Noyabrın
5-də Bakıdakı 236 nömrəli körpələr evi-uşaq
bağçasında "Qızıl payız" adlı bayram tədbiri
keçirildi. Tədbiri giriş sözü ilə açan tərbiyə
ocağının müdiri Lyuba Hümbətova qonaqları
salamlayaraq, uşaqları və valideynləri bayram
münasibətilə təbrik etdi. Bildirildi ki, belə
tədbirlərin keçirilməsi fidan balaları
sevindirməklə bərabər, həm də onlarda bir çox
müsbət keyfiyyətlərin yaranmasını və inkişafını
sürətləndirir. O, bağçada belə tədbirlərin
mütəmadi olaraq keçirildiyini və bunun üçün hər
bir şəraitin olduğunu qeyd etdi.
Böyük yaş qrupu uşaqlarının iştirakı ilə keçən
tədbir rəngarəng səhnəciklərdən və mahnılardan
ibarət idi. Tərbiyəçilərdən Fəridə Vəliyeva,
Gülbəniz Fərzəliyeva və Rəsmiyyə Tağıyevanın
təşkil etdiyi tədbirdə uşaqlar tərəfindən
"Azərbaycanım", "Payız gəldi" mahnıları ifa
olundu. Meydanı ələ alan uşaqlar həvəslə rəqs
etdilər.
Niyazi RƏHİMOV |