Dövlət Müstəqilliyi Günü münasibətilə Nizami
Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində
məktəblilər arasında şahmat yarışı və "Yaşa,
müstəqil Azərbaycanım!" adlı tədbir keçirildi.
Tədbirdə Təhsil Nazirliyinin Tərbiyə və
məktəbdənkənar müəssisələrlə iş şöbəsinin
aparıcı məsləhətçisi Maral Salmanova, Uşaq
birliyinin rəhbərləri , mərkəzin pedaqoji
kollektivi və dərnək üzvləri iştirak edirdilər.
Öncə Azərbaycanın Dövlət himni səsləndi.
Mərkəzin direktoru Lalə Qəti iştirakçıları
müstəqillik günü münasibətilə təbrik etdi.
Sonra yarış başlandı. Olduqca gərgin keçən
bacarıq və istedad yarışmasında Nurlan Şabanov
I, Sədrəddin Məmmədov II və Əli Cavadlı III
yerləri tutdular. Qaliblərə fəxri fərman, kubok
və hədiyyələr təqdim olundu.
"Yaşa, müstəqil Azərbaycanım!" şeir
musabiqəsində isə bədii qiraətçilər görkəmli
şair və yazıçılarımızın - M.Arazın. H.Arifin,
C.Novruzun, R.Zəkanın, Z.Yaqubun və b.
şeirlərini səsləndirdilər. Bu yarışmada isə
Kəmalə Mehrəliyeva, Rəqsanə Qarakişiyeva, Ayan
Sadıqzadə qalib gəldilər. Həmin gün Nizami
rayon UGYM-də sevincli anlar yaşandı.
Sifai SƏFƏROVA |