə işlərin təşkili
nəzərdə tutulur.
İctimai müşahidəçilərin statusunu və
məktəblilərin dövlət yekun attestasiyasının
keçirilməsində onların hüquqlarını
müəyyənləşdirən Əsasnamə tətbiq edilir. Onlar
aşkar edilmiş pozuntular haqqında dövlət
imtahan komissiyasına və regional təhsil
nazirliklərinə informasiya göndərə bilərlər.
Dövlət Dumasının təhsil üzrə Komissiyasının
sədri Qriqori Balıxinin verdiyi məlumata görə,
ictimai müşahidəçilərin akkreditasiya
qaydalarını RF Təhsil və Elm Nazirliyi
hazırlayacaq. Onun fikrincə, bu zaman "valideyn
övladının VDİ verdiyi məntəqədə müşahidəçi
olmamalıdır. Bu, Vahid Dövlət İmtahanının
verilməsində obyektivliyi təmin etmək üçündür".
Hazırladı: Y.ƏLİYEV |