Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

22 Oktyabr 2010 - ¹41

 

Treninqlərin təşkili davam edir

Bookmark and Share

18 nömrəli Bakı Peşə Liseyində fəaliyyət göstərən ümumtəhsil fənn müəllimləri üçün təlim kursları (treninqlər)  keçirilmişdir. Sayca artıq üçüncü dəfə təşkil olunan həmin təlim kurslarının keçirilməsində əsas məqsəd pedaqoji kollektivi yeni dövlət standartları və proqramlarının (kurikulum) materialları ilə yaxından tanış etmək, pedaqoji kadrları yeni standartların tətbiqi ilə əlaqədar tədris prosesinə hazırlamaq, müasir tələblərin əsas məğzini açıqlamaq və tədris prosesini bu tələblər çərçivəsinə uyğunlaşdırmaqdan ibarət olmuşdur.

Oktyabrın 11-dən 15-nə qədər davam edən həmin kursu Təhsil Problemləri İnstitutunun böyük elmi işçiləri - K.Haqverdiyeva və T.İsmayılova aparmışlar. Bu zaman interaktiv metod, əyani və texniki vasitələrdən peşəkarcasına istifadə etməklə ümumtəhsil fənləri üzrə dövlət standartlarına keçidin zəruriliyi, yeni standartların ənənəvi tədris üsulundan başlıca fərqləri, konkret fənnin məqsədi və məzmunu, dərs mərhələləri, təlim strategiyaları, təlimin formaları və planlaşdırma, problemin qoyuluşu (motivasiya), məktəbdaxili qiymətləndirmə, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi və s. bu kimi aktual məsələlər haqqında ətraflı məlumatlar verilmiş, müəllimlərin sualları cavablandırılmış, müəyyən məsələlərə aydınlıq gətirilmişdir. Daha sonra ayrı-ayrı bölmələr üzrə - qruplar halında təcrübə aparılmış, müəllimlərin yeni standartları mənimsəməsi,  müasir məzmunun  tətbiqi  üsullarını  öyrənməsi üçün aprobasiyalar   təşkil  olunmuşdur.

Qeyd olunmalıdır ki, liseyin təsdiq edilmiş illik fəaliyyət planında yeni məzmun, dövlət standartlarının tətbiqi ilə əlaqədar bir sıra məqsədyönlü işlərin aparılması, o cümlədən mütəmadi şəkildə bu cür treninqlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bütün bunlar lisey üzrə məzmun islahatlarının lazımi səviyyədə həyata keçirilməsi üçün real zəmin yaradır. Ən əsası isə bütün pedaqoji kollektiv bu təşəbbüsü dəstəkləyir və həmin proseslərə aktiv şəkildə qoşulur.

 
"Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

22 Oktyabr 2010 - ¹41

Prezident İlham Əliyev Yevlax şəhərindəki 1 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib
 
Leyla Əliyeva əlaçı tələbələrə RAGT-ın mükafatlarını təqdim edib
 
Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar
 
Təhsil naziri 299 nömrəli məktəbin VMA üzvləri ilə görüşüb
 
"Yüksələn təhsilimizin bayraqdarı - Azərbaycan məktəblisi"
 
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Mərkəzi ofisinin açılışı
 
Təhsil naziri Azərbaycan Universitetində olub
 
Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşüb
 
Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin Beynəlxalq elmi-texniki konfransı başa çatıb
 
NDU-da yeni laboratoriya istifadəyə verilib
 
Qafqazşünaslığa qiymətli töhfə
 
Tədris planlarının hazırlanması metodologiyası mövzusunda təlim
 
"Rusiya Federasiyası üzrə ilk özəl ali məktəb lisenziyası alan bizim universitetdir"
 
Dinləyicilərə sertifikatlar təqdim olunub
 
"Gənclər və sağlam həyat tərzi"
 
Folklor İnstitutunun hədiyyəsi
 
Dövlət Müstəqilliyi Günü qeyd edilib
 
Treninqlərin təşkili davam edir
 
Cənubi Azərbaycan mövzusunda ədəbi əsərlərin interaktiv metodla tədrisi
 
Yaradıcı axtarışlara gedən yol
 
Daim axtarışda olan alim
 
Antroponimika sahəsində faydalı araşdırma
 
"Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya" mövzusunda III Beynəlxalq konqres
 
Milli Qəhrəmanın təhsil aldığı məktəbdə görüş keçirilib
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalçısı
 
Ağcabədi şahmatçıları fərqləniblər
 
Məktəblilərin idman uğurları
 
Qaliblər mükafatlandırıldı
 
Dünya universitetləri: Amsterdam Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov