2010-cu ilin dekabr ayında görkəmli Azərbaycan
alimi, geologiya-mineralogiya elmləri doktoru,
professor, əməkdar elm xadimi, Dövlət Mükafatı
laureatı, akademik Şəfaət Fərhad oğlu Mehdiyevin
anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycanda neft geologiyası elminin inkişafı
sahəsində mühüm xidmətlərini və zəngin pedaqoji
fəaliyyətini nəzərə alaraq, Şəfaət Mehdiyevin
100 illik yubileyinin dövlət səviyyəsində
keçirilməsini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər
Akademiyası ilə birlikdə akademik Şəfaət
Mehdiyevin 100 illik yubileyinə həsr olunmuş
tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 noyabr 2010-cu il |